Məhkəmə qərarları › İş №2(012)-3456/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3456/2022

25.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3456/2022 25.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdehnə qarşı bocun silinməsi tələbi barədə iddia ərizəsinə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya məxsus **********00000 abonent kodu olan, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə ünvanında yerləşən “Göyçə Çölü” kafesində quraşdırılmış qaz sayğacına görə yanvar 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt üzrə yazılmış 6043,50 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və abonentin saldosundan görünür ki, İddiaçı özünə məxsus kafedə yerləşən qaz sayğacına görə tərtib edilmiş aktı və onun əsasında tətbiq edilmiş cəriməni mübahisələndirir. Belə olan halda müvafiq tələb istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı tələblər kateqoriyasına aid edilmir. İddiaçı isə işlətdiyi məişət obyektinin yerləşdiyi yer üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında iddiaçının vergi ödəyicisi olması barədə hər hansı məlumat mövcud deyildir. Belə olan halda İddiaçı hazırki tələblə cavabdehin olduğu yerin məhkəməsinə müraciət etməli idi. İşdən görünür ki, Cavabdeh İB hüquqi şəxs kimi ünvan 2 ünvanında qeydə alınmışdır. Göründüyü kimi, mülki iş üzrə cavabdeh Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı dövlət rüsumu ödəməmişdir. Bu zaman o yenə də tələbinin istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı olmasına və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə istinad etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, İddiaçı fərdi sahibkar kimi öz obyektində təbii qazı istehlak etdiyindən onunla cavabdeh arasındakı münasibətlər istehlak münasibətləri hesab edilmir. Belə olan halda isə İddiaçı hazırki iddia ərizəsinə görə dövlət rüsumu ödəməlidir. Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləği 100 manat olaraq müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdehnə qarşı bocun silinməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar