Məhkəmə qərarları › İş №2(012)-3414/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3414/2021

02.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3414/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Cavabdeh vəkili-nümayəndəsi X1, Cavabdeh SOCAR Heydər Əliyev adına X5 vəkili-nümayəndəsi X3, Cavabdeh SOCAR Təhlükəsizlik İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh SOCAR Heydər Əliyev adına X9 və SOCAR Təhlükəsizlik İdarəsinə qarşı «mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması» tələbinə dair və SOCAR Heydər Əliyev adına X5 Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizələri üzrə işlərin bir icraatda birləşdirilməsi məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehlər SOCAR Heydər Əliyev adına X8 və SOCAR Təhlükəsizlik İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən Seriya RX № ******* saylı Çıxarışla xüsusi mülkiyyət hüququ əsasında mənə məxsus olan Abşeron rayonu, Masazır ərazisində yerləşən 0,0145 ha torpaq sahəsində cavabdeh SOCAR Heydər Əliyev adma X9 tərəfindən qanunsuz müdaxilələrə son qoyulması və tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə və sahənin hasarlanması işlərin aparılmasına maneə törətməməsi vəzifəsi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər iş üzrə iddiaçı SOCAR Heydər Əliyev adına X9 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində Cavabdeh tərəfindən aparılmış tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki iş üzrə iddiaçıların vəkili-nümayəndələri məhkəmədə mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hər iki mülki işdə göstərilən tələblər bir-biri ilə əlaqəli olduğundan həmin mülki işlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılması üçün bir icraatda birləşdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.4-cü maddəsinə görə bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehlər SOCAR Heydər Əliyev adına X8 və SOCAR Təhlükəsizlik İdarəsinə qarşı «mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması» tələbinə dair 2(012)-2573/2021 saylı mülki işlə və SOCAR Heydər Əliyev adına X5 Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair 2(012)-3414/2021 saylı mülki iş bir icraatda birləşdirilsin və hər iki işə 2(012)-2573/2021 nömrəsi verilsin. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar