Məhkəmə qərarları › İş №2(012)-347/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-347/2024

17.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-347/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh10, habelə Cavabdeh9 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 qarşı qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 qarşı qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsindən cavabdehlərin ailə üzvləri ilə birgə çıxarılması, torpaq sahəsinin üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin onların hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində mülkiyyətində olan və Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə **********22 saylı reyestr nömrəsiylə qeydiyyatdan keçmiş 0,1256 ha torpaq sahəsi, xx.xx.2019-cu il tarixdə **********28 saylı reyestr nömrəsiylə qeydiyyatdan keçmiş 0,0084 ha torpaq sahəsi və xx.xx.2019-cu il tarixdə **********27 saylı reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. İddiaçı Bakı şəhərində yaşadığı üçün həmin əraziyə gedib-gələ bilməmiş, sonuncu dəfə həmin əraziyə 2023-cü ilin iyun ayının sonunda getmiş və ona məxsus mülkiyyətində olan yuxarıda qeyd edilən torpaq sahəsinin ayrı-ayrı şəxslər tərəfindən qanunsuz olaraq zəbt edildiyini müəyyən etmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, polis orqanında aparılan araşdırma zamanı hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh10, Cavabdeh7, Cavabdeh9, Cavabdeh6, Cavabdeh5, Cavabdeh11, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ona məxsus torpaq sahəsini zəbt etdikləri və üzərində onlar tərəfindən yaşayış evlərinin tikildiyini müəyyən etmişlər. Məsələ ilə bağlı cavabdehlərlə torpaq sahəsinin boşaldılmasına dair danışıqlar aparılmış, lakin cavabdehlər bundan imtina etmişlər. İddiaçının mülkiyyətində olan və zəbt edilmiş torpaq sahələrinin hər birinin ayrı-ayrılıqda dövlət qeydiyyatından keçməsinə və ayrı-ayrı çıxarışlarının olmasına baxmayaraq zəbt olunmuş sahə bir-birinə bitişik və eyni ərazidə yerləşən torpaq sahəsidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən 0,1256 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən 0,0084 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən 0,0071 ha torpaq sahələrindən ailə üzvləri ilə birlikdə çıxarılmaları, torpaq sahəsinin üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin onların hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh10, habelə Cavabdeh9 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiklərini bildirdilər. Onlar qeyd etdilər ki, hər biri Pərviz adlı şəxsə dəyərini ödəməklə torpaq sahələri əldə etmişlər. Cavabdehlər Cavabdeh6 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,1256 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0084 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0071 ha torpaq sahələri İddiaçı adına qeydə alınmışdır. Onun adına A 373892 və A 373891 torpaq sahəsinin planı və ölçüləri tərtib olunmuşdur. İşdə olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonunun Masazır kəndində yerləşən 0,01 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdən Cavabdeh1 adına qeydə alınmışdır. Onun adına xx.xx.2018-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli pay hüququnun hissə-hissə ödəniş şərti ilə həyət evinin verilməsi müqaviləsinin surətindən görünür ki, "xxxx" çoxprofilli Şirkəti Abşeron rayonu, Masazır qəsəbəsi, Qarabağlar küçəsində yerləşən 1,4 sot həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli təmirsiz həyət evini 35000 manata (20000 manat nağd, 15000 manatı isə 50 aya 300 manat olmaqla hissə-hissə) Cavabdeh3 satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsindən görünür ki, X1 qəsəbəsində inşa etdirdiyi 2 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki 2 otaqlı mənzili 44000 manata (22000 manat nağd, 22000 manatı isə 44 aya 500 manat olmaqla hissə-hissə) Cavabdeh4 satmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsindən görünür ki, X1 qəsəbəsində inşa etdirdiyi yaşayış binasının birinci mərtəbəsindəki 2 otaqlı mənzili 26000 manata (15000 manat nağd, 11000 manatın 6000 manatını 15 gün ərzində, qalan məbləği isə evə köçəndə verməklə) Cavabdeh7 satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsindən görünür ki, X1 qəsəbəsində inşa etdirdiyi yaşayış binasının birinci mərtəbəsindəki 3 otaqlı mənzili müəyyən məbləğə Cavabdeh11 satmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-14281/2023 saylı mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən **********22, **********28, **********27 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mükiyyətində olan torpaq sahələri rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. **********81 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi **********22 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən **********22, **********28, **********27 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan torpaq sahələrində faktiki olaraq cavabdenlər tərəfindən tikililər inşa edilmişdir və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9273 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2- 14281/2023 saylı mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən **********22, **********28, **********27 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mükiyyətində olan torpaq sahələri rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. **********81 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi **********22 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən **********22, **********28, **********27 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan torpaq sahələrində faktiki olaraq cavabdenlər tərəfindən tikililər inşa edilmişdir və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən 0,1256 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən 0,0084 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən 0,0071 ha torpaq sahələri İddiaçı xüsusi mülkiyyətindədir. O iddia edir ki, ona məxsus torpaq sahələrində cavabdehlər tərəfindən tikililər inşa edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,1256 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0084 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0071 ha torpaq sahələrinə müdaxilələri nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahələri üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onların bu daşınmaz əmlaklardan istifadəsi qəbuledilməzdir. Cavabdehlərin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,1256 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0084 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0071 ha torpaq sahələrindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 çıxarılmalı, bu torpaq sahələri üzərində cavabdehlər tərəfindən inşa edilmiş tikililər onların öz hesabına sökülməli, həmin torpaq sahələri əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya təhvil verilməlidir. Torpaq sahəsindən cavabdehlərin ailə üzvlərinin çıxarılması hissəsində tələb qeyi-müəyyən olduğundan məhkəmə hesab edir ki, bu hissədə iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,1256 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0084 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0071 ha torpaq sahələrindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 çıxarılsın. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,1256 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0084 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0071 ha torpaq sahələri üzərində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 tərəfindən inşa edilmiş tikililər onların öz hesabına sökülsün. Həmin torpaq sahələri əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İddiaçı tərəfindən mütəxəssis rəyi üçün ödənilmiş 716 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar