Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-341/2024 11.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü övladı X6 ümumi xəstəlik səbəbindən müddətsiz əlildir. Uşaqlıqdan orta dərəcəli əqli gerilik (İQ-40) davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Xəstə övladına qulluğa görə 100 (yüz) manat məbləğində Prezident təqaüdü alır. Bu xəstəlik səbəbindən oğlu öz hərəkətlərini anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də, oğlunu nəzarətsiz qoymaq mümkün deyildir. Sənəddən də göründüyü kimi, X1 şəxsin qulluğuna ehtiyacı var, daima onun yanında olmaq, ona qulluq etmək lazımdır. Özünü idarə edə bilməyən oğluna o baxmaq məcburiyyətindədir və onun bütün əziyyətlərini özü çəkir. Hər hansı sənədləşmə işi lazım olduqda İbrahim özündə olmadığı üçün sənədlərə imza ata bilmir, bu da bir sıra çətinliklər yaradır. Hal-hazırda X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki iş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur və anası Ərizəçidır. Mülki iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 haqqında arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 orta dərəcəli əqli gerilik (İQ-40) davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Mülki iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi 18 yaşınadək əlilliyi müəyyən edilmiş övladı X4 qulluğuna görə 100 manat məbləğində Prezident təqaüdü alır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionar (Ambulator) kitabçadan çıxarışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 orta dərəcəli əqli gerilik (İQ-40) davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, 5088 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2006-cı il təvəllüdlü X3 orta dərəcəli orta dərəcəli kəmağıllıq müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. xx.xx.2006-cı il təvəllüdlü X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2006-cı il təvəllüdlü X3 orta dərəcəli əqli gerilik (İQ-40) davranış pozuntusu müəyyən edilir. Onun daimi qulluğa ehtiyacı var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-341/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-341/2024
11.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver