Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3295/2020 17.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı “miras payının müəyyən edilməsi” tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı “miras payının müəyyən edilməsi” tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında mərhum atası X1 (çıxarış əsasında) miras qalmış əmlak payını onun və digər ailə üzvlərinin arasında məcburi pay üzrə vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Belə ki, İddiaçı tələbində ünvan 1 ünvanında mərhum atası X1 miras qalmış əmlak payına onun və digər ailə üzvlərinin arasında məcburi pay üzrə vərəsəlik hüquqlarının tanınmasını xahiş etsə də, iddia ərizəsinin xahiş edirəm hissəsində sözügedən əmlaka konkret olaraq kimlərin məcburi pay üzrə vərəsəlik hüquqlarının tanınmasını və həmin məcburi payın hansı hissədən ibarət olmasını göstərməməklə tələbini konkret şəkildə ifadə etməmişdir. İddiaçı iddia ərizəsində tələbini konkret ifadə etmədiyi üçün işin faktiki hallarını müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan versin. Başqa sözlə iddia ərizəsində tələb konkret ifadə olunmalı, tələb olunan əmlakın fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməlidir. Əgər iddia ərizəsinin məzmunununda qeyd olunan xüsusiyyətlər göstərilməzsə, əks təqdirdə gələcəkdə çıxarılacaq qətnamənin icrasının qeyri-mümkün olmasına kifayət qədər əsaslar verir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunan bütün bunları iddiaçı tərəfindən iddia ərizəsinin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və AzərbaycanRespublikasıMPMnin 149.2.3-cü və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı “miras payının müəyyən edilməsi” tələbi barəsində iddia ərizəsivə ona əlavəolunmuşsənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. AzərbayçanRespublikasıMPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AzərbaycanRespublikasıMPM-nin152.4-cüəsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı “miras payının müəyyən edilməsi” tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3295/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3295/2020
17.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver