Məhkəmə qərarları › İş №2(012)-3327/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3327/2021

03.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3327/2021 03.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi7 və Ərizəçi6 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi7 və Ərizəçi6 “çıxarışın həmin şəxslərə məxsus olması faktının müəyyən olunmasına dair” ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi7 və Ərizəçi6 “çıxarışın həmin şəxslərə məxsus olması faktının müəyyən olunmasına dair” ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, RX seriyalı ******* №li çıxarışın Ərizəçi3, Ərizəçi2, Ərizəçi7, Ərizəçi6, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,26 ha torpaq sahəsi RX Seriyalı ******* №li çıxarışla mərhum həyat yoldaşı X13 məxsus olmuşdur. Mərhum həyat yoldaşı X17 05 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşının adına olan çıxarışın onun adına keçirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən qurumun 14.10.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, sənəd üzrə qeyd edilən bəzi ad və soyadlarda uyğunsuzluq vardır. Belə ki, mərhum həyat yoldaşı X9 adına olan RX Seriyalı ******* №li çıxarışda hüquq sahibi “Allahverdiyeva Tamaşa” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində "Ərizəçi3” kimi, hüquq sahibi “X4” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi2” kimi, hüquq sahibi “X7” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi7” kimi, hüquq sahibi “X8” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi6” kimi, hüquq sahibi “X10” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi4” kimi, hüquq sahibi “X11” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi5” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən də, RX seriyalı ******* №li çıxarışın Ərizəçi3, Ərizəçi2, Ərizəçi7, Ərizəçi6, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktının məhkəmə qaydası ilə müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi7 ərizəni müdafiə edərək əlavə olaraq izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən X9 adına rəsmiləşdirilmiş Abşeron rayon Saray qəsəbəsində yerləşən 0.26 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında onun və digər ərizəçilərin adına dövlət qeydiyyatına alınmışdır. X17 onun bibisi olmuş, Ərizəçi1 isə onun bibisinin yoldaşıdır. Qeyd olunan torpaq sahəsi ailə mülkü kimi pay torpaqlarıdır. Lakin çıxarışda onun və digər ərizəçilərin adında texniki səhv olduğundan imtina cavabı verilərək çıxarış verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Ərizəçilər Ərizəçi5, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi6 digər ərizəçilər Ərizəçi1 və Ərizəçi7 izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş üzrə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin; 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -30.11.1979-cu il tarixli № 335315 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 ilə X18 30.11.1979-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada İsmayılova soyadı verilmişdir. -Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.09.2017-ci il tarixli AZ-İ № 891583 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 09.09.2017-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1430 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.26 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə X9, Tamaşa Allahverdiyevanın, X1, X2, X3, X5, X6 adına daşınmaz əmlakın dövlət reyestrində 887 saylı reyestr kitabının 86 saylı vərəqində qeydiyyata alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22.09.2020-ci il tarixli 2973 saylı arayışdan görünür ki, həqiqətən də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı, ******* saylı çıxarışda, aşağıda adları qeyd olunan vətəndaşların soyadı, adı və ata adlarının 1. X17, 2. Ərizəçi3, 3. Ərizəçi2, 4. Ərizəçi7, 5. Ərizəçi6, 6.Ərizəçi4, 7.Ərizəçi5 əvəzinə səhvən aşağıdakı kimi yazılmışdır. 1.X19, 2. Allahverdiyeva Tamaşa, 3. X4, 4. X7, 5. X8, 6.X10, 7.X11. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 14.10.2020-ci il tarixli **********59 saylı bildirişdən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Ərizəçi1 və başqalarına məxsus 0.26 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 22 sentyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş RX ******* seriya nömrəli çıxarışda göstərilən hüquq sahiblərinin ad, soyad və ata adları ilə şəxsiyyəti təsdiq edən sənədlərdə göstərilən ad, soyad və ata adları arasında kəskin fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, RX ******* seriya nömrəli çıxarışda hüquq sahibi “Allahverdiyeva Tamaşa” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi3” kimi, hüquq sahibi “X4 ” göstərildiyi halda, şəxsiyyət vəsiqsində “Ərizəçi2" kimi, hüquq sahibi “X7” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi7” kimi, hüquq sahibi “X8” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi6” kimi, hüquq sahibi “X10” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi4” kimi, hüquq sahibi “X11” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi5” kimi qeyd edildiyi aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin coğrafi vəziyyətinin təqdim edilmiş sənədlər toplusundakı məlumatlarla uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.01.2017-ci il tarixli 57 saylı arayışdan görünür ki, Ərizəçi1 Abşeron rayonu Saray qəsəbəsi Azadlıq küçəsi 76 saylı evdə Kəlbəcər rayonundan köçkün kimi qeydiyyatsız məskunlaşmışdır, Ərizəçi5 da öz növbəsində həmin ünvanda məskunlaşmışdır. -Xanlar RPŞ tərəfindən verilmiş 02.02.2005-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 Kəlbəcər rayonu Zülfüqarlı kəndində qeydiyyatdadır. -Asan Sumqayıt tərəfindən verilmiş 13.06.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 Abşeron rayonu, Saray qəsəbəsi A.Mənsimov küçəsi 46 saylı evdə qeydiyyatdadır. -Asan Sumqayıt tərəfindən verilmiş 14.05.2017-ci il tarixli AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 Abşeron rayonu, Saray qəsəbəsi A.Mənsimov küçəsi 46 saylı evdə qeydiyyatdadır. -AA №0400084 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi3 Azərbaycan Respublikasının vətəndaşıdır. -Göygöl RPŞ tərəfindən verilmiş 11.04.2012-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 Kəlbəcər rayonu Zülfüqarlı kəndində qeydiyyatdadır. -Asan Sumqayıt tərəfindən verilmiş 23.07.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi6 Abşeron rayonu, Saray qəsəbəsi A.Mənsimov küçəsi 46 saylı evdə qeydiyyatdadır. -AA №0771456 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Ərizəçi7 Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, ərizəçilərin izahatını, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizəçilər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X9, Tamaşa Allahverdiyevanın, X1, X2, X3, X5, X6 adına dövlət reyestrində 887 saylı reyestr kitabının 86 saylı vərəqində qeydiyyata alınmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.26 ha torpaq sahəsinə dair paylı mülkiyyət hüququ üzrə verilmiş RX seriyalı ******* saylı çıxarışın 02.02.2005-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1”, 13.06.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi2”, 14.05.2017-ci il tarixli AZE № ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi4”, AA №0400084 seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi3”, 11.04.2012-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi5”, 23.07.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi7”, AA №0771456 seriyalı şəxsiyyət vəsiqəsinə əsasən isə “Ərizəçi7”na məxsus olması faktının müəyyən olunmasını məhkəmədən xahiş etsələr də qanunvericiliyin tələblərinə əsasən həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etməmişlər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq məhkəmə yalnız surətlərdən ibarət olan və əsalığı təsdiq edilməmiş şəxsiyyət vəsiqələrinin surətlərini sübut kimi qəbul etməmişdir. Bel ki, hazırkı tələb üzrə əsas sübut hesab edilən şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətləri və vəsiqələrdəki məlumatlar işin obyektiv həlli üçün əsas sübut kimi mühüm yer tutur. Məhkəmə iclası zamanı ərizəçilərə, onlara məxsus şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi təklif olunsa da, onlar tərəfindən imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1. maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Ərizəçilər məhkəməyə ərizənin əsaslandırdığı hallar üçün sübutların əslini yaxud qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən ərizəçinin ərizəsi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Beləliklə məhkəmə ərizəçilərin təqdim etdiyi sənədləri tədqiq edib, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutub hesab edir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi7 və Ərizəçi6 “çıxarışın həmin şəxslərə məxsus olması faktının müəyyən olunmasına dair” ərizələri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi7 və Ərizəçi6 “çıxarışın həmin şəxslərə məxsus olması faktının müəyyən olunmasına dair” ərizələri təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar