Məhkəmə qərarları › İş №2(012)-3420/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3420/2024

30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3420/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və X14 Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi göstərilməklə) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsinə dair JN-029A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi adına olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş “JN- 029A” nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən hüquq sahibinin ad, soyad və ata adına münasibətdə uyğunsuzluq aşkar edilmişdir. Belə ki, JN-029A nömrəli şəhadətnamədə hüquq sahibi “X6” göstərildiyi halda etibarnamədə müvafiq olaraq “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Eyni zamanda o, maraqlı şəxs olan orqana Ərizəçi məxsus 0,25 ha torpaq sahəsinə dair “JN-029A” nömrəli şəhadətnamədə göstərilən yanlışlığın aradan qaldırılması ilə bağlı müraciət etsə də, 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-1425/24 saylı bildiriş məktubu ilə göstərilən sənədlərdə olan yanlışlığın düzəldilməsinin onun səlahiyyəti xaricində olmasını əsas kimi göstərərək müraciətin icrasından imtina ertmişdir. Qeyd olunan yanlışlığın olması ərizəçinin nöqsanı deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nöqsanıdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilən faktın müəyyən edilməsi Ərizəçi həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydə aldırmaq üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında ərizənin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X14 Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan AЗ ******* saylı doğum haqıında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.1965-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuşdur. X9, anası X10r. Mülki işin materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Ərizəçi xx.xx.1965-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuşdur. Mülki işin materiallarında olan İV-ЖГ 389841 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, X2 ilə X7 arasında 21 oktyabr 1987-ci il tarixdə Abşeron rayon Qobu qəsəbə icra nümayəndəliyində nikah qeyd olunmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 61 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Zülfəliyeva soyadı verilmişdir. Mülki işin materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-029A saylı, 30800076 kodlu şəhadətnamənin surətindən görünür ki, X3 Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 59 saylı qərarı ilə Qobu kəndində 0,25 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixdə verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən “12” fevral 2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli 59 saylı qərarı ilə, Qobu qəsəbə sakini Ərizəçi adına verilmiş JN-029A KOD 30800076 saylı şəhadətnamədə onun soyadı, adı və ata adı səhvən X8 yazılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X14 Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeıon rayonu, Qobu qəsəbəsində yerləşən etibarnamə üzrə nümayəndəsi olduğunuz X1 məxsus 0.25 ha torpaq sahəsinə dair JN-029A nömrəli şəhadətnamədə göstərilən yalnışlığın aradan qaldırılması ilə bağlı 30 dekabr 2023-cü il tarixli müraciətə İdarədə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-02ÖA nömrəli torpağa mülkivyətə verilməsinə dair şəhadətnamə göstərilən hüquq sahibinin ad, soyad və ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, JN-029A nömrəli şəhadətnamədə hüquq sahibi ‘‘Mirzəliyev Xaləddin İViirzə qızı”, göstərildiyi halda, etibarnamədə müvafiq olaraq “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Texniki səhvin aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqəsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçiyə Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 59 saylı qərarı ilə Qobu kəndində 0,25 ha torpaq sahəsi ayrılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilərkən texniki səhv edilərək hüquq sahibinin adı, soyadı, ata adı və cinsiyyəti “Ərizəçi” əvəzinə “X6” yazılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsinə dair JN-029A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsinə dair JN-029A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar