Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3499/2023 06.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi, eyni zamanda, digər Ərizəçi2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Nümayəndə hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Nümayəndə hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, JN-0044, 61023048 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın ərizəçilərə məxsus olmasının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, ərizəçi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçilər Ərizəçi3 və Ərizəçi4 ərizəçilər qismindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi, eyni zamanda, digər Ərizəçi2 nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə JN-0044, 61023048 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında onun ailə üzvlərinə 0.56 ha pay torpağı verilmişdir. Lakin dövlət aktında ad və soyadın yazılışında yanlışlığa yol verilmişdir. Belə ki, Ərizəçi2 səhvən - X9, Nümayəndə isə X4 qeyd edilmişdir. Hazırda, onlar adlarına olan torpaq sahəsini satmaq istəsələr də dövlət aktında olan yanlışlığa görə sənədləşmə apara bilmirlər. Bu barədə 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçi Nümayəndə doğma xalasıdır. Nümayəndə soyadını dəyişmiş, “Qabilzadə” etmişdir. Ərizəçi2 adında isə yanlışlığa yol verilmişdir. Belə ki, Nümayəndə “Humay” adlı bacısı yoxdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Kürdhacı kənd soveti tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, X-ЖГ № 439244 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1985-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X12, anası Ərizəçi3dır. -Laçın rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ № 013621 saylı adın, soyadın və ata adının dəyişdirilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 “Qabilzadə” soyadına dəyişdirmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 01 nömrəsi ilə qeydiyyat aparılmışdır. -Bərdə rayon Şirvanlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV № 589143 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nümayəndə xx.xx.1988-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 94 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X12, anası Ərizəçi3dır. -“Torpağın mülkiyyətə verilməsi”nə dair JN-0044 saylı, 61023048 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə verilmiş Bərdə rayonu, Bala Qəcər kəndində yerləşən 0.56 ha torpaq sahəsi Bərdə rayonu, Bala Qəcər kənd Ərizəçi3, X6, X8 və Ərizəçi4 mülkiyyətinə verilmişdir. -7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********70 saylı məktubdan görünür ki, Bərdə rayonu, Bala Qəcər kəndində yerləşən 0.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyət hüququna dair JN-0044 saylı dövlət aktında hansı səbəbdən X10 əvəzinə səhv olaraq X3 yazılması məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. -Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2099 saylı arayışdan görünür ki, Ərizəçi3 verilmiş (JN-0044, Kod: ********) torpağa mülkiyyət hüququna dair dövlət aktında səhvən yazılmış X9 və X1 Günay Vidadi qızı və Nümayəndə kimi oxunmalıdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-0044 saylı, 61023048 kod nömrəli şəhadətnaməyə əsasən, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.56 ha torpaq sahəsinin mülkiyyətçilər qismində Bərdə rayonu, Bala Qəcər kənd sakinləri X9 və X11 qeyd edildiyi halda, həmin şəxslərin adları AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, “Ərizəçi2”, AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən isə “Nümayəndə” kimi qeyd edilmişdir. Bu isə “X9”nın “Ərizəçi2”, “X11”nun isə “Nümayəndə” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadəsi ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-0044 saylı, 61023048 kod nömrəli şəhadətnamədə göstərilən “X9”nın “Ərizəçi2”, “X11”nun isə “Nümayəndə” ilə eyni şəxslər olması öz təsdiqini tapdığından həmin şəhadətnamənin Nümayəndə və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: Ərizə təmin edilsin. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0044 saylı, 61023048 kod nömrəli şəhadətnamənin AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, Nümayəndə, AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən isə Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov