Məhkəmə qərarları › İş №2(012)-3317/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3317/2024

25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3317/2024 25.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 25 may 1986-cı il tarixli 5234 nömrəli bağ müqaviləsinin X11 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25 may 1986-cı il tarixli 5234 nömrəli bağ müqaviləsinin X12 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki onun atası X18 1926-cı ildə Bakı şəhərində anadan olub. 28 oktyabr 1993-cü ildə Bakı şəhərində dünyasını dəyişib. Atasının bütün sənədlərində X18 qeyd olunub. 25 may 1986-cı il tarixli 5234 nömrəli bağ müqaviləsində texniki səhv olaraq X19 yazılmışdır. Bu da gələcəkdə bağ sahəsinin sənədləşmə işlərində mane törədəcək. Ona görə də texniki səhvin düzəlməsi üçün məhkəməyə müraciət etmək qərarına gəldi. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən, maraqlı şəxslərin nümayəndəsrlərinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Onların evində böyümüşdür. Ərizəçi atasını yaxşı tanıyırdı. Elmanın atasının adı, soyadı X18 olmuşdur. Atası 2000-ci ildən əvvəl vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Elman ilə sinif yoldaşı olmuşdur. Bir-birlərinin evlərinə gedib-gələn olmuşlar. Elmanın atasının adı Bidaqov Bidaq olmuşdur. Bidaq kişi 1993-cü ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Bakı şəhəri Kirov rayonu Novxanı kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli, АЗ № 423068 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 33 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X18, anası X1r. -НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, X18 1926-cı ildə anadan olmuşdur. -“Bağ evlərinin və binaların uzunmüddətli icarəyə verilməsinə dair” xx.xx.1986-cı il tarixli, 5234 saylı müqavilədən görünür ki, Novxanı qəsəbəsi, 60 saylı bağ sahəsi 0.23 kv.m, 2 otaqlı yaşayış sahəsi 29.15 kv.m metr köməkçi tikililərlə, 2 mətbəx+10.21 kv.m X16 icarəyə verilmişdir. -xx.xx.1993-cü il tarixli, İİ-ЖГ № 436632 saylı Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.1993-cü il tarixində vəfat etmişdir. -Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti başçısının Novxanı kəndi üzrə Nümayəndliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 510 saylı arayışdan görünür ki, mərhum X18 ölən günə kimi ailə tərkibi kimi X3, X13, X14, Ərizəçi, X7, X8 ilə birlikdə Abşeron rayonu Novxanı kəndində yaşamışdır. -Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti başçısının Novxanı kəndi üzrə Nümayəndliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 511 saylı arayışdan görünür ki, mərhumə X3 ölən günə kimi ailə tərkibi kimi X13, X14, Ərizəçi, X7, X8 ilə birlikdə Abşeron rayonu Novxanı kəndində yaşamışdır. -Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti başçısının Novxanı kəndi üzrə Nümayəndliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 512 saylı arayışdan görünür ki, mərhumə X14 ölən günə kimi ailə tərkibi kimi X13, Ərizəçi, X7, X8 ilə birlikdə Abşeron rayonu Novxanı kəndində yaşamışdır. -Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti başçısının Novxanı kəndi üzrə Nümayəndliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 513 saylı arayışdan görünür ki, mərhum X20 ölən günə kimi ailə tərkibi kimi X4, X9, X15 ilə birlikdə Abşeron rayonu Novxanı kəndində yaşamışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli, 321332/2B-0147-8 saylı məktubundan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15 dekabr 2023-cü il tarixli müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə müraciət etməsi tövsiyə olunur. Sözügedən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün müraciət etmək səlahiyyətinin olmadığı müəyyən edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli, 321332/20010-8-B/24 saylı məktubundan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 01 fevral 2024-cü i! tarixli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır.Bundan əvvəl daxil olmuş eyniməzmunlu müraciətinə 06 fevral 2024-cü i! tarixli, **********40 nömrəli məktubla münasibət bildirilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, “Bağ evlərinin və binaların uzunmüddətli icarəyə verilməsinə dair” xx.xx.1986-cı il tarixli, 5234 saylı müqavilədə icarəçi qismində “X21” qeyd edildiyi halda, həmin şəxs НЗ ******* saylı hərbi biletdə və xx.xx.1993-cü il tarixli, İİ-ЖГ № 436632 saylı Ölüm haqqında şəhadətnamədə isə “X18” kimi qeyd edilmişdir. Bu isə “X21”in “X18” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, “Bağ evlərinin və binaların uzunmüddətli icarəyə verilməsinə dair” xx.xx.1986-cı il tarixli, 5234 saylı müqavilədə göstərilən ““X21”in “X18” ilə eyni şəxs olması öz təsdiqini tapdığından həmin müqavilənin X12 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:

76. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.

308. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Bağ evlərinin və binaların uzunmüddətli icarəyə verilməsinə dair” xx.xx.1986-cı il tarixli, 5234 saylı müqavilənin xx.xx.1993-cü il tarixli, İİ-ЖГ № 436632 saylı Ölüm haqqında şəhadətnaməyə əsasən X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar