Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3505/2020 07.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı cavabdeh “Azərişıq” X1rşı sayğacın yoxlanılması haqqında Aktın qanunsuz hesab edilməsi və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Azərişıq” X1rşı sayğacın yoxlanılması haqqında Aktın qanunsuz hesab edilməsi və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Müvafiq halda məhkəməyə daxil olmuş iddia ərizəsində cavabdehin ünvanı ünvan 1 ünvanıdır. Belə olan təqdirdə hazırkı iddia tələbi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməli olduğundan və “Azərişıq” X3 ünvan 1 ünvanında yerləşdiyindən iddia tələbi Abşeron rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəxsin yaşayış yeri dedikdə onun daimi və ya müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçıya bildirir ki, hazırkı iddia tələbini cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə, yaxud iddiaçının qeydiyyat yeri (şəxsiyyət vəsiqəsində qeyd edilən yeri) üzrə müvafiq məhkəməyə verə bilər. Azərbaycan Respublikası MPM-in 152.1-ci, 152.1.1 və 152.1.3-cü maddələrinin tələblərinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsi ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Buna əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh “Azərişıq” X1rşı sayğacın yoxlanılması haqqında Aktın qanunsuz hesab edilməsi və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3505/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3505/2020
07.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver