Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3400/2020 31.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı cavabdehlər DİN-nin BDYPİ, Cavabdeh2 və Cavabdeh3 qarşı “Hyundai TUCSON” markalı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsinə 31 avqust 2020-ci il tarixdə, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər DİN-nin BDYPİ, Cavabdeh2 və Cavabdeh3 qarşı “Hyundai TUCSON” markalı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3 maddəsinə görə iş ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində qeyd edilən cavabdehlərin heç birinin qeydiyyatı Abşeron rayonunun ərazisinə aid deyildir. Halbuki, MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırkı iddia ərizəsi ilə cavabdehlərdən birinin qeydiyyat yeri üzrə rayon Məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər DİN-nin BDYPİ, Cavabdeh2 və Cavabdeh3 qarşı “Hyundai TUCSON” markalı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə cavabdehlərdən birinin qeydiyyat yeri üzrə rayon Məhkəməsinə müraciət etməsi izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3400/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3400/2020
31.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver