Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3492/2023 20.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 nümayəndəsi- vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi –vəkili Vəkil1 iştirakı ilə, X8 Cavabdeh,3-cü şəxslər Abşeron rayon 1 saylı Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X16 Daşınmaz Əmlak İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlanma müqaviləsinin qismən ləğv edilməsi,miras mülkə vərəsəliyin müəyyən edilərək paylara vərəsə və mülkiyyətçi kimi tanınması tələbinə»dair ilkin iddiasına, iddiaşı Cavabdehlər X17,X21 və X24 qarşı “yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Pətək (Quluyeva) Mətanət Yaşar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11 küçə, dalan 2, 20 №-li ünvanda yerləşən fərdi yaşayış evinə görə ünvan 2ib edilmiş vəsiyyətnamənin qismən ləğv edilməsi,Cavabdeh həmin mülkə görə Abşeron rayon 1 saylı dövlət notariat kontoru tərəfindən verilmiş, 09 avqust 2014-cü il tarixli, 184 №-li vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın X30 Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reystrindən RX0471673 nömrəli çıxarışın etibarsız hesab edilərək mülkün əvvəlki vəziyyətə qaytarılması, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11 küçə, dalan 2, 20 №li ünvanda yerləşən miras mülkə vərəsəliyin müəyyən edilərək vərəsə tanınması,həmin mülkün 1/4 hissəsinə iddiaçı Pətək (Quluyeva) Mətanət Yaşar qızının, 1/4 hissəsinə Cavabdeh və 1/4 hissəsinə cavabdeh X5 mülkiyyətçi tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Pətək (Quluyeva) Mətanət Yaşar qızı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh həmin mülkə görə Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, vərəsəlik hüquqü haqqında şəhadətnamənin və 09 avqust 2014-cü il tarixli miras payın bağışlanma müqaviləsinin qismən ləğv edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Reyestrindən RX047İ673 nömrəli, xx.xx.2014-cü il tarixli çıxanşın etibarsız hesab edilərək mülkün əvvəlki vəziyyətinə qaytarılmasına, Abşeron rayonu. Xırdalan şəhəri. Quruluq Y. M, 11 küçə, dalan 2, 20 №li ünvanda yerləşən miras mülkə vərəsəliyin müəyyən edilərək Pətək (Quluyeva) Mətanət Yaşar qızını vərəsə tanınmasına, həmin mülkün 1/4 hissəsinə iddiaçı Pətək (Quluyeva) Mətanət Yaşar qızının, 1/4 hissəsinə Cavabdeh və 1/4 hissəsinə cavabdeh X5 mülkiyyətçi tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər Petek (Quliyeva) Mətanət Yaşar qızının, X28 və X22 ünvan 6 mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddianı müdafiə edərək,qarşılıqlı iddia ərizəsinə isə etiraz edərək göstərdi ki, Cavabdeh iddiaçının qardaşıdır. Tərəflərin valideynləri 1978-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından Pətək (Quluyeva) Mətanət Yaşar qızı, Cavabdeh və Aslanova (Quluyeva) Zenfira Yaşar qızı doğulmuşlar. Tərəflərin valideynləri birgə yaşayış dövründə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi, bina 54, ev 43 olan mənzili 1999-cu ilin oktyabr ayında satmış, 1999-cu ilin təxminən oktyabr-noyabr aylarında ünvan 5 ünvanda fərdi yaşayış evi almış, bir iki aydan sonra həmin mübahisəli evə pasport qeydiyyatına düşmüş, həmin ev X3nun adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqların qeydiyyat İdarəsi tərəfindən verilmiş, 30400-N» -ilə reystr kitabinda qeyd edilməklə qeydiyyat vəsiqəsi verilmişdir. Yaşayış sahəsi 47,2 kvm, köməkçi sahəsi 45,8 kvm, 2 otaqdan ibarət yaşayış evi X9 adına mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997ci il tarixli, 66 №-li sərəncamı əsasında qeydə alınmışdır. Mülkün inventar dəyəri təxminən 150 min manatdır. Həyətyanı torpaq sahəsi 300 kv.m-dir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə evin hüquqi qeydiyyatına icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın X30 Hüquqların X16 daşınmaz əmlakın Dövlət reystrindən RX0471673 nömrəli çıxarışı əsasında Cavabdeh fərdi evin mülkiyyətçisi tanınmışdır. X3 xx.xx.2010-cu il tarixdə vəfat etmiş və ölümündən sonra iddiaçı Pətək (Quluyeva) Mətanət Yaşar qızı və ailə üzvüləri, anası X10 və Cavabdeh və ailə üzvüləri miras mülkdə yaşamaqla təsərrüfatı idarə etməklə mirası faktiki qəbul etmişlər.Axır vaxtlar Cavabdeh ilə aralarında narazılıq yaranmış, Cavabdeh 2022-ci ilin axırlarında iddiaçını Sumqayıt İnzibati məhkəməyə “Məcbur etmə haqqında”, (yəni) “Pasport qeydiyyatından çıxarma” tələbinə dair iddasına əsasən dəvət olunanda bilmişdir ki, qardaşı Cavabdeh onlara məlumat vermədən hansısa yolla atalarından qalan mübahisəli mirası adına rəsmiləşdirmişdir.Bundan sonra, Sumqayıt İnzibati məhkəməsində iddiaçıya məlum olmuşdur ki, X9 onlara buraxdığı mirasa Abşeron rayon 1 saylı Dövlət Notariat kontorunda Cavabdeh adına keçirmişdir. xx.xx.2010-cu ildə ataları öldükdən sonra anası ilə birlikdə Abşeron İcra Hakimiyyıtinə müraciət etmiş ki, atalarından qalan mülki öz arvadı öz adına rəsmiləşdirsin. Lakin, Abşeron İcra Hakimiyyətinin nümayəndəsi onlarla görüşüb bildirdi ki, faktiki həmin mülkin çıxarışı olmadığından sənədləşmə baş tutmamışdır. Həmin zamanlar imkanları olmadığı üçün evi anasının adına sənədləşdirə bilməmişdir. 2014-cü ildə qardaşı iddiaçının xəbəri olmadan X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında Cavabdeh mülkiyyətçi tanınmışdır. Abşeron rayon 1 saylı dövlət notariat ofisində tərtib edilmiş sənədlər əsassızdır. Miras mülk X3 ilə anaları X5 birgə yaşayış dövründə əldə edildiyi üçün mülk onların ümumi mülkiyyəti olmaqla həmin mülkün yarısı Yaşar Quliyevin, yarısı Məlahət Quliyevanın mülkiyyətində olmuşdur. Məlahət Quliyeva yalnız öz mülkiyyətində olan əmlaka vəsiyyətnamə qoymaq hüququ olduğu halda, Yaşar Quluyevin də payına, yəni bütövlükdə evə vəsiyyətnamə vermişdir. Halbuki iddiaçı atasından qalmış mirasa vərəsədir.Belə ki, atasının ölümü ilə mirasın açıldığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar, arvad(ər) və ölənin valideynləri birinci növbə üzrə vərəsələr sırasına daxildirlər.Məlahət Quliyeva yalnız öz mülkiyyətində olan əmlaka görə vəsiyyətnamə qoya bilərdi, yəni, vəsiyyətnamə evin Məlahət Quliyevanın payına düşən hissəsinə aid olmalıdır. Bu səbəbdən vəsiyyətnamə qismən ləğv olunmalıdır.Anası özünə məxsus əmlakını cavabdehə vəsiyyət etdiyinə görə onun digər vərəsələrinin, yəni onun miras əmlakda məcburi miras payı olmuşdur.Beləliklə, hazırda mübahisəli olan mülkün atasının payına düşən 1/2 hissəsinə onun vərəsə tanınmalıdır. Mülkün atasının payına düşən 1/2 hissəsində iddiaçının məcburi miras payı var. Yəni iddiaçı atasının mirasından 1/4 hissə pay düşür. Bu qayda ilə iddiaçıya ümumi mülkdə 1/4 hissə, cavabdeh hər birinə ümumi mülkdən 1/4 hissə pay düşür.Lakin, Abşeron rayon 1 saylı dövlət notariat kontoru bunları nəzərə almamış, ona məlumat vermədən və miras əmlakdan pay ayrılmadan vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib etmişdir.Halbuki iddiaçı və övladları miras mülkdə pasport qeydiyyatına durmuşlar və notarius həmin miras mülkə məcburu miras payı olan vərəsələri müəyyən edərək onlara pay verməli idi. Vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuz olduğuna görə həmin şəhadətnamənin əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış da etibarsız hesab olunmalıdır.Qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, X2 Respublikasının vətəndaşı ilə 2010-cu ildə ailə qurmuş və nikahlarını rəsmiləşdirmək üçün Türkiyə Respublikasına getmişlər və 15 gündən sonra qayıtmışlar.Onların birgə nikahlarından Petek Melike və Petek Aylin anadan olmuşlar.X27 hazırkı iş üzrə ilkin iddia üzrə cavabdehin, qarşılıql iddia üzrə iddiaçının bacısıdır, atalarına məxsus evdə pasport qeydiyyatındadır, atasının evində İ-ci növbə vərəsədir.İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan qardaşı Cavabdeh ilə münasibətləri yaxşı olsada sonradan pisləşmişdir. Ataları 2010-cu ildə dünyasın dəyişdikdən sonra atalanna məxsus evi 2010-cu ilin aprel ayında Abşeron İcra hakimiyyətinə müraciət edərək anaları X5 adına sənədləşdirsinlər, İcra hakimiyyətində evin çıxarışı olmadığ üçün sənədləşdİrilmə işləri etmək mümkün olmamışdır. Onlar 1 saylı Notariat Ofisində atalarından qalan miras evin analarının adına rəsmiləşdirilməsi üçün imza etmişlər. Sonra anasıgilin (yəni) X27gilin maddi imkanları olmadığı üçün sənədləşmə işləri yarımçıq qalıb. Sumqayıt inzibati Məhkəməsindən bildiriş gələn günə kimi X11 qardaşı Cavabdeh atalarna məxsus evi öz adına sənədləşdirilməsindən Mətanətin məlumatı olmayıb. Qardaşı Cavabdeh alalarına məxsus, atalarından onlara miras qalmış evi öz adına bacısının razılığı olmadan rəsmiləşdirmişdir.X8 adına faktiki mülkiyyətinin olması onu məcburi vərəsəlikdən azad etmir. Beləliklə Cavabdeh bacısı Pətək (Quluyeva) Mətanət Yaşar qızının razılığını almadan atasından qalan miras evi hansısa dolayı yollarla öz adına sənədləşdirmişdir.Qeyd olunanlara əsasən ilkin iddianın təmin olunması,qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil1 ilkin iddia ərizəsinə etiraz,qarşılıqlı iddia ərizəsini müdafiə edərək göstərdi ki, 2010-cu ilin fevral ayında tərəflərin X3 vəfat etdikdən sonra iddiaçı Petek (Quliyeva) X14 rayon 1 saylı Dövlət Notariat kontorunda ərizə verərək atasından miras qalan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin ona düşən payından anası cavabdeh X5 xeyrinə imtina etmiş və gələcəkdə heç bir iddia və tələbi olmayacağını bildirmişdir.Buna əsasən 09 avqust 2014-cü il tarixdə, Abşeron rayon 1 saylı Dövlət Notariat kontorunda Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ünvan 6 evin vərəsələri kimi X10 və Cavabdeh qeyd edilmişlər.Bundan sonra X10 09 avqust 2014-cü il tarixli miras payının bağışlanma müqaviləsi əsasında ünvan 6 evdə olan öz payını Cavabdeh bağışlamışdır. Bunun əsasənda Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X16 daşınmaz Əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarış verilmiş, həmin çıxarışla qeyd olunan əmlaka Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Göründüyü kimi Petek (Quliyeva) X23 Quliyevin bacısıdır, Mətanət 2010-cu ilədək onlarla birlikdə yaşamışdır. 2010-cu ildə Mətanət Türkiyə Respublikasının vətəndaşı ilə ailə qurmuşdur. Bundan sonra Mətanət Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə, dalan 2, 20 saylı ünvanda qeydiyyatda qalsa da, həmin evdə yaşamamış, yalnız qonaq qismində gəlib-getmişdir. Petek (Quliyeva) Mətanət Yaşar qızının övladları xx.xx.2010-cu il təvəllüdlü X28 və xx.xx.2012-ci il təvəllüdlü X33 da həmin ünvanda qeydiyyada olmalarına baxmayaraq bacısı övladları ilə həmin evə qonaq qismində gəlib- getmişlər.Bu faktı qonşuları X6 və X18 notariat qaydada verdikləri ərizədə təsdiq etmişlər.Bacısı Petek (Quliyeva) Mətanət Yaşar qızı ailə qurduqdan sonra bir müddət ailəsi ilə kirayədə yaşamış, 2014- cü ildə Abşeron .rayonu, Masazır kəndi, A.Hüseynov küçəsi, 59 saylı evi almışlar və həmin ev Mətanətin mülkiyyətindədir. Bu fakt sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən məlumatda öz əksini tapmışdır. Petek (Quliyeva) Mətanət Yaşar qızı ailəsi ilə birlikdə hal-hazırda da həmin evdə yaşayırlar.ünvan 6 ev Cavabdeh 2014-cü ildən onun mülkiyyətindədir. Bacısının ailəsi Masazır kəndində ev aldıqdan sonra, ona dəfələrlə onun və övladlarının mülkiyyətində olan evdən qeydiyyatdan çıxaraq, öz evlərinə qeydiyyata düşmələrini xahiş etsədə, bacısı Petek (Quliyeva) Mətanət Yaşar qızı bunu etməmişdir.Petek (Quliyeva) Mətanət Yaşar qızının, həmçinin onun övladları X28 və X22 ünvan 6 mənzildən istifadə hüququnu itirilmişlər və bu məhkəmə qətnaməsi ilə hüquqi qiymətini almalıdır.Qeyd olunanlara əsasən ilkin iddia tam əsassız olduğndan rədd olunması, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin olunması barədə qətnmə qəbul edilməsini məhkəmədən xahiş edir. 3-cü şəxslər Abşeron rayon 1 saylı Notariat ofisinin və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X16 Daşınmaz Əmlak İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2010-cü il tarixli AZ-İ № ******* nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2010-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2010-cu il tarixli ərizədən görünür ki,X12 10 fevral 2010-cü ildə vəfat etmiş atası X7 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə, dalan 2, 20 nömrəli fərdi yaşayış evinin ona düşən payından anası X5 xeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, 10 fevral 2010-cü ildə vəfat etmiş X9 vərəsələri arvadı X10 və oğlu oğlu Cavabdehdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli,184/2014 saylı ərizədən görünür ki, ünvan 6 ünvanda yaşamış və 10 fevral 2010-cü ildə vəfat etmiş X9 oğlu X25 qalmış miras əmlakını qəbul edir. Bildirir ki,ondan başqa X10 və X12 vərəsələrdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, ünvan 6 ünvanda yaşamış və 10 fevral 2010-cü ildə vəfat etmiş X9 arvadı X10 qalmış miras əmlakını qəbul edir. Bildirir ki,ondan başqa X25 və X12 vərəsələrdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli “miras payın bağışlama müqaviləsi”ndən görünür ki, X1 TİB-dən 30400 nömrəli qeydiyyat vəsiqəsi əsasında ünvan 6 fərdi yaşayış evindən əri 10 fevral 2010-cü ildə vəfat etmiş X7 miras qalmış onun payına düşən payı oğlu Cavabdeh bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məmmməd Araz küçəsi, dalan 2, 20 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Abşeron rayonu Masazır kəndi 0.0118 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X8 adına Abşeron rayonu Masazır kəndi A.Hüseynov küçəsi 59 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.0118 ha torpaq sahəsi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı işin araşdırılmış halları, tərəflərin izahatları və məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olundu ki, tərəflərin valideynləri olan X25 ilə X19 1978-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından Pətək (Quluyeva) Mətanət Yaşar qızı, Cavabdeh və Aslanova (Quluyeva) Zenfira Yaşar qızı doğulmuşlar. Tərəflərin valideynləri birgə yaşayış dövründə ünvan 5 ünvanda fərdi yaşayış evi almış və həmin ev X3nun adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqların qeydiyyat İdarəsi tərəfindən verilmiş, 30400-N» -ilə reystr kitabinda qeyd edilməklə qeydiyyat vəsiqəsi verilmişdir. 2010-cu ilin fevral ayında tərəflərin X3 vəfat etdikdən sonra iddiaçı Petek (Quliyeva) X14 rayon 1 saylı Dövlət Notariat kontorunda ərizə verərək atasından miras qalan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin ona düşən payından anası cavabdeh X5 xeyrinə imtina etmiş və gələcəkdə heç bir iddia və tələbi olmayacağını bildirmiş, bunun əsasında 09 avqust 2014-cü il tarixdə, Abşeron rayon 1 saylı Dövlət Notariat kontorunda ünvan 6 evin vərəsələri kimi X10 və Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş,daha sonra X10 09 avqust 2014-cü il tarixli miras payının bağışlanma müqaviləsi əsasında ünvan 6 evdə olan öz payını oğlu Cavabdeh bağışlamışdır. Bunun əsasında Cavabdeh Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X16 daşınmaz Əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarış verilmiş, həmin çıxarışla qeyd olunan əmlaka Cavabdeh mülkiyyət hüququ tanınmışdır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki,məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bu mənada məhkəmə hesab edir ki,ilkin iddia ərizəsində göstərilənlər və ilkin iddia ərizə ilə bağlı ilkin iddiaçının nümayəndəsinin məhkəmədə verilən izahatı işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı Petek (Quliyeva) X14 rayon 1 saylı Dövlət Notariat kontorunda ərizə verərək atasından miras qalan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin ona düşən payından anası cavabdeh X5 xeyrinə imtina etdiyindən iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 1261 və 1268.1-ci maddələri təşkil edir ki, həmin maddələr də iddianın təmin olunmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə cavabdeh Pətək (Quluyeva) Mətanət Yaşar qızı iddiaçı Cavabdehya məxsus mənzildə qeydiyyatda olması qarşılıqlı iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında araşdırılmış sübutlarla Pətək (Quliyeva) Mətanət Yaşar qızı mübahisəli mənzilə qeydiyyata alınmaqla həmin mənzildə yaşamaması, onun həmin mənzilə olan qeydiyyatının folrmal xarakter daşıması təsdiq edildiyindən məhkəmə hesab edir ki, iş üzrə qarşılıqlı iddia tələbi qismən təmin edilməli,qarşılıqlı cavabdeh X8 Abşeron rayonu Xırdalan şəhəri Quşculuq Y/M,11-ci kücə,dalan 2,20 saylı fərdi evə istifadə hüququna xitam verilməlidir. Eyni zamanda iddiaçı Pətək (Quluyeva) Mətanət Yaşar qızının övladları X29 və X34 azyaşlı olduqları üçün AR MPM-in 49.3-cü maddəsinə görə mülki prosessual fəaliyyət qabiliyyəti olmayan şəsxlər hesab edildiyindən,məhkəmə hesab edir ki,həmin azyaşlıların məhkəmədə müstəqil formada prosessual şəxs kimi cavabdeh qismində iştirakı nəzərdə tutulmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X29 və xx.xx.2012-ci il təvəllüdlü X34 azyaşlı olduqları üçün onların yaşayış yeri AR MMin 27.2-ci maddəsinə görə valideynlərinin yaşayış yeri sayıldığından, gələcəkdə qətnamənin icrası zamanı müvafiq qurum tərəfindən bu hal da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: X8 Cavabdeh,3-cü şəxslər Abşeron rayon 1 saylı Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X16 Daşınmaz Əmlak İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlanma müqaviləsinin qismən ləğv edilməsi,miras mülkə vərəsəliyin müəyyən edilərək paylara vərəsə və mülkiyyətçi kimi tanınması tələbinə»dair ilkin iddiası rədd edilsin. İş üzrə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh Pətək (Quluyeva) X14 rayonu Xırdalan şəhəri Quşculuq Y/M,11-ci kücə,dalan 2,20 saylı fərdi evə istifadə hüququ itirildiyindən mənzildən qeydiyyatdan çıxarılsın. Qarşılıqlı iddia tələbi digər hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3492/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3492/2023
20.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver