Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3310/2020 20.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, MirzəzadəŞəbnəmÇingizqızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə artıq hesablanmış 400 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 5 ildir ki, bu evi almışlar. Evi alanda sayğac yox idi. Qış ayında yoldaşı xəstə olanda məcbur olub şlanq qoşmuşlar. Və qeyri-qanuni qoşulmaya görə 400 manat cərimə yazılmışdır. O, cərimənin 400 manat olduğunu bilsə də lakin komputerdə 800 manat borcun olduğu göstərilmişdir. Cərimə 10 qəpik əvəzinə 20 qəpikdən hesablanmışdır. Dekabr ayından karta pul köçürməyə başlamışdır. O, 399 manat ödəmiş, hətta Cavabdeh İB-nin ona 100 manat borcu vardır. İndiyənə qədər hər dəfə pul köçürəndə yarısı cəriməyə çıxılmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, onların əməkdaşları 2017-ci ilin yanvar ayında kənar xətt aşkar etmiş və 3996 m3 ziyan müəyyən etmişlər. Abonent saldosunda 799 manat borc hesablanmışdır. Həmin vaxtda onlar sayğac olmadığına və kənar xətt olduğuna görə zərəri 20 qəpikdən hesablamışlar. İddiaçı özü də kənar xətdən istifadə etdiyini etiraf edir və 399 manat ziyanla razıdır, 799 manat hesablanmış cərimə ilə razı deyildir. İddiaçı 2016-cı ilin dekabr ayından 2020-ci ilin fevralınadək 979 manat ödəniş etmişdir. Bu puldan da 434 manat kənar xəttə görə çıxılmışdır, 545 manat isə iddiaçının qazdan istifadəyə görə etdiyi ödənişdir. İş materiallarında olan Cavabdeh ******* saylı, xx.xx.2017-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evə quraşdırılan sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2017-ci il tarixli aktına əsasən tərtib olunmuş rəydən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında sayğacdan kənar qaz xətti aşkar olunmuş, həmin sayğacdan kənar qaz xəttinin ləğv olunması və 3996 m3 qaza görə hesablanmış məbləğin ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 799,20 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cədvəldən görünür ki, ünvan 3 mənzil 0890 ünvanında yaşayan abonent kodu **********00890 olan İddiaçı 2020-ci ilin fevral ayına təbii qazdan istifadəyə görə cari borcu 365,20 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, ******* saylı, xx.xx.2017-ci il tarixli aktda İddiaçı məxsus ünvan 2 ünvanında sayğacdan kənar qaz xətti aşkar olunması həmin sayğacdan kənar qaz xəttinin ləğv olunması və 3996 m3 qaza görə hesablanmış məbləğin ödənilməsi qeyd olunmuşdur. İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 799,20 manat borc yazılmışdı Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus ünvan 2 ünvanında qeyri-qanuni olaraq qazdan istifadə etməsi aşakar olunmuş və bu barədə ******* saylı, xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və aktda ziyan 3996m göstərilərək dəymiş ziyana görə 399.60 manat hesablanmışdır.Lakin, iş materiallarından görünür ki, borcun vəziyyəti ilə bağlı saldoda və arayışda isə Smart-karta yönləndirilən məbləğin 799,20 manat olduğu göstərilmiş, lakin məhkəmə iclasında Cavabdeh nümayəndəsi xx.xx.2017-ci il tarixli akta görə hesablanmış ziyanın məbləğinin 399.60 manat yox, 799,20 manat olduğunu əsaslandıra bilməmişdir.Bundan başqa məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki,abonent 2016-cı ilin dekabr ayından 2020-ci lin fevral ayınadək 979 manat ödəniş etmiş, həmin məbləğdən 434 manat kənar xəttə görə,545 manat isə sayğaca görə sərfiyata hesablanmış və hal- hazırda isə saldoda abonentin 365,20 manat cari borcu olduğu göstərilmişdir ki, məhkəmə hesab edir ki,həmin məbləğin iddiaçıdan tələb edilməsi yuxarıda qeyd olunduğu kimi işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən 365,20 manat cərimə borcu silinməlidir.. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evində təbii qazdan istifadəyə görə artıq hesablanmış 365,20 manat borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3310/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3310/2020
20.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver