Məhkəmə qərarları › İş №2(012)-3543/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3543/2021

30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3543/2021 30.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 30 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən X9, X3, X6, X7, X10, X1 adına verilmiş JN-122F nömrəli 40615018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Musayeva (Hacağayeva) Xalidə İnqilab qızına məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən Hacağayeva (Musayeva) Xalidə İnqilab qızı, X9, X3, X7, X10 və X2 Qəbələ rayonu, Tikanlı kəndində JN-122F nömrəli, 40615018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 1,83 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin, şəhadətnamədə ərizəçi Hacağayeva (Musayeva) Xalidə İnqilab qızının adı səhvən “Xilad”, “qızı” sözü əvəzinə isə səhvən “oğlu” kimi göstərilmişdir. Hazırda torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydə aldırmaq istəyirlər,lakin dövlət aktında adı səhv qeyd olunduğundan bu mümkün deyildir. Ərizəçi uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Ərizəçi hal-hazırda müvafiq çıxarışı ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ərizəçiyə ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli, **********90 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olması tövsiyyə olunmuşdur. Ərizəçi 20 oktyabr 2003-cü il tarixdə Bakı şəhər sakini X17 ilə nikaha daxil olaraq Musayeva soyadını qəbul etmişdir. Şəxsiyyətini təsdiq edən AA******* nömrəli şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə və nikah haqqında şəhadətnamədə ərizəçinin adı düzgün olaraq “Musayeva (Hacağayeva) Xalidə İnqilab qızı” kimi qeyd edilmişdir. Yol verilmiş yalnışlığı ərizəçi başqa cür aradan qaldırmaq iqtidarında deyil. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etmədi. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Tikanlı kənd soveti tərəfindən 20 sentyabr 1975-ci il tarixdə verilmiş İİİ-JQ seriyalı 429462 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxxxxxx 1975-ci ildə Qəbələ rayonunda anadan olmuş, ata qrafasında X9, ana qrafasında X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 20 sentyabr 1975-ci il tarixdə 66 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan İİ-AZ seriyalı 052232 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X17 ilə X5 arasında nikah Qəbələ rayon X20 Ərazi üzrə Nümayəndəliyində 20 oktyabr 2003-cü il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 28 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Musayeva” soyadı verilmişdir. Mülki iş materiallarında olan 20.08.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-122F, KOD 40615018 nömrəli şəhadətnamədən görünür ki, X9, X3, X6, X7, X10, X8 və X2 Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə 1.83 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektik və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı kimi mülkiyyətlərinə verilmişdir. Mülki işin materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının X20 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2.04.2021-ci il tarixli, 238 №-li arayışdan müəyyən edilir ki, torpaq islahatı zamanı vətəndaşın və ailə üzvlərinin adına verilmiş JN- 122F, KOD 40615018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq mülkiyyətçisinin adı texniki səhv nəticəsində X6 göstərilmişdir. – Oxunmalıdır: Hacağayeva (hal-hazırda Musayeva) Xalidə İnqilab qızı. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 03 may 2021-ci il tarixli, **********90 nömrəli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış JN-122F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ad və soyad səhvinin dəyişdirilərək daşınmaz dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə araşdırılmışdır. Nəzərə çatdırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. Torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə uyğun olaraq şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktına məhkəmə tərəfindən baxılır. Bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, 20.08.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-122F, KOD 40615018 nömrəli şəhadətnamə həmçinin xx xxxxxxxx 1975-ci il tarixdə anadan olmuş Ərizəçi məxsusdur. Ona görə də,məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 20.08.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-122F, KOD 40615018 nömrəli şəhadətnamənin xx xxxxxxxx 1975-ci il tarixdə anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.08.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-122F, KOD 40615018 nömrəli şəhadətnamənin xx xxxxxxxx 1975-ci il tarixdə anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar