Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3509/2021 29.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X7 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, həyat yoldaşı 21.01.1980-ci il təvəllüdlü X14 anadan gəlmə psixiatrik xəstədir. 2013-cü ildə baş vermiş psixiatrik pozuntu nəticəsində müalicə almağa başlamış - 2015-ci ildən artıq mütəmadi olaraq xəstəxanada yatmış və müalicəsini orada almışdır. Psixi qüsurun nəticəsində həyat yoldaşının öz hərəkətlərinin mənasını anlaya bilməməsi və bir sıra hallarda öz hərəkətlərini idarə edə bilməməsi halları da baş verir. Yoldaşını ən yaxşı tanıyan və qoruyan insan olaraq qəyyumluğunu öz üzərinə götürmək istəyir. Belə ki, o, bir sıra hərəkətlər edərkən bu hal qanunla tənzimlənməlidir. Ərizəyə əlavə etdiyi sənədlərdən sübuta yetirilir ki, həyat yoldaşı psixiatrik xəstədir, onun elədiyi hərəkətlərin hüquqi əhəmiyyət verməsi üçün mütləq onun qəyyumu təyin olunmalıdır. Hazırkı ərizənin verməyinin əsas səbəbi bundan ibarətdir. Bu səbəbdən də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 28.07.2021-ci il tarixli 1635 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X2 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.11.2004-cü il tarixli AZ-İ № 137953 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X8 02.11.2004-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 317 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Vahabova soyadı verilmişdir. -Psixi Sağlamlıq Mərkəzinin 03.12.2016-cı il tarixli 3966 saylı arayışından görünür ki, 12.01.1980-ci il təvəllüdlü X14 hazırda PSM-də həkim psixiatr tərəfindən müalicə alır. Diaqnoz: Rekurrent depressiv pozuntu, orta depressiv epizod. F33.4 -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator, X13 Kartasından çıxarışdan görünür ki, X14 25.01.2017-ci il tarixdən 28.02.2017-ci il tarixədək müalicə almış, uzun gedişli şizofrenə bənzər psixor ifadəli psixotik hallar, davamlı psixotik bənzər davranışlar müşahidə olunmuş, XBT-10 üzrə kod F23.2 olmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator, X13 Kartasından 5001/17 saylı çıxarışdan görünür ki, X14 12.06.2017-ci il tarixdən 30.06.2017-ci il tarixədək müalicə almış, uzun gedişli şizofrenə bənzər psixor ifadəli psixotik hallar, davamlı psixotik bənzər davranışlar müşahidə olunmuş, XBT-10 üzrə kod F23.2 olmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 7041/2018 saylı çıxarışın surətindən görünür ki, X14 20.08.2018-ci il tarixdən 31.08.2018-ci il tarixədək müalicə olmuş, F232 uzun gedişli şizofrenə bənzər psixor ifadəli psixotik hallar, davamlı psixotik bənzər davranışlar diaqnozu qoyulmuş, poliklinikada psixotrik maddələrin həkim nəzarəti altında qoruyucu müalicə alması tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 047743 saylı çıxarışın surətindən görünür ki, X14 02.08.2019-cu il tarixdən 14.08.2019-cu il tarixədək müalicə olmuş, F200 şizofreniya paranoid forma diaqnozu qoyulmuş, poliklinikada psixotrik maddələrin həkim nəzarəti altında qoruyucu müalicə alması tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 051078 saylı çıxarışın surətindən görünür ki, X14 07.11.2019-cu il tarixdən 11.11.2019-cu il tarixədək müalicə olmuş, F200 şizofreniya paranoid forma diaqnozu qoyulmuş, ambulator müalicə tövsiyyə olunmuşdur. -Abşeron Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 28.07.2021-ci il tarixli 1635 saylı rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X9 Şizofreniya paranoid forma (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (2013-cü ildən psixi vəziyyətinin dəyişməsi, fərdi qaydada psixiatr müalicəsi alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsində dəfələrlə “Şizofreniya paranoid forma” diaqnozu ilə stasionar müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə formal daxil olması, verilən suallara əlaqəsiz cavablar verməsi, təfəkkürünün paroloqik olması, eşitmə hallüsinasiyalarının sayıqlama ideyalarının qeyd olunması, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və s.) sübut edir. İİ. Yekun hissəsi. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İİ. Yekun hissəsi. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 12.01.1980-ci il təvəllüdlü X7 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: 12.01.1980-ci il təvəllüdlü X9 “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi müəyyən edilir. X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual: X7 xəstəliyi ilə onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? Cavab: X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Abşeron rayonu Xırdalan şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.03.2020-ci il tarixli 255 saylı arayışdan görünür ki, X3 rayonu Xırdalan şəhəri H.Əliyev prospekti döngə 1, ev 6 ünvanında qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 15.11.2015-ci il tarixli AZE № 15378447 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 rayonu Xırdalan şəhəri H.Əliyev prospekti döngə 1, ev 6 ünvanında qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 07.03.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, Psixi Sağlamlıq Mərkəzinin 03.12.2016-cı il tarixli 3966 saylı arayışından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator, X13 Kartasından çıxarışlardan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 28.07.2021-ci il tarixli 1635 saylı rəyindən müəyyən olunur ki, X1 paranoid forma (F20.0) xroniki psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış 28.07.2021-ci il tarixli 1635 saylı rəydə X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin: 101.3. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspert rəylərini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəylərini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən hesab edir ki, ərizəçinin həyat yoldaşı 12.01.1980-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 321.2. maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 12.01.1980-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov