Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3506/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, Ərizəçilər Ərizəçi2, Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi3 hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, JN-1168A saylı 30800118 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin AZE 0******* xxxxxxx seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1”na, AZE ******** xxxxxxx seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2”na və AZE ******** xxxxxxx seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi3”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu Novxanı kəndində yerləşən ona və digər ailə üzvlərinə məxsus 0.12 ha torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 05.03.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, JN-1168A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin adı, soyadı və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adının tamamilə fərqli olduğu aşkar edilmişdir. Belə ki, JN-1168A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibləri ardıcıl olaraq “X2”, “X13”, “X14” göstərildiyi halda vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərdə “Ərizəçi1”, “Ərizəçi2”, “Ərizəçi3” kimi qeyd edilmişdir. Bütün bunlara əsasən onun müraciətindən imtina edilmişdir. Qeyd edilən bildiriş təqdim edildikdən sonra şifahi olaraq izah edilmişdir ki, məsələnin həllindən ötrü məhkəməyə müraciət edilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi3 digər Ərizəçi2 ərizəsini müdafiə edərək onun izahatı ilə eyni məzmunlu izahat vermişdir. Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirib, ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə) 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, o, 5 nəfər ailə üzvləri ilə birlikdə Abşeron rayonunun Novxanı kəndində yaşayır. X10 onun atası, Ərizəçi1 anası, Ərizəçi2 həyat yoldaşı, Ərizəçi3 isə onun oğludur. Atası 15.06.2020-ci il tarixdə serebral ateroskleroz səbəbindən vəfat etmişdir. 2006-cı ildə Abşeron rayon Aqrar İslahat Komissiyası, eyni zamanda Kənd Sovetindən nümayəndələr gəlmiş və onların faktiki olaraq istifadə etdikləri torpaq sahəsinə baxaraq həmin torpaq sahəsinin onların sahibliyinə veriləcəyini bildirmişlər. 13.01.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həmin sənəddə onun və ailə üzvlərinin, yəni, anası, atası, həyat yoldaşı və oğlunun adı qeyd olunmuşdur. Lakin sonradan onlara qeyd olunan sənəddə anasının, həyat yoldaşının və oğlunun adının səhv olaraq qeyd olunduğu bəlli olsa da əvvəl buna fikir vermədiklərindən bu barədə aidiyyəti quruma müraciət etməmişlər. Belə ki, torpağa mülkiyyət hüquqlarının qeydə alınması üçün çıxarış əldə etmək məqsədilə o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin şəhadətnamədə qeyd olunan şəxslərin adlarının səhv qeyd edildiyindən çıxarışın verilməsindən imtina edilmiş və onlara məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Belə ki, 13.01.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “Ərizəçi1” əvəzinə “X2”, “Ərizəçi2” əvəzinə “X13”, “X14” əvəzinə “X14”nun adı qeyd olunmuşdur. Məhkəmə ərizəçilərin izahatını və şahidin ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -13.01.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-1168A saylı 30800118 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə verilmiş 0.12 ha sahəsi olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Abşeron rayon Novxanı kənd sakini X3, X1, X11, X5, X6 mülkiyyətinə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X15 ünvanlanmış 05.03.2021-ci il tarixli **********33 saylı bildirişdən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən X15 və başqalarına məxsus 0.12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 12 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-1168A nömrəli torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, ata adı və soyadları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, ata adı və soyadlar arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-1168A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibləri ardıcıl olaraq “X2”, "X13”, “X14” göstərildiyi halda, vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərdə “Ərizəçi1”, “Ərizəçi2”, “Ərizəçi3” kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.06.2020-ci il tarixli AZ-İİ № 092418 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 15.06.2020-ci il tarixdə serebral ateroskleroz səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 533 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Bakı şəhəri Səadət Sarayı tərəfindən 09.04.1999-cu il tarixdə verilmiş Vİİ-ЖГ 363642 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X7 arasında xx.xx.1977-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 498 nömrə ilə qeydiyyat aparılmış, nikaha daxil olduqdan sonra qadına Dadaşova soyadı verilmişdir -Abşeron RPŞ tərəfindən 10.01.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 Abşeron rayonu, Novxanı kəndində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən 13.06.2014-cü il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 Abşeron rayonu, Novxanı kəndində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən 25.09.2016-cı il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Dadaşov X8 rayonu, Novxanı kəndində qeydiyyatdadır. Məhkəmə, ərizəçilərin izahatını, şahid ifadəsini, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçilərin göstərdikləri və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, 13.01.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-1168A saylı 30800118 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə 0.12 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağının verildiyi mülkiyyətçilər qismində Abşeron rayon Novxanı kənd sakinləri “X2”, “X13” “X14” qeyd edildiyi halda həmin şəxslərin adları 10.01.2005-ci il tarixli AZE 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1”, 13.06.2014-cü il tarixli AZE ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi2”, 25.09.2016-cı il tarixli AZE ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən isə “Ərizəçi3” kimi qeyd edilmişdir. Bu isə, X2”nın “Ərizəçi1”, “X13”nın “Ərizəçi2”, “X14”nun isə “Ərizəçi3” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda şahid ifadəsi ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilir. Beləliklə məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1168A saylı 30800118 kod nömrəli 13.01.2006-cı il tarixli şəhadətnamədə göstərilən X2”nın “Ərizəçi1”, “X13”nın “Ərizəçi2”, “X14”nun isə “Ərizəçi3” ilə eyni şəxslər olması öz təsdiqini tapdığından, Torpağın mülkiyyətə verilməsinə dair JN-1168A saylı 30800118 kod nömrəli 13.01.2006-cı il tarixli şəhadətnamənin 10.01.2005-ci il tarixli AZE 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1”na, 13.06.2014-cü il tarixli AZE ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi2”na, 25.09.2016-cı il tarixli AZE ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən isə “Ərizəçi3”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1168A saylı 30800118 kod nömrəli 13.01.2006-cı il tarixli şəhadətnamənin 10.01.2005-ci il tarixli AZE 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1”na, 13.06.2014-cü il tarixli AZE ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi2”na, 25.09.2016-cı il tarixli AZE ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi3”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3506/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3506/2021
01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver