Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3390/2023 08.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Nübar Atyalı qəsəbəsi ünvamndakı (abonent kodu **********00021) sayğacla bağlı xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və akt üzrə əsassız hesablanmış 2110 manat borc məbləğin hesab kodundan (kod: **********00021) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə gpöndərərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Nübar Atyalı qəsəbəsi ünvamndakı (abonent kodu **********00021) sayğacla bağlı xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və akt üzrə əsassız hesablanmış 2110 manat borc məbləğin hesab kodundan (kod: **********00021) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla Abşeron rayonu, Nübar Atyalı qəsəbəsi ünvanındakı (abonent kodu **********00021) sayğacla bağlı 2110 manat əsassız borc hesablanmışdır. Qeyd etmək istəyir ki, Cavabdeh işçiləri tərəfindən qanusuzluqlara yol verilmişdir. Belə ki, sayğaca heç bir müdaxilə olunmamışdır, plomb sayğacın üzərində olmuşdur, sayğacda hec bir qüsür olmamışdır. Akt tərtib olunarkən Cavabdeh İB-yi tərəfindən ona heç bir rəsmi məlumat verilməmiş və onun imzası olmadan yazılmışdır. Cavabdeh İB-yi tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvana 2022-ci ilin mart ayında baxış keçirilmişdir. Baxış keçirilən zaman sayğacdan kənar xətdən istifadə edildiyi aşkar edilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək, iddiaçıya 2108,16 manat cərimə hesablanmışdır. Odur ki, o, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Nübar, Atyalı qəsəbəsi ünvanında yerləşən evə quraşdırılmış abonent kodu **********00021 olan sayğaca baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********00021 saylı abunə kodu üzrə sərf olunan təbii qaza görə abonentin 2108,16 manat borcu yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı məxsus Abşeron rayonu, Nübar, Atyalı qəsəbəsi ünvanında yerləşən evə quraşdırılmış abonent kodu **********00021 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 120 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 2108,16 manat cərimə edilmişdir. Lakin, cavabdeh təşkilatın nümayəndəsi 2108,16 manat cərimənin hesabat müddətinin 120 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (2108,16 : 4 = 527,04 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00021 olan, Abşeron rayonu, Nübar, Atyalı qəsəbəsi ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 2108,16 manat borcdan 527,04 manat saxlanılmaqla, qalan 1581,12 manat borc silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan əlavə işin faktiki hallarından görünür ki, qeydiyyatsız təbii qazdan istifadə edildiyi barədə xx.xx.2022-ci il tarixli, ******* saylı aktın tərtib edilməsinə əsas laboratoriyaya rəyi olmuş və qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən, məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv olunması hissəsinin təmin olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00021 olan, Abşeron rayonu, Nübar, Atyalı qəsəbəsi ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 2108,16 manatdan 1581,12 manat cərimə silinməklə 527,04 manat saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3390/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3390/2023
08.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver