Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3399/2020 16.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı X3) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-1037A saylı, 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X1”-nın AA******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi” ilə eyni şəxs olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsi barədə JN-1037A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə iddiaçı və onun ailə üzvlərinin adınadır. Bu barədə hüquqların qeydiyyata alınması üçün iddiaçı maraqlı şəxsə müraciət etmiş, bu zaman onun şəhadənamə və şəxsiyyət vəsiqəsindəki ad bölməsində kəskin fərqin olduğu aşkar olunmuşdur. Belə ki, şəhadətnamədə “X1” göstərilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində “Ərizəçi Məmməvəli qızı” qeyd edilmişdir. Həmin əmlaka dair idarədən arayış alınmış, lakin iddiaçıya verilməmişdir. Şəhadətnamə də idarə tərəfindən itirildiyi üçün onu məhkəməyə təqdim etmək mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizəsinə uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı X3 məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı X3 tərəfindən verilən xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən edilir ki, iddiaçı mülkiyyətinə dair çıxarış üçün idarəyə müraciət etmiş, lakin mülkiyyətə dair şəhadətnamə və şəxsiyyət vəsiqəsindəki soyad və ata adında kəskin fərqlərin mövcud olduğu müəyyən edilmişdir. Bu da çıxarışın verilməsini mümkünsüz hala gətirmişdir. Mülki işin materiallarında olan AR Abşeron rayon İHB-nın Qobu Qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli, 26 №-li məktubdan müəyyən edilir ki, Qobu qəsəbə sakini, qəsəbədə anadan olmuş, hazırda qəsəbədə Yeni məhəllədə qeydiyyatsız yaşayan Ərizəçi sənədində səhvən atasının adı “Məmmədəli” olaraq qeyd edilmişdir. Mülki işin materiallarında olan AR DİN Abşeron Rayon Polis X4 bölməsi tərəfindən verilən xx.xx.2020 saylı arayışdan müəyyən edilir ki, iddiaçıya məxsus JN-1037A nömrəli şəhadətnamə naməlum şəraitdə itirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi JN-1037A saylı, 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X1”-nın AA******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi” ilə eyni şəxs olması, JN- 1037A saylı, 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi JN-1037A saylı, 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X1”-nın AA******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi” ilə eyni şəxs olması, JN-1037A saylı, 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3399/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3399/2020
16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver