Məhkəmə qərarları › İş №2(012)-3442/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3442/2021

10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3442/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi-oğlu X1 iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən olunması” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi 18 №-li Bakı Peşə Liseyinə qarşı “hüquqi faktın müəyyən olunması” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə 10 iyun 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına ərizəçinin nümayəndəsi-oğlu X2 gəlmiş, lakin maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi 18 №-li Bakı Peşə Liseyinin nümayəndəsi gəlməmişdir. İclasda Ərizəçi nümayəndəsi-oğlu X2 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi nümayəndəsi-oğlu X1 ərizənin qaytarılması və mülki işin baxılmamış saxlanması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında “hüquqi faktın müəyyən olunması” tələbi barədə ərizə baxılmamış saxlanılmalı və əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi nümayəndəsi-oğlu X1 ərizənin qaytarılması və mülki işin baxılmamış saxlanması barədə ərizəsi təmin edilsin. Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi 18 №-li Bakı Peşə Liseyinə qarşı “hüquqi faktın müəyyən olunması” tələbi barədə ərizəsi baxılmamış saxlanılsın və əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar