Məhkəmə qərarları › İş №2(012)-3420/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3420/2022

24.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3420/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 14119 reyestr və 245 inventar nömrəli qeydiyyat vəsiqəsi və Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 10 fevral 994-cü il tarixli, 19 saylı sərəncamın AZE 0*******, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsi barədəqətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4. maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməli və bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 10 fevral 994-cü il tarixli, 19 saylı sərəncamındakı yanlışlıqla bağlı həmin nümayəndəliyə etdiyi müraciətə cavab olaraq Nümayəndəlik tərəfindən 19 may 2022-ci il tarixli, 121 saylı məktubunda həmin dövr üçün əmr və sərəncamların arxivə verildiyini bildirməsi, Nümayəndəlik müvafiq tədbir görməli olduğu halda bunu etməməsi kimi qiymətləndirildiyindən,Nümayəndəliyin ərizəçiyə cavabı ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməsi üçün yetərli olmadığından ərizə geri qaytarılmalı və ərizəçiyə yanlışlığın aradan qaldırılması üçün yenidən ilə Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinə müraciət etməsi ona izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 152.1.6, 263, 264, 267, 268, 307.2.8, 308 və 310-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. Əirzəçiyə Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 10 fevral 994-cü il tarixli, 19 saylı sərəncamındakı yanlışlığın aradan qaldırılması ilə bağlı Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinə müraciət etməsi ona izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar