Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3429/2021 03.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə İddiaçı X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-nə qarşı «aktın ləğv edilməsi və ödənilən cərimənin geri qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh "xxxx" ASC-nə qarşı «aktın ləğv edilməsi və ödənilən cərimənin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq tərtib olunmuş 143368 nömrəli aktın ləğv edilməsi və ödədiyi 168 manat cərimə məbləğinin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 izahatında bildirdi ki, İddiaçı onun gəlinidir. Firuzə sözügedən evdə yaşadığı üçün iddianı o qaldırmışdır. Lakin həmin ev onun adınadır. Sayğac evin çölündə yerləşir və bilinməyən səbəbdən yanmışdır. Sayğaca görə yazılmış cərimə isə ödənilmişdir. Bundan əlavə iddia ərizəsinin sonundakı imza ona məxsus deyildir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, hazırki iş üzrə iddianı qaldıran şəxslə iddia ərizəsini imzalan şəxs fərqlidir. İddiaçı ilə bağlı onlarda heç bir yoxdur. Akt 2019-cu ildə tərtib edilmişdir. Tərəf aktla razılaşmışdır, lakin 151 manat cəriməni isə 2021-ci ilin aprel ayında "xxxx" ASC-yə ödəmişdir. Tərəfin aktdan xəbəri olmuş, lakin 1 ay ərzində aktı mübahisələndirməmişdir. Odur ki, İddiaçı iddia qaldırmaq hüququ yoxdur. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddia ərizəsinin X3 tərəfindən imzalandığı göstərilsə də, imza İddiaçı məxsus deyildir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizənin baxılmamış saxlanması haqqında qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh "xxxx" ASC-nə qarşı «aktın ləğv edilməsi və ödənilən cərimənin geri qaytarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3429/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3429/2021
03.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver