Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3546/2022 19.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 04 saylı Abşeron Ərazi İdarəsinə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 19 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 04 saylı Abşeron Ərazi İdarəsinə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN - 509A nömrəli şəhadətnamənin (KOD ********) Sitarə Bədəl qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin əri Əlihəddin Fətullayevin anası Sitarə Bədəl qızının adına ünvan 1ində 0,02 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evi qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Əlihəddin Fətullayevin adına keçmişdir. Torpaq sahəsi də faktiki olaraq qəbul edilmişdir. Daha sonra Əlihəddin Fətullayev vəfat etmişdir. Həmin torpaq sahəsi və fərdi yaşayış evi onun vərəsələri olaraq onlar tərəfindən qəbul edilmişdir. Torpağın mülkiyyətə verilməsi barədə JN-509A şəhadətnamə də Sitarə Bədəl qızının adı yanlış olaraq X3 qeyd edilmişdir. Ərizəçi həmin yanlışlığın düzəldilməsi üçün İdarəyə müraciət etsə də, İdarə tərəfindən cavab verilmişdir ki, şəhadətnamədə texniki səhvin düzəldilməsi idarənin səlahiyyətləri xaricindədir. Göstərilən hallara görə JN - 509A nömrəli torpağın mülkiyyət verilməsinə dair dövlət aktının (KOD ********) Sitarə Bədəl qızına məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 04 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Sitarə Bədəl qızı 09 sentyabr 1994-cü ildə, X6 30 iyun 2021-ci ildə vəfat etmişdir. Mülki iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnaamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında xx.xx.1976-cı ildə rəsmi nikah bağlanmışdır. Mülki işin materiallarında olan JN-509A, KOD 30800118 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 sakini X8 Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə 0.02 ha torpaq sahəsi verilmişdir. Mülki iş materiallarında olan xx.xx.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 09 sentyabr 1994-cü ildə vəfat etmiş Sitarə Bədəl qızının vərəsəsi oğlu X4r. Şəhadətnamə verilən miras əmlak ünvan 1ində yerləşən 2 yaşayış otaqlı evdir. Mülki iş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən yaşayış evi X2 adına 13 mart 2004-cü ildə qeydə alınmışdır. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsələri Ərizəçi, X9 və X7r. Şəhadətnamə verilən miras: Abşeron TİB tərəfindən X5 verilmiş 18334 qeydəalma nömrəsi ilə 303 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 68.5 kv/m, yaşayış sahəsi 23.8 kv/m, yardımçı sahəsi 44.7 kv/m, 2 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2021 tarixli qeydiyyat nömrəsi 16A/371 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********00 nömrəli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-509A nömrəli şəhadətnamə əsasında qeydiyyata alınmış torpaq sahəsilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsindən görünür ki, X9 və X11 “ASAN xidmət" mərkəzi notana- ofisinin xüsusi notariusu X13 tərəfindən verilmiş «08» yanvar iki min iyirmi ikinci il tarixli 2V- 21 №• li reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bizə düşən miras paylarını Ərizəçi bağışlamışlar. Mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən texniki səhvin aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, JN - 509A saylı, 30800118 kodlu Torpağın Mülkiyyətə verilməsinə dair X1 kimi qeyd edilən şəxsin 1907-ci ildə doğulmuş və 09 sentyabr 1994-cü il tarixdə vəfat etmiş Sitarə Bədəl qızı olması müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, JN - 509A saylı, 30800118 kodlu Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin 1907-ci ildə doğulmuş və 09 sentyabr 1994-cü il tarixdə vəfat etmiş Sitarə Bədəl qızına məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN - 509A saylı, 30800118 kodlu Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin 1907-ci ildə doğulmuş və 09 sentyabr 1994-cü il tarixdə vəfat etmiş Sitarə Bədəl qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3546/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3546/2022
19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver