Məhkəmə qərarları › İş №2(012)-3543/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3543/2020

30.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3543/2020 30.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2Cavabdeh MTK-ya qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2Cavabdeh MTK-ya qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə iddiaçıların vəkili-nümayəndəsi Vəkil tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə daxil olmuşdur. Məhkəmə iclası zamanı Cavabdeh MTK-nın nümayəndəsi X2 da iddia ərizəsinin geri qaytarılması barədə ərizəyə etirazının olmadığın,işin mahiyytcə baxılmasını istəmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinəəsasən, iddia ərizəsinin qaytarılması barədəərizə verildikdə və cavabdeh işin mahiyyətiüzrə həll olunmasını tələb etmədikdə- ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçıların vəkili-nümayəndəsi Vəkiliddia ərizəsinin geri qaytarılmasıbarədəərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçıların vəkili-nümayəndəsi Vəkil iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2Cavabdeh MTK-ya qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçılara qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar