Məhkəmə qərarları › İş №2(012)-3466/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3466/2021

16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3466/2021 16.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, l-ЗЖ № ******* doğum haqqında şəhadətnamədə göstərilən X3 AZE ******** 3WYNKOL seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi və V-ЖГ № 301000 nikah haqqında şəhadətnamədə göstərilən X4 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.1966-cı il tarixdə Ermənistan, Krasnoselo rayonunda anadan olmuşdur. Ona doğum haqqında şəhadətnamə Ermənistan, Krasnoselo rayonunda verilmişdir və doğum haqqında şəhadətnamə erməni dilindədir. Onun soyadı və adı şəxsiyyət sənədində və digər sənədlərlə fərqli - fərqli yazıldığı üçün müxtəlif problemlərlə üzləşmişdir. Onun soyadı adı və ata adı erməni dilindən Azərbaycan dilinə tərcümə olunan zaman X1 oxunur. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsində Ərizəçi, nikah haqqında şəhadətnamədə isə X4 qeyd edilmişdir. Onun həm adı, həm də ki, soyadı şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnamədə yanlış yazılmışdır. Belə ki, qeyd edilən məsələ ilə bağlı o ilk əvvəl Maraqlı şəxsnə müraciət etdi. Maraqlı şəxs tərəfindən ona 05/Q-493/15 nömrəli, 15 aprel 2021-ci il tarixli məktub verərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan l-ЗЖ № ******* doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.1966-cı il tarixdə Ermənistan, Krasnoselo rayonunda anadan olmuşdur. İş materiallarında olan V-ЖГ № 301000 nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 ilə X5 17 iyul 1990-cı il tarixdə nikahlarını bağlamışlar və bu nikah 23 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AZE Seriyalı, 1******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Krasnoselo rayonunda anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-493/15 nömrəli, 15 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci və 162.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi doğum və nikah haqqında akt qeydinin bərpa edilib, yeni doğum və nikah haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, Ərizəçi adı və soyadı l-ЗЖ № ******* doğum haqqında şəhadətnamədə səhv olaraq X3 olaraq, V-ЖГ № 301000 nikah haqqında şəhadətnamədə isə səhv olaraq X4 olaraq göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda göstərilən halların məhkəmədən kənar aradan qaldırılması mümkün olmadığından l-ЗЖ № ******* doğum haqqında şəhadətnamədə göstərilən X3 və V-ЖГ № 301000 nikah haqqında şəhadətnamədə göstərilən X2 AZE ******** 3WYNKOL seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. l-ЗЖ № ******* doğum haqqında şəhadətnamədə göstərilən X3 və V-ЖГ № 301000 nikah haqqında şəhadətnamədə göstərilən X2 AZE ******** 3WYNKOL seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar