Məhkəmə qərarları › İş №2(012)-3468/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3468/2021

12.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3468/2021 12.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 12 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin 08.08.2005-ci il tarixli, JN-534F, KOD 30126018 nömrəli torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin X7 məxsus olması faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuşdur. Ərizəçinin valideynləri X11 və X8r. X3 20.08.2009-cu il tarixində Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür. Qusar rayon Aqrar İslahat Komissiyasının 25.06.1998-ci il tarixli, 11/10 saylı qərarına əsasən Qusar rayonu Yasab kəndində 0.25 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X7 ayrılmışdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 08.08.2005-ci il tarixli, JN-534F, KOD 30126018 nömrəli torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Adı çəkilən şəhadətnamə itdiyinə görə onun əslini müvafiq orqanlardan əldə etmək məcburiyyətində qalmışlar. Bununla bağlı Qusar Rayon Polis X16 Bölməsinə müraciət ünvanlanmış, lakin həmin bölmənin 16.09.2020-ci il tarixli, 151-427-1220 nömrəli arayışında qeyd olunmuşdur ki, adıçəkilən şəhadətnamənin tapılması mümkün olmamışdır. Eyni zamanda, həmin şəhadətnamənin itməsi ilə bağlı “Respublika” qəzetinin 28.08.2020-ci il tarixli, 171(6790) nömrəli sayında elan verilmişdir. Daha sonra həmin sənədin dublikatını əldə etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ərizəyə əsasən təqdim olunmuş şəhadətnamənin nüsxəsindən görünür ki, orada ərizəçinin atasının adı, soyadı və ata adı qrafasında “X4” qeyd olunmuşdur. Bu hal ərizəçinin atasının adına olan torpaq sahəsinin qanunvericiliyə müvafiq şəkildə özgəninkiləşdirilməsinə maneçilik törədir. Sadalanan faktlardan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, ərizəçinin valideyni olan atasının adı, soyadı və ata adı “X11” kimi qeyd olunmalıdır. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etmədi. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Oktyabr rayonu (hazırki Yasamal rayonu) ZAQS şöbəsi tərəfindən 07 iyul 1978-ci il tarixdə verilmiş V-JQ seriyalı 477239 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X11, ana qrafasında X9 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 07 iyul 1978-ci il tarixdə 2194 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan AZ-İİ seriyalı 108327 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 20 avqust 2009-cu il tarixdə kaxeksiya səbəbindən ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 avqust 2009-cu il tarixdə 405 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Qusar Rayon Polis X21 Bölməsi tərəfindən verilmiş 16.09.2020-ci il tarixli 151-427-1220 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 28, mənzil 1-də yaşayan Davidova X14 rayon Yasab kəndində yaşamış, mərhum atası X5 adına verilmiş JN-534F, KOD 30126018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsini Qusar rayon ərazisində naməlum şəraitdə itirdiyini bildirmişdir. Keçirilmiş axtarış tədbirləri nəticəsində naməlum şəraitdə itmiş JN-534F, KOD 30126018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin tapılması mümkün olmamışdır. Mülki iş materiallarında olan 08.08.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-534F, KOD 30126018 nömrəli şəhadətnamədən görünür ki, X2 Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11\10 saylı qərarı ilə 0.25 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektik və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı kimi mülkiyyətinə verilmişdir. Mülki işin materiallarında olan Qusar Rayon İcra Hakimiyyəti başçısının X20 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.09.2020-ci il tarixli, 344 №-li arayışdan müəyyən edilir ki, 26.08.2009-cu il tarixdə vəfat etmiş X6 adına verilmiş JN-534F, KOD 30126018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamədə onun adı səhvən X1 yazılmışdır. - Oxunmalıdır: X11. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 25 avqust 2020-ci il tarixli, **********35 nömrəli məktubunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 5 saylı Ərazi İdarəsinin arxiv sənədlərində mərhum X7 məxsus Qusar rayonu, Yasab kəndində yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdir. Bundan əlavə mərhum X6 adına olan 0.25 ha torpaq sahəsinə verilmiş JN-534F, KOD 30126018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, 08.08.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-534F, KOD 30126018 nömrəli şəhadətnamə 20 avqust 2009-cu il tarixdə vəfat etmiş X7 məxsusdur, lakin texniki səhvə yol verilərək şəhadətnamə onun məlumatları X1 yazılmışdır.Ona görə də, məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 08.08.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-534F, KOD 30126018 nömrəli şəhadətnamənin 20 avqust 2009-cu il tarixdə vəfat etmiş X7 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.08.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-534F, KOD 30126018 nömrəli şəhadətnamənin 20 avqust 2009-cu il tarixdə vəfat etmiş X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar