Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3316/2022 12.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı elektrik enerjisinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı elektrik enerjisinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllə, 9 saylı evin 218 saylı mənzilinə elektrik enerjisinin verilməsi barədə qətnamə, cavabdeh haqqında xüsusi qərardad çıxılmasını, eyni zamanda, sözügedən mənzilə dair çıxarışın cavabdehdən alınaraq mülki iş materiallarına əlavə edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X10 ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikaha daxil olmuş, birgə nikah münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2004-cü il təvəllüdlü X9 anadan olmuşdur. xx.xx.2011-ci il tarixdə nikah münasibətlərinə xitam verilmiş, xx.xx.2012-ci il tarixdə isə yenidən nikaha daxil olmuşlar. Birgə nikah dövründə 2018-ci ilin iyun ayında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllə, 9 saylı evin 218 saylı mənzilini almış, ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb yaşamışlar. Bir neçə gün bundan əvvəl, Cavabdeh QSC səlahiyyət həddini aşaraq özbaşına şəkildə mənzilə verilən elektrik enerjisini dayandırmış, soyuq qış aylarında ailə üzvləri ilə birlikdə acınacaqlı vəziyyətə düşərək ölümcül hala düşmüşlər. Bu hərəkətləri ilə onun Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququ pozulmuşdur. Məhkəməyə müraciət etmək üçün mənzil üzərində hüquqların qeydiyyatına dair çıxarışı da götürmüş və ona verməmişlər. Bu səbəbdən də müvafiq çıxarışı məhkəməyə təqdim edə bilmir. 4 saylı Abşeron rayon Ərazi İdarəsinə yazdığı ərizəyə də cavab verilməmişdir. Lakin iddia ərizəsinə əlavə etdiyi həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 həmin mənzildə qeydiyyatdadır. Elektrik enerjisinin pulunu vaxtında ödəməyinə baxmayaraq, cavabdehin özbaşına hərəkətlərindən əziyyət çəkir, işıqsız qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddia tələbində çıxarışın alınması barədə tələb qeyd etsə də, bildirir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllə, 9 saylı evin 218 saylı mənzilinə dair çıxarışı artıq almışdır. Həmçinin, qeyd edir ki, iddia ərizəsində elektrik enerjisinin verilməsinin təmin olunmasını xahiş etsə də, bununla bağlı, əslində, “kəsilməməsi” olmalıdır. Belə ki, cavabdeh elektrik xəttini kəsir, bu da cavabdeh Kristal Abşeron QSC ilə Azərişıq ASC-nin birgə əməllərinin nəticəsidir. O, aldanaraq evinə gedir, elektrik enerjisindən istifadə etmək istədikdə işıqdan istifadə edə bilmir. Azərişıq ASC-yə bu barədə müraciət etdikdə elektrik enerjisinin onun səlahiyyətli nümayəndələri tərəfindən söndürülmədiyi qeyd edilir, Kristal Abşeron QSC isə məsuliyyətdən yayınaraq, Azərişıq ASC-nin səlahiyyətli nümayəndələri tərəfindən elektrik xəttinin kəsildiyi qeyd edilir. Baş idarəyə müraciət edir, işığın verilməsi təmin edilir, daha sonra isə yenidən işıq xətləri kəsilmişdir. Onun elektrik enerjisini Kristal Abşeron QSC-nin səlahiyyətli nümayəndələri kəsir. Bu barədə onun tərəfindən çəkilmiş videogörüntülər, faktlar mövcuddur. O, bir jurnalist kimi qanunsuz əməlləri çəkmiş və bu barədə bir həftə müddətinə sosial şəbəkələrə yerləşdirəcək və növbəti məhkəmə iclasında həmin görüntüləri diskə yerləşdirib təqdim edəcəkdir. Bir hadisə olan kimi elektrik xətləri kəsilmişdir. X14 QSC ilə hər hansı problemi yoxdur, onun problemi mənzili aldığı Azərbaycan Beynəlxalq Bankı ASC ilədir. Bankın səlahiyyətli nümayəndələri cavabdehə zəng edərək, hansı vətəndaşla problem varsa, onun işıq xəttinin kəsilməsi göstərişini verir. Elektrik xətləri dəfələrlə kəsilmişdir. Gedib-gələ bilmədiyindən hazırki iş üzrə yekun məhkəmə aktının çıxarılmasını xahiş edir və məhkəməyə təqdim etdiyi iddia ərizəsini müdafiə edir. 20 gün müddətdir ki, mənzilinə elektrik enerjisi verilir, lakin əmindir ki, yenidən kəsilməsi istisna deyildir. Məhkəmə iclasında cavabdeh Kristal Abşeron QSC-nin nümayəndəsi X11 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, elektrik enerjisinin verilməsi, o cümlədən, elektrik enerjisinin kəsilməsi Kristal Abşeron QSC-nin səlahiyyətlərinə aid deyil, göstərilən səlahiyyətlər Azerenerji ASC-yə məxsusdur. Müəyyən zaman kəsiyində texniki nasazlıq səbəbindən elektrik enerjisinin verilməməsi halları baş vermişdir. Lakin ümumilikdə, göstərilən məsələlər cavabdehin səlahiyyətləri xaricindədir. Texniki nasazlıq halları baş vermiş, həmin hallar aradan qaldırıldıqdan sonra elə həmin gün o, iddiaçıya məlumat vermişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən bir neçə gün əvvəl də texniki nasazlıq olmuş və həmin hal da aradan qaldırılmışdır. İddiaçının mənzilə dair ödənişlər edib-etməməsi məsələsi bankla iddiaçı arasında olan məsələdir. Gələcəkdə texniki nasazlıq halları baş verməyəcəkdir. Maraqlı şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2602/2021 saylı qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi qismən, mənzildə payın müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, 9 saylı evin, 218 saylı mənzilinin ½ hissəsinə payı müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, 9 saylı evin, 218 saylı mənzilinin ½ hissəsi X4 adına ********** qeydiyyat nömrəsi, ½ hissəsi isə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə, **********54-05309-093207 reyestr nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 96 saylı reyestr kitabının 31 saylı vərəqində qeydiyyata alınmışdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ. hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ. hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı birgə nikah dövründə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllə 9 saylı evin 218 saylı mənzilini almış və həmin mənzilə dair iddiaçının ½ hissədə pay hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış əsasında ********** qeydiyyat nömrəsi ilə, **********54-05309-093207 reyestr nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 96 saylı reyestr kitabının 31 saylı vərəqində qeydiyyata alınmışdır. Hazırda, iddiaçı paylı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə elektrik enerjisinin verilməsinin zaman-zaman dayandırılması səbəbindən elektrik enerjisinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İlkin olaraq, iddiaçı iddia tələbində paylı mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllə, 9 saylı evin 218 saylı mənzilinə elektrik enerjisinin verilməsini, cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını, eyni zamanda, mənzilə dair çıxarışın verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, eyni zamanda, iddiaçının izahatı əsasında iddiaçı Abşeron rayonu Xırdalan şəhəri 30-cu məhəllə 9 saylı 218 saylı mənzilinə elektrik enerjisinin verilməsi tələbini irəli sürsə də, məhkəmə iclasında iddiaçı izahatında artıq 20 gün müddətdir ki, onun mənzilinə elektrik enerjisinin verildiyini, lakin təkrarən elektrik enerjisinin kəsilməsinin istisna edilmədiyini bildirmişdir. Beləliklə də, iddiaçı iddia tələbində elektrik enerjisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı iddiaçının mənzilinə elektrik enerjisinin verilməsi, zaman-zaman texniki nasazlıq səbəbindən elektrik xətlərinin kəsildiyi, lakin həmin nasazlıq hallarının aradan qaldırılması öz təsdiqini tapmışdır. İddiaçı elektrik xətlərinin cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən kəsildiyini təsdiq edən videogörüntülər olduğunu qeyd etsə də, göstərilən halları sübuta yetirən mötəbər dəlillərini məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllə 9 saylı evin 218 saylı mənzilinə dair çıxarışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş etsə də, məhkəmə iclasında həmin çıxarışı aldığını bildirmiş, lakin iddia tələbinin həcminin azaldılmasına dair ərizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı həmçinin, qeyd edir ki, nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Mülki Prosessual Məcəllənin: 54.1. maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2. maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə həmçinin, qeyd edir ki, İddiaçı elektrik enerjisinin verilməsi tələbinə dair iddia ərizəsində maraqlı şəxs qismində X6 qoymuş, bununla bağlı, məhkəmə iddiaçıya, X3 “maraqlı şəxs” qismində deyil, “üçüncü şəxs” qismində cəlb olunmasını, eyni zamanda, iddia tələbinin dəqiqləşdirilməsi təklifini irəli sürmüş, lakin sözügedən ərizə məhkəməyə təqdim olunmadığından məhkəmə iddia tələbinə irəli sürülmüş sübutlar əsasında mahiyyəti üzrə baxmışdır. Məhkəmə iddiaçının iddia tələbinin cavabdeh barəsində xüsusi qərardad çıxarılması ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin əməllərində cinayət əməllərinin aşkara çıxarılmasına dair əsaslı sübutlarını məhkəməyə təqdim etmədiyindən həmin halları sübuta yetirmədiyindən, eyni zamanda, məhkəmə araşdırması zamanı belə hallar müəyyən olunmadığından, məhkəmə ərizənin həmin hissədə əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Mülki Prоsеssuаl Məcəllənin: 265.4. mаddəsinə əsаsən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. 265.5. mаddəsinə əsаsən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, işin araşdırılan hallarını təhlil edib, qanunun yuxarıda göstərilən normalarını əsas tutub hesab edir ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı elektrik enerjisinin verilməsi tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı elektrik enerjisinin verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov