Məhkəmə qərarları › İş №2(012)-352/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-352/2022

24.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-352/2022 24.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi İddiaçı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 07.12.1996-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 07.12.1996-cı il təvəllüdlü bacısı X7 uşaq vaxtlarından ağır dərəcəli oliqofreniya kəskin təzahür edən imbesillik dərəcədə nitq qüsurlu İ qrup əlildir. Əlillik səbəbindən dövlətdən İ qrup ümumi səbəbdən əlilliyə görə müddətsiz 150 manat müavinət və müddətsiz 130 manat prezident təqaüdü alır. Bu xəstəlik səbəbindən bacısı öz hərəkətlərini anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də bacısını nəzarətsiz qoymaq mümkün deyildir. Məhz bu səbəbdən də bacısı X5 daimi olaraq yanında olmaq, ona qulluq etmək lazımdır. Anası xəstə və yaşlı olduğu üçün özünü idarə edə bilməyən bacısına o, baxmaq məcburiyyətindədir və onun bütün əziyyətlərini də o qarşılayır. Son vaxtlar bacısı imkansızlıq ucbatından müalicə etdirə bilmir, bu da onun ağır vəziyyətdə olan psixoloji durumunu daha da ağırlaşdırır. Əlavə olaraq, hər hansı sənədləşmə işi lazım olduqda Mehriban özündə olmadığı üçün sənədlərə imza ata bilmir ki, bu da bir sıra çətinliklər yaradır. Hal-hazırda bacısı X5 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 14.01.2022-ci il tarixli 103 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X14 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27.12.2014-cü il tarixli AZ-İİİ № 445706 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 07.12.1996-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 127 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası X8r. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16.07.2021-ci il tarixli 2303 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də Abşeron rayonu Saray qəsəbəsi Aslanov küçəsi 55 saylı evdə yaşayır və bacısı X7 birinci qrup əlil olduğu üçün qardaşı İddiaçı özü ona xidmət edir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş 17.07.2021-ci il tarixli **********3 saylı arayışdan görünür ki, X7 həqiqətən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron rayon xidmət nümayəndəliyindən İ qrup ümumi səbəbdən əlilliyə görə müddətsiz 150 manat müavinət və İ qrup ümumi səbəbdən əlilliyə görə müddətsiz 130 manat prezident təqaüdü alır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kartadan 17.07.2021-ci il tarixli 914 saylı çıxarışdan görünür ki, X7 oliqofreniya kəskin imbesillik dərəcəsində nitq qüsurlu olmaqla birinci qrup əlildir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 14.01.2022-ci il tarixli 103 saylı rəyindən görünür ki, X2 imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə təxminən iki yaşında peyvənd vurulduqdan sonra psixi inkişafda gerilik əlamətləri biruzə verməsi, nitqi zəif inkişaf etməsi, tək-bir sözlərdən ibarət olması, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, “Oliqofreniya kəskin təzahür edən imbesillik dərəcəsində, nitq qüsuru ilə” diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olması, həmçinin eyni diaqnozla Sumqayıt şəhər X4 diaqnozla qeydiyyatda olması, hal-hazırda yaşayış yeri üzrə poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, psixi vəziyyəti ilə əlaqədar İ qrup əlil olması, fizioloji ifrazatları ilə natəmiz olması, evdə narahatlığı, davranış pozuntularının biruzə verməsi, hər hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin kasadlığı, yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, kəskin nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 07.12.1996-cı il təvəllüdlü X5 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. 2-ci sual: X5 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? 1-ci və 2-ci suallara cavab: X2 imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 müəyyən edilən kəskin imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. -Abşeron RPŞ tərəfindən verilmiş 06.01.2015-ci il tarixli AZE № 15177726 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 07.12.1996-cı il təvəllüdlü X3 rayonu Saray qəsəbəsi Aslanov küçəsi 55 saylı evdə qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 09.07.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Saray qəsəbəsi Aslanov küçəsi 55 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 14.01.2022-ci il tarixli 103 saylı rəyindən müəyyən olunur ki, X7 “Oliqofreniya kəskin təzahür edən imbesillik dərəcəsində, nitq qüsuru ilə” psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış 14.01.2022-ci il tarixli 103 saylı rəydə X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən hesab edir ki, ərizəçinin bacısı 07.12.1996-cı il tarixdə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. 07.12.1996-cı il tarixdə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar