Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3414/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair və iddiaçı Cavabdeh İddiaçı qarşı «borcun tutulması» tələbinə dair iddia ərizələri üzrə işlərin bir icraatda birləşdirilməsi məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Sumqayıt RQİİ-nin Abşeron XS-nin əməkdaşlarının tərtib etdiyi ******* saylı akt əsasında, ünvan 1 ünvanında yerləşən evinin **********03190 saylı abonent kodu üzərinə hesablanmış 777,60 manat məbləğində borc pulun abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Digər iş üzrə Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad kəndi ünvanında yaşayan İddiaçı 1653,07 manat borcun, ödənilmiş 37 manat dövlət rüsumunun tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi X4 hazırki mülki iş ilə onunla əlaqəli olan - iddiaçı Cavabdeh İddiaçı qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hər iki mülki işdə göstərilən tələblər bir-biri ilə əlaqəli olduğundan həmin mülki işlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.4-cü maddəsinə görə bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair 2(012)-3414/2025 saylı mülki iş ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «borcun tutulması» tələbinə dair 2(012)-3187/2025 saylı mülki iş bir icraatda birləşdirilsin və hər iki işə 2(012)-3187/2025 nömrəsi verilsin. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3414/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3414/2025
24.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver