Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3529/2021 30.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Kazımovun sədrliyi, X2 oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair verilmiş JN-1310A saylı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılmış “Ərizəçi1 Əlman qızının” AZE №-li 0******* saylı şəxsiyyət vəsiqəsindəki “Ərizəçi1” ilə, “Ərizəçi2 Məzahir oğlunun” AZE №-li ******** saylı şəxsiyyət vəsiqəsindəki “Ərizəçi2 Məzair oğlu” ilə və “Ərizəçi3 Məzahir oğlunun” AZE №-li ******** saylı şəxsiyyət vəsiqəsindəki “Ərizəçi3 Məzair oğlu” ilə eyni şəxs olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən ərizəçilərə və ailənin digər üzvlərinə məxsus 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. Lakin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ərizəçilərə 22.04.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-1310A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ata adları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ata adları arasında kəskin fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, JN-1310A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibləri ardıcıl olaraq “Ərizəçi1 Əlman qızı”, “Ərizəçi3 Məzahir oğlu”, “Ərizəçi2 Məzahir oğlu” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi1”, “Ərizəçi3” və “Ərizəçi2” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəblə, ərizəçilərin müraciətindən imtina edilmişdir. Qeyd edilən bildiriş ərizəçilərə təqdim edildikdən sonra şifahi olaraq izah edilmişdir ki, məsələnin həllindən ötrü məhkəməyə müraciət edilməlidir. Ərizəçilər məsələnin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etmişlər. Odur ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair verilmiş JN-1310A saylı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılmış “Ərizəçi1 Əlman qızının” AZE №-li 0******* saylı şəxsiyyət vəsiqəsindəki “Ərizəçi1” ilə, “Ərizəçi2 Məzahir oğlunun” AZE №-li ******** saylı şəxsiyyət vəsiqəsindəki “Ərizəçi2 Məzair oğlu” ilə və “Ərizəçi3 Məzahir oğlunun” AZE №-li ******** saylı şəxsiyyət vəsiqəsindəki “Ərizəçi3 Məzair oğlu” ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəni müdafiə edərək onun məzmununa uyğun şəkildə izahat verdilər və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Şərh olunan hüquq normasına əsasən, həmçinin ərizəçilərin rəylərini nəzərə alaraq məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: JN-1310A saylı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli, 28 saylı qərarına əsasən Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 265 saylı, 31 mart 2021-ci il tarixli arayışdan görünür ki, JN-1310A saylı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında “Ərizəçi1 Əlman qızı”, “Ərizəçi3 Məzahir oğlu”, “Ərizəçi2 Məzahir oğlu” AZE №-li 0******* saylı, AZE №-li ******** saylı və AZE №-li ******** saylı şəxsiyyət vəsiqələrinə əsasən “Ərizəçi1”, “Ərizəçi2” və “Ərizəçi3” kimi olmalıdır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1945-ci il tarixdə Bakı şəhərində anadan olmuş və Abşeron rayonu, Novxanı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1981-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş və Abşeron rayonu, Novxanı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1983-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış **********99 saylı, 22.04.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, JN-1310A nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ata adları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ata adları arasında kəskin fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, JN-1310A nömrəli şəhadətnamə hüquq sahibləri ardıcıl olaraq “Ərizəçi1 Əlman qızı”, “Ərizəçi3 Məzahir oğlu”, “Ərizəçi2 Məzahir oğlu” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi1”, “Ərizəçi3”, “Ərizəçi2” kimi qeyd edildiyi aşkar edilmişdir. Məhkəmə baxışı zamanı işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizəçilərin şəxsiyyət vəsiqəsində adı “Ərizəçi1”, “Ərizəçi2” və “Ərizəçi3” olsa da, JN- 1310A saylı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “Ərizəçi1 Əlman qızı”, “Ərizəçi3 Məzahir oğlu”, “Ərizəçi2 Məzahir oğlu” kimi qeyd olunmuşdur. Məhkəmə ərizə tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəçilərin izahatlarını dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli, 28 saylı qərarı ilə “Ərizəçi1 Əlman qızı”nın adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1310A saylı, 30800118 kodlu şəhadətnamənin AZE №-li 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi1”na məxsus olması, “Ərizəçi3 Məzahir oğlu”nun adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1310A saylı, 30800118 kodlu şəhadətnamənin AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi3 Məzair oğlu”na məxsus olması və “Ərizəçi2 Məzahir oğlu”nun adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1310A saylı, 30800118 kodlu şəhadətnamənin AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi2 Məzair oğlu”na məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli, 28 saylı qərarı ilə “Ərizəçi1 Əlman qızı”nın adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1310A saylı, 30800118 kodlu şəhadətnamənin AZE №-li 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi1”na məxsus olması, “Ərizəçi3 Məzahir oğlu”nun adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1310A saylı, 30800118 kodlu şəhadətnamənin AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi3 Məzair oğlu”na məxsus olması və “Ərizəçi2 Məzahir oğlu”nun adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1310A saylı, 30800118 kodlu şəhadətnamənin AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi2 Məzair oğlu”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3529/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3529/2021
30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver