Məhkəmə qərarları › İş №2(012)-3344/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3344/2021

28.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3344/2021 28.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisi, Abşeron rayon 2 saylı notariat ofisi, Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hüquqi varisi X1 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisi, Abşeron rayon 2 saylı notariat ofisi, Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hüquqi varisi X1 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə 28 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına İddiaçı gəlmiş, cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisi, Abşeron rayon 2 saylı notariat ofisi, Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hüquqi varisi X2 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı 28 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə yeni sənədlərin toplanması zərurəti yarandığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisi, Abşeron rayon 2 saylı notariat ofisi, Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hüquqi varisi X1 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar