Məhkəmə qərarları › İş №2(012)-3303/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3303/2022

10.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3303/2022 10.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən evə (abonent kodu **********01250) əsassız borc kimi yazılmış olan 403,20 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, bildirmişdir ki, iddia ərizəsində texniki səhv nəticəsində onun adı “İddiaçı” əvəzinə “X2” kimi göstərilmişdir. Odur ki, o, qeyd edilən düzəlişin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə dair G-4 markalı, 1402AZ**********20 saylı qaz sayğacına xx.xx.2018-ci il tarixində baxış keçirildiyi zamanı məlum olmuşdur ki, guya o sayğaca müdəxilə edərək, plombu sındırmışdır. Qeyd edir ki, onun evinə quraşdırılmış sayğac evin çöl tərəfində yerləşir və həmin hadisə ilə kütləvi şəkildə bir neçə sakin də üzləşmişdir. Sayğaca aid olan plomb hamıda çox səliqəli şəkildə kəsilmişdir. Bildirir ki, o, daima evə gələn borc qəbzlərini vaxtlı vaxtında icra eləmiş və bu hadisə barədə nə onun, nə də ailə üzvlərinin xəbəri olmamışdır. Bununla əlaqədar ona 403,20 manat məbləğində cərimə hesablanmışdır. O bu cərimənin yazılması ilə razı deyildir. Çünki heç bir əsası olmadan sözügedən cərimənin ona yazılması onun bir vətəndaş kimi hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də Cavabdeh tərəfindən əsassız olaraq ona yazılmış 403,20 manat cərimə borcu məhkəmə qaydasında silinməlidir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmədə izahatında və etirazında bildirdi ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********01250 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğacın üzərinə vurulmuş plombun sındırılması faktı müəyyən edilmişdir. Həmin faktla bağlı 58/0658 saylı, xx.xx.2018-ci il tarixli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 2016 m3 təşkil etmişdir. Hesablanmış 403,20 manat məbləğində dəymiş ziyan 2018-ci ilin iyun ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********01250 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Digər tərəfdən **********01250 saylı abonent kodu üzrə GASREP (qoşma olunub) proqramından çıxarışa nəzər yetirsək görərik ki, abonentin koduna hesablanaraq yerləşdirilmiş 403,20 manat məbləğində dəymiş ziyan məbləği üzrə 2018-ci ilin iyun ayından məcburi tutulmalar getmişdir. Bu hal isə iddiaçının həmin məbləği mübahisələndirmədiyini, əksinə həmin məbləği özünün təqsirli hərəkəti nəticəsində yaranmış dəymiş ziyan məbləği kimi qəbul edərək məcburi tutulmalarla razılaşmasının göstəricisidir. Hal-hazırda abonentin saldoya əsasən 05/2022 tarixinə olan borcu 436,70 təşkil edir. Həmçinin o, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, bildirmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qaz sayğacına müdaxilə nəticəsində baş vermiş itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün müvafiq tədbirlər nəticəsində hesablanmış dəymiş ziyanın abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etmək istəyir ki, **********01250 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın yivli birləşməsinə vurulmuş plombun müdaxilə etmək məqsədilə qırılması, yəni qanunazidd, təqsirli hərəkət nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir. Həmin hərəkət 2018-ci ilin mart ayında «Təbii X4nın pozulması haqqında» aktla rəsmiləşdirilmişdir. Göründüyü kimi İddiaçı 2018-ci ilin mart ayı üzrə yazılmış akt əsasında qeydə alınmayan itirilmiş qazın dəyəri kimi hesablanmış və abonent hesabına yazılmış borcu mübahisələndirmişdir. Bu halı onun iddia ərizəsinə nəzər yetirdikdə də görmək olar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən “Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən “Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir”. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən “Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir”. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında öz əksini tapmış müddəaya əsasən “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardır. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. Odur ki, İddiaçı tərəfindən iddia müddətinin ötürdüyünü nəzərə alaraq, iddiaçının tələbinin rədd edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarında olan təbii X4nın pozulması haqqında 30 mart tarixli, 58/0658 saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən evə quraşdırılmış abonent kodu **********01250 olan sayğaca baxış keçirilən zaman flyans plombun sınması aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən evə (abonent kodu **********01250) məxsus 03.2018-ci il tarixinə 403,20 manat ziyan hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində abonent kodu **********01250 olan, ünvan 1i ünvanında yerləşən evə əsassız olaraq 30 mart tarixli, 58/0658 saylı akt tərtib edilərək 403,20 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X7 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə abonentin cərimə olunmasına əsas olmuş, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş 30 mart tarixli, 58/0658 saylı aktda,aktın hansı ildə tərtib edildiyi göstərilməmiş və beləliklə akt qanuna müvafiq tərtib edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan falktiki halları məcmu halında qiymətləndirərək və aşağıda qeyd olunan normalara istinad edərək hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********01250 olan, ünvan 1i ünvanında yerləşən evinə quraşdırılmış qaz sayğacına görə hesablanmış 403,20 manat cərimə silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "X4"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "X4"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "X4"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan əlavə məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın istehlakçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 1i ünvanında yerləşən evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 403,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan əlavə məhkəməyə cavabdeh təşkilat tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin faktiki hallarından görünür ki, 30 mart tarixli, 58/0658 saylı akt tərtib edilərkən ünvan 1i ünvanında yerləşən ev İddiaçı məxsus olmasına baxmayaraq sonuncunun iştirakı təmin olunmamış, formal olaraq imzadan imtina kimi qeyd aparılmış, belə olan təqdirdə 30 mart tarixli, 58/0658 saylı aktdan iddiaçının iddia müddəti ərzində xəbərdar olmasını istisna etdiyindən məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********01250 olan, ünvan 1i ünvanında yerləşən evinə quraşdırılmış qaz sayğacına görə hesablanmış 403,20 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar