Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3412/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış qaz borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış qaz borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş aktların etibarsız hesab edilməsi, həmin aktlar əsasında qanunsuz və əsassız olaraq hesablanmış 432 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolunun kənarında həyət evi almışdır. Evi aldıqdan sonra Cavabdeh tərəfindən elektron kartla işləyən sayğacları 15.07.2020-ci il tarixində mexaniki sayğacla dəyişdirilmişdir. Mübahisələndirilən akt tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh tərəfindən 31.08.2020-ci il tarixdə iddiaçıya qeydiyyatsız təbii qazdan istifadə etməsi barədə ******* nömrəli akt tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Həmin aktın tərtib edilməsindən ümumiyyətlə, iddiaçının xəbəri olmamış, guya iddiaçı aktı imzalamaqdan imtina etmişdir. Bundan başqa, akta fotoşəkil əlavə edilmiş, həmin fotoşəklin isə iddiaçının evinə heç bir aiddiyatı olmamışdır. Həmin fotoşəkildə görünən yerin iddiaçının evinə və qaz sayğacına aid olması tamamilə yalandır. Çünki, əgər sayğaca hansısa müdaxilə olunsaydı, bunu tərtib edilmiş aktda iddiaçıya izah edib qazın hara sərf olunmasını göstərərdilər. Belə ki, cavabdeh idarənin ərazi üzrə əməkdaşları tərəfindən təkcə iddiaçıya məxsus qaz sayğacı deyil, ümumiyyətlə həmin ərazidə olan sayğaclar üzrə kütləvi borclar yazılır. Odur ki, hər hansı müdaxilə olunmadığı halda və cavabdehin öz maraqlarına uyğun hansısa qüsur müəyyən edilməsi barədə akt tərtib etmələri qanunamüvafiq deyil. Cavabdeh əməkdaşları qeydiyyatsız qazdan istifadə edilməsinə sübut kimi iddiaçının evini, həmin qanunsuz təbii qazdan istifadə edilən yerin icmal fotoşəklin çəkə bilərdi ki, həmin ev iddiaçıya məxsusdu və qanunsuz qazdan istifadə olunan sayğac iddiaçıya aiddir. Göründüyü kimi iddiaçıya münasibətdə qanunverciliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfə bu günə kimi dəfələrlə müraciət etməsinə və eləcə də 2020-ci il tarixində əsassız və qanunsuz borc məbləği hesablayaraq qazın verilməsini dayandırdıqdan sonra borcun silinməsi və qazın verilməsindəki məhdudiyyətlərin aradan qaldırılması - yükləmələrdən əsassız tutulmaların dayandırılması formasında müraciət etsə də, hələ bir heç əsaslı cavab verilmir. Bunun özü bir daha sübut edir ki, mübahisəni məhkəməmədən kənar şəkildə həll etmək, razılaşmaq mümkün deyil. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan abonentin saldısundan və iddiaçının izahatından göründüyü kimi iddiaçı yaşadığı ünvan üzrə yeni sayğac 15.07.2020-ci il tarixdə quraşdırılmışdır, mülki işin materiallarından olan 31.08.2018-ci il tarixli, ******* saylı akta əsasən həmin tarixdə Cavabdeh əməkdaşları tərəfindən cavabdeh İddiaçı məxsus ünvanda (abonenti kodu **********00518) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir, bununla əlaqədar olaraq 31.08.2018-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan abonentin saldosundan görünür ki, abunə kodu **********00518 olan ünvan üzrə qazdan istifadəyə görə 2020-ci il tarixi üçün 432 manat borc vardır, eyni zamanda akt tərtib olunan ay üçün iddiaçının 2,80 manat məbləğində təbii qazdan istifadəyə görə debitor borcu vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.Həmçinin işin materiallarında olan abonentin saldosundan göründüyü kimi abunə kodu **********00518 olan ünvan üzrə qazdan istifadəyə görə 2020-ci il tarixi üçün 432 manat cərimə borcu, eyni zamanda akt tərtib olunan ay üçün 2,80 manat məbləğində təbii qazdan istifadəyə görə debitor borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 1i ünvanına adi qaz sayğacına (abonent kodu **********00518) dair hesablanmış 2020-ci il tarix üçün 432 manat cərimə borcu əsassız hesab edilib silinməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 31.08.2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi onlara hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdehndən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1i ünvanına adi qaz sayğacına (abonent kodu **********00518) dair hesablanmış 432 manat cərimə borcu silinsin. Cavabdehndən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3412/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3412/2021
16.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver