Məhkəmə qərarları › İş №2(012)-3446/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3446/2021

07.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3446/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «evdə yaşama hüququnun verilməsi və evə köçürülmə» tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «evdə yaşama hüququnun verilməsi və evə köçürülmə» tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, uşaqlarla birlikdə əzab əziyyətlərlə yaşadığı üçün həmin evdə yaşama hüququnun verilməsini və həmin adı gedən evə köçürülmə və həmin yaşadığı evdə uşaqlarla birlikdə yaşamağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Belə ki, İddiaçı tələbində uşaqlarla birlikdə əzab əziyyətlərlə yaşadığı üçün həmin evdə yaşama hüququnun verilməsini və həmin adı gedən evə köçürülmə və həmin yaşadığı evdə uşaqlarla birlikdə yaşamağını xahiş etsə də, mənzilin ünvanını, harada yerləşdiyini göstərməmiş, tələbini konkret şəkildə ifadə etməmişdir. İddiaçı iddia ərizəsində tələbini konkret ifadə etmədiyi üçün işin faktiki hallarını müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan versin. Başqa sözlə iddia ərizəsində tələb konkret ifadə olunmalı, tələb olunan əmlakın fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməlidir. Əgər iddia ərizəsinin məzmunununda qeyd olunan xüsusiyyətlər göstərilməzsə, əks təqdirdə gələcəkdə çıxarılacaq qətnamənin icrasının qeyrimümkün olmasına kifayət qədər əsaslar verir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunan bütün bunları iddiaçı tərəfindən iddia ərizəsinin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPMnin 149.2.3-cü və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «evdə yaşama hüququnun verilməsi və evə köçürülmə» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «evdə yaşama hüququnun verilməsi və evə köçürülmə» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar