Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2104/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “istifadə hüququnun tanınması və mənzilə köçürmə” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh Cavabdeh, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) "mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzə məhkəmə icraatı
1. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ##.##.2014-cü il təvəllüdlü Bayramov Tahir Elçin oğlunun atası hesab edilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ##.##.2024-cü il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanına ## ###### 2014-cü il tarixindən qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ##.##.2024-cü il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Məmmədli Yağmur Elçin qızı ünvan 1 ünvanına ## ######## 2022-ci il tarixindən qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ##.##.2024-cü il tarixli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Məmmədli Tahir Elçin oğlu ünvan 1 ünvanına ## ### 2019-cu il tarixindən qeydiyyata alınmışdır.
5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ## ##### 2020-ci il təvəllüdlü Məmmədli Yağmur Elçin qızının "valideynləri” qrafasında atası "Cavabdeh”, anası isə "İddiaçı” göstərilmişdir. ## #### 2014-cü il təvəllüdlü Məmmədli Tahir Elçin oğlunun "valideynləri” qrafasında atası "Cavabdeh”, anası isə "İddiaçı” göstərilmişdir.
6. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, İsax Cəfərov küçəsi, ev 4, mənzil 8 ünvanında qeydiyyatsız yaşayır. Onun ailə tərkibi ##.##.2014-cü il təvəllüdlü Məmmədli Tahir Elçin oğlu və ##.##.2020-ci il təvəllüdlü Məmmədli Yağmur Elçin qızından ibarətdir.
7. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı "##.##.1984-cü il təvəllüdlü Cavabdeh, ##.##.1990-cı il təvəllüdlü İddiaçı, ##.##.2014-cü il təvəllüdlü Məmmədli Tahir Elçin oğlunun və ##.##.2019-cu il təvəllüdlü Məmmədli Yağmur Elçin qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları” barədə tələbinə dair iddia mümkün sayılmamışdır.
8. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış ## ###### 2024- cü il tarixli sorğuya cavab məktubun surətindən görünür ki, xidməti ərazi üzrə ** saylı MKİS-nin verdiyi məlumata əsasən bildirilmişdir ki, hal-hazırda ünvan 1 ünvanında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yaşayır.
9. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyətinin ** saylı Mənzil-Kommunal istismar sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Tahir oğlu həqiqətən də, Daşkarxanası küçəsi, *** nömrəli evin mənzilində qeydiyyatsız yaşayır.
10. 12.12.20l4-cü il tarixli notarial qaydada təsdiq edilmiş Xətai RPİ-nin Q və ŞVB şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1 ünvanına Cavabdeh və İddiaçı pasport qeydiyyatına alınmasına etiraz etmədiyini bildirib.
11. ## ###### 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, şahid3, şahid2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və şahid1 - Cavabdeh ünvan 3 ünvanına aid sənədləşmə işlərini aparmağı, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməyi, vərəsəlik işini açmağı özəlləşmə prosesi ilə əlaqədar Bələdiyyə, İcra Hakimiyyəti, DTXK, DƏDRX, Notariat, Bank və digər kredit təşkilatları və s. təşkilatlarda nümayəndə olmağı, adına olan reyestrdən çıxarışı almağı, əmlakı özəlləşdirdikdən sonra üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulu almağı, icarəyə götürməyi, vərəsəlik işini açmağı, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəsi olmağı, ərizələrlə müraciət etməyi, müqavilələr bağlamağı, adından imza etməyi, tələb olunduğu halda məhkəməyə iddiaçı, cavabdeh, zərərçəkmiş, üçüncü şəxs qismində müraciət etməyi, iddia ərizəsini imzalamağı, iddianın predmetini dəyişməyi, məhkəmənin çıxardığı qərar, qətnamə və ya hər hansı digər hüquqi sənədi götürməyi, digər hərəkətlər etməyi etibar etmişlər.
12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tarixli sorğuya cavab məktubun surətindən görünür ki, ünvan 1 ünvanında Solmaz Həsənova ##.##.2003-cü il tarixdən, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2024-cü il tarixdən, X1 ##.##.2018-ci il tarixdən, X2 ##.##.2018-ci il tarixdən, şahid3 ##.##.2004-cü il tarixdən, şahid2 ##.##.2012-ci il tarixdən, İddiaçı isə ##.##.2014-cü il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış ## ###### 2026-cı il tarixli sorğuya cavab məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlakın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Tahir oğluna qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini, iddiaçının, yəni İddiaçı azyaşlı uşaqları Məmmədli Yağmur Elçin qızı və Məmmədli Tahir Elçin oğlu ilə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, **A saylı fərdi yaşayış evinə köçürülməkləri və istifadə hüququqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə ##.##.2013-cü il tarixdə faktiki nikaha girərək ailə qurub. Birgə yaşayış dövründə dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh iddiaçı ilə rəsmi nikahı qeydiyyatından keçməmişdir və bildirmişdir ki, birgə nikah dövründə əldə etdikləri əmlaklara sahib olacağından iddiaçını nikaha sala bilməz. Buna iddiaçının ailə üzvləri razı deyil. Ona görə də onlar birgə yaşasalar da aralarında rəsmi nikahları olmamışdır. İddiaçı və cavabdehin birgə yaşayışlarından iki övladları - ##.##.2014-cü il təvəllüdlü Məmmədli Tahir Elçin oğlu və ##.##.2020-ci il təvəllüdlü Məmmədli Yağmur Elçin qızı olmuşlar. İddiaçı və azyaşlı uşaqları Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, cavabdehin ailə üzvü kimi həmin evə yaşamaq hüququ qazanıblar. İddiaçı hazırda uşaqları ilə birlikdə əşyaları ilə bəzədilmiş evə məhkəmə qaydasında köçürülmək və istifadə hüququnun verilməsini istəyir.
16. Cavabdeh Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən ev Svetlana xanım tərəfindən 1984-cü il tarixdə tikilmişdir. Svetlana xanım səhhətində yaranan problemlərlə bağlı o evi kirayəyə verərək, oğlunun yanına köçmüşdür. Onlar o evi müəyyən haqq müqabilində l0 illik kirayəyə götürərək, 2013-cü ildən köçüb yaşayıblar. Bundan əlavə, onların Bakı şəhərində yaşayacaq və qeydiyyata düşəcək yerləri olmadığından Svetlana xanım çətin vəziyyətdə qalmaqlarını nəzərə alıb, cavabdeh və digər ailə üzvlərini (keçmiş arvadı İddiaçı Bayram qızı və övladları ##.##.2014-cü il təvəllüdlü Məmmədov Tahir Elçin oğlu və ##.##.2020-ci il təvəllüdlü Məmmədli Yağmur Elçin qızını) həmin ünvana valideynlərinin rayondan qonşu kimi tanıdığı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs razılığı ilə onun evinə müvəqqəti qeydiyyata düşüblər (sonradan qeydiyyatdan çıxmaq şərti ilə). Həmin evdə uzun müddət yaşayıblar, lakin ## ####### 2022-ci il tarixdə keçmiş həyat yoldaşı İddiaçı Bayram qızı ilə aralarında mübahisə yaranmışdır. Aralarındakı mübahisəyə səbəb cavabdehin onun telefonunda xoşagəlməz mesaj və səs yazılarını görməyi olmuşdur. Həmin mübahisədən sonra keçmiş yoldaşı iki azyaşlı övladlarını cavabdehin himayəsinə qoyaraq, evi təkbaşına tərk edərək, Gəncə şəhərinə atasının evinə köçmüşdür. Cavabdeh yaşlı anasını kirayə qaldığı evə gətirərək, azyaşlı övladlarını anasının köməkliyi ilə saxlamışdır. Mübahisədən bir neçə ay sonra (təxmini 5-6 ay) Mətanət evə qayıdaraq, iki azyaşlı övladlarını və cehiz əşyalarını götürərək evi yenidən könüllü formada tərk etmişdir. Həmin vaxt cavabdehin aralarında nə mübahisə, nə təhqir heç bir hadisə olmamışdır. Mətanət bildirmişdir ki, Gəncə şəhərində "gözəllik salonu” açaraq, həmin işlə məşğul olacaq və hal-hazırda da həmin salonu işlədir. Həmin salonun Bakı şəhərində də açmaq üçün və burada qalacaq yeri olmadığından uşaqların təhsilini bəhanə edərək qeydiyyatda olduğu yerə köçmək istəyir. Halbuki, 3 ilə yaxın müddətdir ki, Gəncə şəhərində yaşayır və işləyir (salon fəaliyyəti ilə məşğul olur). İddiaçı İddiaçı bildirir ki, ev cavabdehə məxsusdur, halbuki, cavabdehlə o evdə ancaq yaşayıblar və mübahisədən sonra da tərk ediblər. Həmin evdə təkbaşına qaldıqdan sonra 2023-cü ildə evi Svetlana xanıma təhvil verərək tərk etmişdir. Lakin 2024-cü ilin oktyabrında cavabdehə Bakı İnzibati Məhkəməsindən məhkəmə bildirişi və iddia ərizəsi gəlmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh tərəfi evdən qeydiyyatdan çıxarmaqla bağlı məhkəməyə müraciət etmişdir. Lakin, cavabdeh Svetlana xanımın özünə də bildirmişdir ki, cavabdeh artıq həyat yoldaşından ayrılmışdır, başqa yaşayış yeri tapmışdır və həmin evdən qeydiyyatdan çıxmaqla bağlı da Svetlana xanıma problem yaradası deyildir. Svetlana xanım isə cavabdehə bildirmişdir ki, o evdə qeydiyyatda olanları qeydiyyatdan çıxarmaq üçün artıq polis bölməsinə ərizə verib və evin sənədi olmadığı üçün imtina cavabı alıb. Cavabdeh, Bakı İnzibati Məhkəməsinə çağırılan zaman orada da fikrini izah etmişdir və hakim tərəfindən bildirilmişdir ki, evin sənədi olmadığı üçün cavabdehi qeydiyyatdan çıxara bilməyəcəkdir. Bu xoşagəlməz halla bağlı Svetlana xanım ilə də aralarında mübahisə yaranmış, cavabdehi həmin evə qeydiyyata saldığı üçün peşman olduğunu bildirmişdir. Bundan əlavə, Mətanət, həmçinin, bildirir ki, cavabdeh, uşaqları ilə maraqlanmır, amma halbuki cavabdeh hər ay uşaqları üçün 420 manat aliment ödəyir. O, iddiaçı İddiaçı Bayram qızının cavabdeh Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
17. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77 kv/m, ünvanında yerləşən fərdi yaşayış evini 2013-cü ildən uzaq qohumu, həm də qonşu kimi tanıdığı Cavabdeh və onun ailə üzvlərinə kirayə yaşamaqları üçün vermişdir. O, yazılı razılıq ərizəsi ilə onların həmin evə qeydiyyata düşməklərinə icazə vermişdir. Daha sonra Cavabdeh və arvadı ayrılaraq o evi tərk etmişlər. 2023-cü ildən bəri həmin evdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs yaşayır. ##.##.2025-ci il tarixdə məhkəmə iclasında qeyd edilən fərdi yaşayış evinə M.Elçinin İddiaçı iddia edərək, güya o evi onlara kirayəyə yaşamaq üçün yox, həmin evi satdığını bildirmişdir. Bununla bağlı güya oğlu Xəzərlə əlaqə saxlayaraq Xəzərin icazəsi və xəbəri olmadan onun səsini gizli yolla, qanunsuz və özbaşına yazaraq yazdığı səs barədə məlumat verərək bildirmişdir ki, güya oğlu Xəzərin o evə iddiası yoxdur, o evi satıb. Oğlu Xəzər qeyd edilən mübahisəli iş üzrə proses iştirakçısı deyil və onun səsi onun razılığı və icazəsi olmadan heç bir formada yazıla bilməz. Həmin fərdi yaşayış evi müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən inşa edilib, bütün xərclər müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən qarşılanıb, evin faktiki sahibi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdır və o, tərəfindən Cavabdeh və onun ailə üzvlərinə qeydiyyata düşməkləri barədə yazılı qaydada ərizə verib. (ərizə əlavə edilir). Bundan əlavə, Bakı İnzibati Məhkəməsinə AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən ##.##.2024-cü il tarixdə təqdim edilən məktubdan görünür ki, 2018-ci il tarixdə ailə üzvləri olan X2 və X1 2018-ci il tarixdə həmin ünvana qeydiyyata salınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, yəni, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, oğlu Xəzər, qızı şahid2 və şahid3 tərəfindən ##.##.2014-cü il tarixdə sənədləşmə işlərinin yerinə yetirilməsi üçün Cavabdeh təmsilçilik etibarnaməsi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ##.##.2014-cü il tarixli onların həmin evə qeydiyyata düşməkləri üçün Xətai Rayon Polis İdarəsinə notarial qaydada razılıq ərizəsi verilmişdir. Təmsilçilik etibarnaməsinin iş üçün əhəmiyyətli hal olmadığını hesab edərək, bu barədə heç etibarnamə üzrə nümayəndəsi və vəkilinə də məlumat verməyib. Həmin etibarnamə əmlak üzərində sərəncam verilməsini deyil, onun, yəni, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs özünə məxsus hüquqların həyata keçirilməsinin digər şəxsə cavabdehə etibar edilməsini təsdiq edir. Etibarnamə mülkiyyəti təsdiq edən sənəd deyil və sənədləşmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq verilmişdir. Həmin etibarnamədən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin torpaq sahəsinin istifadəsi ilə bağlı bütün səlahiyyətləri ## ###### 2012-ci il tarixdən ##.##.2094-cü il tarixədək cavabdehə etibar etmişdir. Qeyd edilənlərdən əlavə, iddiaçı ##.##.2025-ci il tarixli iclasda bilməyərəkdən və istəməyərəkdən etiraf kimi bildirmişdir ki, həmin tikili həyat yoldaşı tərəfindən Gəncə şəhərindəki evinin satışından əldə etdiyi pulla alınmışdır. Halbuki, həmin Gəncə şəhərindəki ev M.Elçinin anası X3 məxsus olmuşdur ki, yenə də həmin evin satışından əldə edilən pulla alınan əmlak X3 və ya Cavabdeh məxsus olsaydı belə, yenə İddiaçı həmin əmlakdan pay tələb edə bilməzdi. Çünki nikah faktiki nikahdır və rəsmi nikah münasibətlərinə tətbiq edilən qanunvericilik, faktiki nikah münasibətlərinə tətbiq edilmir. İddiaçı özü və yetkinlik yaşına çatmayan uşaqlarının Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev **A saylı ünvanda yerləşən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, nə iddiaçı, nə də cavabdeh həmin evdə yaşamırlar, ev başqa şəxsin, yəni, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs faktiki sahibliyindədir. Həmin tikilinin məhz cavabdehə məxsus olduğunu, faktiki nikah dövründə Cavabdeh hesabına alındığı barədə onların aralarında alqı-satqı olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Onun, yəni, M.Svetlana ilə də B.Mətanətin heç bir qohumluq əlaqəsi yoxdur. Qeyd edilən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi 9 -10 il kirayə ev kimi iddiaçı və cavabdeh tərəfindən istifadə olunmuşdur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın yaranıb-yaranmaması ilə bağlıdır. Qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı həmin evin faktiki nikah dövründə, cavabdeh M.Elçinin vəsaitləri hesabına alınmasını göstərsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Belə olan halda isə iddiaçının köçürülməsini iddia etdiyi yaşayış sahəsinə mülkiyyətçi kimi qanuni gözlənti hüququnun mövcudluğu da müəyyən edilmir. Bununla yanaşı, iddiaçı tələbinin əsası kimi mübahisəli ünvan üzrə qeydiyyata alınmasını göstərsə də, həmin hal özü-özlüyündə yaşayış sahəsinə istifadə hüququnun yaranmasını və ya mövcudluğunu ehtiva etmir.
18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X5)
19. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçının istifadə hüququnun tanınmasına dair tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli yaşayış evi özbaşına tikili olduğundan, həmin sahəyə hüquqların tanınması (istifadə hüququ və ya sair əmlak hüquqlarımın müəyyən edilməsi) barədə iddia təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd edilmiş maddələrdən görünür ki, özbaşına tikinti ilə bağlı mülkiyyət hüququ əldə olunmur, belə tikintiyə dair istifadə hüquqları yaranmır. Lakin özbaşına tikili özü-özlüyündə maddi əmlak aktivi olduğundan və yaşayış üçün yararlı olduğundan, qeyd olunmalıdır ki, analogiya üzrə özbaşına olmayan tikililərə aid normalar tətbiq olunsa da, iddiaçının istifadə hüquqlarının yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, tərəflərin mənzil münasibətlərinə analogiya üzrə ##.##.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələri tətbiq edilə bilər. Həmin maddələrə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd edilmiş normaların hazırki mübahisəyə analogiya üzrə tətbiqindən görünür ki, tərəflərin rəsmi nikahı olduğu halda, ailə üzvü kimi mənzilə köçürülmüş iddiaçının cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüququ yarana bilərdi. İşdən isə görünür ki, tərəflərin nikah münasibətləri faktiki olmuşdur, sahə isə cavabdehin mülkiyyətində olmamışdır. Belə olduğu halda, iddiaçının mübahisəli sahəyə hər hansı hüququ yarana bilməzdir. Qeyd olunanlarla yanaşı məhkəmə həmçinin qeyd etmişdir ki, yaşayış binasının özbaşına tikili olması özüözlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının bu əsasla həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Buna görə də özbaşına tikiliyə köçürülmə barədə iddialaya baxılarkən iddiaçının həmin sahədə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə əldə edilmiş ümumi əmlak hesabına inşa edilib-edilməməsi, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsində onun iştirakının olub-olmaması və sair diqqətəlayiq hallar aydınlaşdırılmalıdır. İlk öncə məhkəmə qeyd etmişdir ki, tərəflərin nikahı faktiki xarakter daşıdığından, iddiaçının mübahisəli sahəyə birgə nikah dövründə qazanılmış əmlak aktivi kimi istinad edərək, həmin yaşayış sahəsində yaşamaq hüququnun təmin edilməsini tələb etmək hüququ yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli evin cavabdehə məxsus olduğunu və onun tərəfindən alındığım əsaslandıraraq, izahatında bildirmişdir ki, cavabdeh evin alınması üçün 34.000 manat ödəmişdir. Bunun üçün cavabdeh özünə məxsus Gəncə şəhərindəki evini 25.000 manata satmış, əlavə 9.000-10.000 manat pul qoymuşdur. Bununla da iddiaçı özü evin dəyərinin 25.000 manat hissəsinin cavabdehə məxsus əmlak hesabına əldə olunduğunu qeyd etmişdir. Tərəflərin arasında rəsmi nikah olmadığından, iddiaçının qalan 9.000-10.000 manat pula münasibətdə nikah dövründə əldə edilmiş əmlakın qanuni rejiminin tətbiq edilməsini tələb etmək hüququ yoxdur. Bundan başqa özbaşına tikiliyə köçürülmə tələbi iddiaçının sahəyə sərf etdiyi şəxsi maliyyə xərcləri baxımından qiymətləndirilsə də, iddia tələblərinin təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, iddiaçının mübahisəli sahənin tikintisinə və əsaslı təmirinə xərc çəkməsi işin halları ilə öz təsdiqini tapmır. Əksinə, sahənin hazırda cavabdehə məxsus olması öz təsdiqini tapmadığı halda belə, sahəyə tərəflərdən əvvəl üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sahiblənməsi işin mübahisəsiz halıdır. Həmçinin, işin halları ilə müəyyən edilir ki, iddiaçı 2023-cü ildən (iddia ##.##.2025-ci ildə verilib) mübahisəli yaşayış sahəsini tərk edərək, Gəncə şəhərinə qayıtmışdır. O, həmin vaxtdan etibarən orada yaşamışdır və işləmişdir. O, bunu iradəsinə zidd etdiyini qeyd etsə də, bunu əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci, 146-cı, 164-cü, 180-cı maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci, 30.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
24. Məhkəmə iclasında cavabdeh Cavabdeh, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) Tətbiq edilən hüquq 26.Azərbaycan Respublikası Mülki Məcəlləsi: 11.1.-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
27. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın tələb edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
33. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, istiifadə hüququnun tanınması tələb edilən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və mübahisəli evə dair heç bir hüquqverici sənəd olmamaqla özbaşına tikilidir. Tərəflər də bunu təkzib edəcək hər hansı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda isə mübahisəli yaşayış evi özbaşına tikinti olduğundan mübahisəli evə mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun tanınması təmin edilə bilməz.
34. Hazırkı işin faktiki hallarına əsasən 2011-ci ildə faktiki nikah münasibətlərinə daxil olaraq, təsərrüfatı birgə aparmışlar. Onlar 2013-cü ildə mübahisəli yaşayış evinə köçmüşlər. Mabahisəli yaşayış evi özbaşına tikilidir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, mübahisəli ev faktiki nikah dövründə alınmaqla, iddiaçının və onun övladlarının yaşayış yeri olmuşdur. İddiaçı cavabdehin təzyiqi altında qanunsuz olaraq yaşayış sahəsindən məhrum edildiyini iddia edərək, yaşayış sahəsinə köçürülməsini tələb edir. Cavabdehin dəlilləri ondan ibarətdir ki, mübahisəli yaşayış sahəsi üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kirayə götürülmüşdür, yəni onun tərəfindən alınmamışdır və ona məxsus deyildir.
35. Belə ki, özbaşına tikilinin üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən qeyri-rəsmi olaraq cavabdehə satılıbsatılmadığını işin halları ilə müəyyən etmək mümkün olmasa da, qeyd olunmalıdır ki, həmin sahənin cavabdehə məxsus olduğu halda da iddianın təmin edilməsi üçün qanuni əsaslar yoxdur.
36. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə özbaşına tikintiyə istifadə hüququnun tanınması ilə bağlı hər hansı norma mövcud deyil. Lakin belə tikintilərin reallıqda mövcud olması və onlardan yaşayış sahəsi kimi istifadə edilməsi orada şəxslərin yaşamasını və zərurət yarandıqda köçürülməsini hüquqi baxımdan mümkün edir. Belə olan halda, özbaşına tikintiyə köçürülmə barədə iddiaların birmənalı şəkildə təmin olunmaması sosial ədalət prinsiplərinə uyğun olmayan bir mövqedir. Bu qəbildən olan iddiaların uğurluluğu həmin tikintinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, köçmək istəyən şəxsin həmin tikintiyə hər hansı hüququnun yaranıb-yaranmamasından, habelə onun tikintinin sahibinə münasibətdə hüquqi statusundan asılıdır.
37. Göründüyü kimi tərəflərin rəsmi nikahı olduğu halda, ailə üzvü kimi mənzilə köçürülmüş iddiaçının cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüququ yarana bilərdi. İşdən isə görünür ki, tərəflərin nikah münasibətləri faktiki olmuşdur, sahə isə cavabdehin mülkiyyətində olmamışdır. Belə olduğu halda, iddiaçının mübahisəli sahəyə hər hansı hüququ yarana bilməzdir.
38. Qeyd olunanlarla yanaşı həmçinin yaşayış binasının özbaşına tikili olması özüözlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsini istisna edən hal kimi qiymətləndirilə bilməz.
39. Belə ki, cavabdeh evin alınması üçün 34.000 manat ödəmişdir. Bunun üçün cavabdeh özünə məxsus Gəncə şəhərindəki evini 25.000 manata satmış, əlavə 9.000- 10.000 manat pul qoymuşdur. Bununla da iddiaçı özü evin dəyərinin 25.000 manat hissəsinin cavabdehə məxsus əmlak hesabına əldə olunduğunu qeyd etmişdir. Tərəflərin arasında rəsmi nikah olmadığından, iddiaçının qalan 9.000-10.000 manat pula münasibətdə nikah dövründə əldə edilmiş əmlakın qanuni rejiminin tətbiq edilməsini tələb etmək hüququ yoxdur.
40. Bundan başqa özbaşına tikiliyə köçürülmə tələbi iddiaçının sahəyə sərf etdiyi şəxsi maliyyə xərcləri baxımından qiymətləndirilsə də, iddia tələblərinin təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, iddiaçının mübahisəli sahənin tikintisinə və əsaslı təmirinə xərc çəkməsi işin halları ilə öz təsdiqini tapmır. Əksinə, sahənin hazırda cavabdehə məxsus olması öz təsdiqini tapmadığı halda belə, sahəyə tərəflərdən əvvəl üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sahiblənməsi işin mübahisəsiz halıdır. Həmçinin, işin halları ilə müəyyən edilir ki, iddiaçı 2023-cü ildən (iddia ##.##.2025-ci ildə verilib) mübahisəli yaşayış sahəsini tərk edərək, Gəncə şəhərinə qayıtmışdır. O, həmin vaxtdan etibarən orada yaşamışdır və işləmişdir. O, bunu iradəsinə zidd etdiyini qeyd etsə də, bunu əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.