Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-341/2023 07.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X1, İddiaçı Heydər Əliyev adına X8 nümayəndəsi X4, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinin və hasarın sökülərək ərazidən çıxarılması» tələbinə dair və iddiaçı Heydər Əliyev adına X8 Cavabdeh qarşı «tikilinin qanunsuz hesab edilərək sökülməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCARın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci kmliyində, 39 T 0402736; ******* saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, 1-ci sırada, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, H.Əliyev adına NEZ-in nafta xətti ilə paralel keçən ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X10 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında Cavabdeh tərəfindən aparılan tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci kmliyində, 39 T 0402736; ******* saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, 1-ci sırada, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, H.Əliyev adına NEZ-in nafta xətti ilə paralel keçən ünvanda vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində, 10 metr uzunluğunda 9 metr enində və 2 metr hündürlüyündə ev tikmək məqsədi ilə yeni hörgü işlərinin aparılması faktı aşkar edilmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı Heydər Əliyev adına X8 nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, Heydər Əliyev adına X9 (NEZ) məxsus neft məhsulu nəql olunan Dş-500 mm (dizel yanacağı) neft boru kəmərinin ünvan 1 ünvanından keçən hissəsində, kəmərdən təqribən 30 metr aralı məsafədə vətəndaş Cavabdeh tərəfindən tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Həmin ərazidən eyni zamanda Heydər Əliyev adına X9 məxsus neft məhsulları nəql olunan Dş-300 mm (reaktiv), Dş- 300 mm (quru qaz) və Dş-250 mm (nafta) neft boru kəmərləri keçir. Cavabdeh işlərin dayandırılması tələb olunsa da, Heydər Əliyev adına X8 mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə təkrar baxış keçirilərkən tikinti işlərinin davam etdirildiyi aşkarlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Boru kəmərləri həmçinin hazır məhsulların anbarlara yığılması üçün çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Aşağıdakı hüquqi əsaslara görə özbaşına aparılmış tikili sökülməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, cavabdehə bələdiyyə qərarı ilə 2003-cü ildə 10 sot torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə 2010-cu ildən ev inşa edilmişdir və Cavabdeh həmin ərazidə yaşayır. Evə 2009-cu ildə işıq xətti, 2011-ci ildə isə qaz xətti çəkilmişdir. Evə kommunal xətlərin çəkilməsi o deməkdir ki, ev neft kəmərinin mühafizə zonasına düşmür. Odur ki, o, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinin və hasarın sökülərək ərazidən çıxarılması» tələbinə dair və iddiaçı Heydər Əliyev adına X8 Cavabdeh qarşı «tikilinin qanunsuz hesab edilərək sökülməsi» tələbinə dair iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli, 10/8126 saylı ekspert rəyindən görünür ki, SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında Cavabdeh məxsus yarımçıq tikilinin mövcud olduğu, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin “18” dekabr 2002-ci il tarixli 45 N-li Əmri ilə təstiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “03” yanvar 2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.2., 6.3., 6.4., 6.7. bəndlərində göstərilənləri nəzərə alaraq mübahisə predmeti olan yarımçıq tikilinin bütövlükdə SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin və Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında ünvan 1 ünvanında (39 T 0402736; ******* saylı koordinat) yarımçıq tikili inşa edilmiş və yarımçıq tikili SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin və Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşir. Məhkəmə rəyi nəzərə alaraq belə qərara gəlir ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor- Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən ünvan 1 ünvanında (39 T 0402736; ******* saylı koordinat) inşa edilmiş yarımçıq tikili Cavabdeh hesabına sökülməli və Cavabdeh ərazidən çıxarılmalıdır. AR Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən, İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yəni məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması və torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun mütənasib olaraq 50 manat məbləği cavabdehdən alınmalı və iddiaçı SOCAR-ın İddiaçınə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin 25 manat məbləği iddiaçılardan, 25 manat məbləği isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X5, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinin və hasarın sökülərək ərazidən çıxarılması» tələbinə dair və iddiaçı Heydər Əliyev adına X8 Cavabdeh qarşı «tikilinin qanunsuz hesab edilərək sökülməsi» tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında və Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşən Cavabdeh tərəfindən ünvan 1 ünvanında (39 T 0402736; ******* saylı koordinat) inşa edilmiş yarımçıq tikili Cavabdeh hesabına sökülsün və Cavabdeh ərazidən çıxarılsın. 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçınə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin 25 manat məbləği iddiaçılardan, 25 manat məbləği isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X5, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-341/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-341/2023
07.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver