Məhkəmə qərarları › İş №2(012)-3531/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3531/2020

15.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3531/2020 15.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Zeynalabdin oğlunun, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X2, X1 və İddiaçı13 cavabdehlər Cavabdeh3, Cavabdeh2nə və “AAAF-İnşaat” MM-yə qarşı çoxmənzilli yaşayış binasının həyətində tikilmiş kommersiya obyektinin sökülməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Zeynalabdin oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X4, X3 və İddiaçı13 cavabdehlər Cavabdeh3, Cavabdeh2nə və “AAAF-İnşaat” MM-yə qarşı çoxmənzilli yaşayış binasının həyətində tikilmiş kommersiya obyektinin sökülməsi tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə cavab vermir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin iddia ərizəsindən görünür ki, iddiaçılar iddia ərizəsini bir yerdə versələr də, iddia tələbi üzrə ayrı-ayrılıqda rüsum ödənilməli halda qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. İddia ərizəsinə əlavə olunmuş AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş vəsiqənin görünür ki, İddiaçı1 müharibə veteranıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20 maddəsində Dövlət rüsumu ödəməkdən azad olunanlar sırasında məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər göstərilmişdir. Göründüyü kimi iddiaçılardan İddiaçı1 müharibə veteranıdır, dövlət rüsumundan azaddır, lakin digər iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Eyni zamanda digər iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunmaları barədə sübutu iddia ərizəsinə əlavə etməmişdirlər. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 152,1,5, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Zeynalabdin oğlunun, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X2, X1 və İddiaçı13 cavabdehlər Cavabdeh3, Cavabdeh2nə və “AAAF-İnşaat” MM-yə qarşı çoxmənzilli yaşayış binasının həyətində tikilmiş kommersiya obyektinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar