Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3364/2024 06.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili, nümayəndəsi Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6000 manat kompensasiya ödənilməklə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 6000 manat kompensasiya ödənilməklə Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evdən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh öz növbəsində, İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evin təmirinə xərclənmiş 30000 manat, hüquqi yardıma görə verilmiş 320 manat və dövlət rüsumu kimi verilmiş 182 manat pul vəsaitin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, 1989-cu ildə X9 ilə nikaha daxil olmuşdur. Bu nikahlarından 2 övladları - xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh və 1990-cı il təcəllüdlü X10 anadan olmuşdur. O, X7, Cavabdeh və X3 qarşı mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9, oğlu Cavabdeh və onun ailəsi X4, X14 və X11 mülkiyyət hüququ ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh ona qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X9 ona qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak olan ünvan 1-nin 1/2 hissəsində ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı onun, 1/2 hissəsinə onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-930/2023 saylı qətnaməsi onun X7, Cavabdeh, X3 qarşı mənzildən çıxarma tələbinə dair ilkin iddia qismən təmin olunmuş, cavabdehlər X9 və X4 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1-də yerləşən fərdi yaşayış evindən çıxarılmaları, Cavabdeh ona qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin olunmuş, Cavabdeh mülkiyyət hüququ ona məxsus olan ünvan 1 ünvanına istifadə hüququ tanınması, X6 ona qarşı birgə nikah dövründə əldə olunmuş 2 əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Mülki iş üzrə ilkin iddia üzrə cavabdeh X1 rayon Məhkəməsinin 2(012)-930/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-930/2023 saylı qərardadı ilə Abşeron rayon Məhkəməsinin 2(012)-930/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılması qərara alınmışdır. Bu qərardad yuxarı instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Yəni Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-930/2023 saylı qətnaməsi qanuni qüvvəsini almış və artıq icra edilmişdir. Cavabdeh anası və ailəsi ilə birlikdə hazırda ünvan 2 ünvanında yaşayır. Lakin arabir mübahisəli evə gəlib-gedir. Hər dəfə gələndə isə həm ata, həm də mülkiyyətçi kimi onu saymır və onu əsəbiləşdirməklə məşğul olur. Cavabdeh evin faktiki olaraq ikinci mərtəbəsindən istifadə edir, evdən gedəndə pəncərə və qapını bağlamır, elektrik enerjisini keçirmir, bu kimi birgə yaşayış qaydalarına zidd hərəkətlər edir. Bu isə mülkiyyətçi kimi onun hüquqlarını pozur. Hesab edir ki, cavabdehin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdehin qeydiyyatda qalması onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. O, cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Odur ki, göstərilənləri nəzərə alaraq, o, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, hesab edir ki, ilkin iddia əsassızdır. İlk öncə qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı oğludur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 2013-cü ildən etibarən ünvan 1-də yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evinin tikilmə və təmir xərclərində müxtəlif tarixlərdə olmaqla 30000 manatdan artıq vəsait Cavabdeh tərəfindən xərclənmişdir. Cavabdeh hal-hazırda başqa yaşayış yeri yoxdur. İddiaçı təklif etdiyi 6000 manat kompensasiya qəbul etməkləri mümkün deyildir. Cavabdeh uzun müddət atası ilə münasibətləri yaxşı olmuş, buna görə də yaşadıqları evi öz evi kimi qəbul etmiş, özünün və ailəsinin ehtiyacları üçün evin ikinci mərtəbəsinə, həyətinə kifayət qədər xərc çəkmişdir. Əmlakın dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz münasibətlərin yaxşı olduğu dövründə Cavabdeh tərəfindən edilməsi bu gün əmlakın dəyərinin artmasına səbəb olmuşdur. Mülki Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kompensasiya istifadə hüququn əvəzi kimi verilə bilər. İstifadə hüququ subyektiv hüquq olaraq bir davranış imkanıdır, ona görə də hüququn kompensasiyası deyiləndə “imkanın əvəzləşdirilməsi” başa düşülür. Əvvəlcə “imkan” müəyyənləşdirilməlidir. “İmkan” müxtəlif amillərlə müəyyənləşdirilir: mənzildə istifadəçiyə xas olmuş şərait və s. Bundan sonra “imkana” uyğun olan “əvəz” müəyyənləşdirilməlidir. “Əvəz” də müxtəlif amillərlə müəyyənləşdirilir: mənzil bazarındakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, istifadəçinin özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s. Göstərilən amilləri məhkəmə araşdırması keçirmədən müəyyən etmək mümkün deyil. Heç kəs kompensasiyanın məbləğini qabaqcadan müəyyən etmək qabiliyyətinə malik deyil, heç bir normativ-hüquqi aktda (Nazirlər Kabinetinin qərarında, Tarif Şurasının qərarında və s.) bu məbləğ göstərilməmişdir. İlkin iddia üzrə iddiaçının göstərdiyi məbləğ tikinti və təmir xərclərindən çox aşağıdır. Cavabdeh mübahisəli mənzilə qoyduyu təmir xərcləri həmin məbləğdən dəfələrlə çoxdur. Buna əsasən həmin məbləğin qəbul edilməsi mümkünsüzdür. Göstərilənlərə əsasən, o, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin e-2(012)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı X7, Cavabdeh, X3 qarşı mənzildən çıxarma tələbinə dair ilkin iddia qismən təmin olunmuş, cavabdehlər X9 və X2 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1-də yerləşən fərdi yaşayış evindən çıxarılmaları, Cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin olunmuş, Cavabdeh mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1 ünvanına istifadə hüququnun tanınması, X6 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. -Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş icra işindən görünür ki, Abşeron rayon Məhkəməsinin e-2(012)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2023cü il tarixdə tələbin könüllü icrası barədə bildiriş tərəflərə göndərilmiş, xx.xx.2023-cü il tarixində İddiaçı tərəfindən yazılmış ərizəyə əsasən, o, Abşeron rayon Məhkəməsinin e- 2(012)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində qeyd olunan tələb tam icra olunduğundan həmin icra sənədinə xitam verilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərar ilə Abşeron rayon Məhkəməsinin e-2(012)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. -“X19” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 343,0 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 10 otaqdan ibarət 2 saylı fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixinə olan aylıq kirayə dəyəri 180 manat təşkil edir. -AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsi, 2 saylı ev ********** qeydiyyat nömrəsi ilə, **********12- 10301 reyestr nömrəsi ilə, xx.xx.2021-ci il tarixində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 29, mənzil 58, Cavabdeh isə ünvan 3 ünvanında qeydiyyatdadır. Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən 2 saylı ev ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətindədir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bu evdən istifadə hüququ tanınmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6000 manat kompensasiya ödənilməklə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evdən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İstifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlmişdir. Belə ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. Mülkiyyətçi “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu istəyin motivi müxtəlif ola bilər: mülkiyyətçinin istifadəçi ilə ailə münasibətləri pozula bilər, istifadəçi mülkiyyətçi üçün arzuolunmaz şəxs ola bilər, istifadəçinin mənzildə yaşaması mülkiyyətçiyə mülkiyyət hüququnu öz mülahizəsinə uyğun olaraq sərbəst həyata keçirməyə maneçilik törədə bilər və s. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşdən görünür ki, mübahisəli evin mülkiyyətçisi olan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında münasibətlər hazırda pisləşmişdir və onların birgə yaşaması mümkünsüzdür. Belə olan halda isə həmin daşınmaz əmlakdan istifadə hüququna malik ilkin iddia üzrə cavabdehin bu hüququ əmlakın mülkiyyətçisinin verəcəyi kompensasiya ilə əvəzləşdirilməlidir. Məhkəmə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün mübahisəli yaşayış sahəsinin şəraitindəki evin kirayə qiymətlərini müstəqil qiymətləndirici vasitəsilə müəyən edən rəyi qənaətbəxş hesab edir. Belə ki, “X19” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 343,0 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 10 otaqdan ibarət 2 saylı fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixinə olan aylıq kirayə dəyəri 180 manat təşkil edir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində kompensasiyanın məbləğini 6000 manat göstərsə də, məhkəmə iclasında ən çoxu 7000 manat vəsait verə biləcəyini bildirmişdir, məhkəmə isə onun tərəfindən təklif edilən 7000 manat kompensasiya məbləğini məqbul hesab edir. Məhkəmənin qənaətinə görə bu məbləğ mübahisəli evə oxşar şəraitli yaşayış sahəsilə ilə uzun müddət (təqribən 38 ay) təmin olunmağa kifayət edir. Digər tərəfdən məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh digər yaşayış sahəsi ilə artıq təmin olunmasını da nəzərə alır. Qarşılıqlı iddiaya gəlincə məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz tələbinin əsasını təşkil edən dəlillərlə bağlı məhkəməyə mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə qarşılıqlı iddianın təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin; 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu və 200 manat qiymətləndirmə xərci ilkin iddia üzrə cavabdehdən tutulmalı, qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. 7000 (yeddi min) manat kompensasiya ödənilməklə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evdən istifadə hüququna xitam verilsin və cavabdeh əşyaları ilə birlikdə həmin evdən çıxarılsın. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 100 manat dövlət rüsumu və 200 manat qiymətləndirmə xərci tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3364/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3364/2024
06.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver