Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-355/2021 12.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X6, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Abşeron rayonu 1 saylı Notariat Ofisi, Cavabdeh2 və maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı «kredit müqaviləsinin, ərizənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi, xüsusi qərardadın çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış onunla Cavabdeh2 arasındakı xx.xx.2017-ci il tarixli 8İ-3660 reyestr nömrəli kredit müqaviləsi və Bakı şəhəri 14 saylı Notariat Ofisində qeydə alınmış onun xx.xx.2018-ci il tarixli 7E- 1842 reyestr nömrəli ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinə dəqiqləşdirmə ünvanlayaraq, cavabdeh N. İ. Rüstəmova onun etibarından sui-istifadə edərək qabaqcadan vəd etdiyi pulu ona vermədiyi, lakin həmin müqavilənin bağlanmasına nail olduğu, o cümlədən onu aldadaraq, faktiki olaraq pul vermədiyi halda, vəziyyəti pul vermiş olduğu kimi rəsmiləşdirdiyi və bununla da, aldatma yolu ilə əqd bağladığı üçün - 10 000 (on min) manat məbləğində borc pulun verilməsinə dair Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 8İ-3660 reyestr nömrə “Kredit müqaviləsi” etibarsız sayılması, maraqlı şəxs olan Notariat Ofsinin xx.xx.2020-ci il tarixli 1409 saylı məktubunda göstərilən kimi, onun daha əvvəl verdiyi ərizəni sonradan özünün notarial qaydada təsdiq etdirdiyi xx.xx.2020-ci il tarixli 8İ-8100 reyestr nömrəli digər ərizəsi ilə ləğv etdiyi üçün - torpaq sahəsindəki tikilidən imtinaya dair Bakı şəhəri 14 saylı Notariat Ofisində verilmiş xx.xx.2018-ci il tarixli 7E-1842 reyestr nömrəli “Ərizə” etibarsız sayılması, Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 01/01-05/70 saylı arayışı, Abşeron r-n Polis İdarəsinin TŞ-nin xx.xx.2020-ci il tarixli HK-1/1554 saylı qərarı, şahidlərin tərtib etdiyi xx.xx.2020-ci il tarixli akt, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 1409 saylı məktubu və Notarial təsdiq olunmuş xx.xx.2020-ci il tarixli 8İ-8100 reyestr nömrəli ərizə rəhbər tutularaq, evi onun şəxsən tikdirdiyi, 2011-ci il tarixdən indiyə qədər orda ailəsi ilə birlikdə yaşadığı, o cümlədən evlə bağlı təsərrüfat işlərini özü apardığı üçün - Cavabdeh2 adına qeydə alınmış xx.xx.2018-ci il tarixli **********6-10301 reyestr nömrəli “Çıxarış”ın ləğv edilməsi, onun etibarından sui-istifadə edərək vəd etdiyi pulu ona vermədiyi, lakin həmin müqavilənin bağlanmasına nail olduğu, onu aldadaraq faktiki pul vermədiyi halda, vəziyyəti pul vermiş kimi rəsmiləşdirdiyi və aldatma yolu ilə əqd bağladığı üçün-Cavabdeh2 ona vurduğu 10 000 (on min) manat, o cümlədən Cavabdeh2 tikmədiyi evi onun düşüncəsində yanlış rəy yaratmaqla öz adına keçirməsi ilə bağlı vəd verdiyi, lakin sonradan ödəmədiyi 25 000 (iyirmi beş min) manat pulun toplanmaqla, cəmdə 35 000 (otuz beş min) manat dəymiş maddi ziyan, eyni zamanda bu müddət ərzində cavabdehin əməllərinə görə onun yaşadığı stress və həyəcan nəticəsində 50 000 (əlli min) manat məbləğində dəymiş mənəvi zərər Cavabdeh2 alınaraq onun xeyrinə ödənilməsi və etibardan sui-istifadə edərək vəd etdiyi pulu vermədiyi, bu halda vəziyyəti pul vermiş kimi rəsmiləşdirdiyi və aldatma yolu ilə əqd bağladığı, o cümlədən özünün tikmədiyi və ona məxsus olmayan evi onun düşüncəsində yanlış rəy yaratmaqla öz adına keçirtdiyi üçün - Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh2 adına verilmiş çıxarışda göstərilən evin onun tərəfindən tikilməsi və ona məxsus olması öz təsdiqini tapırş Belə ki, Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 01/01-05/70 saylı arayışı ilə müəyyən olunur ki, ünvan 1i, Abşeron küçəsində yerləşən 0.02 ha. torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evinə dair bütün vergilər onun tərəfindən tam ödənilmiş və onun xx.xx.2021 -ci il tarixədək heç bir vergi borcu qalmamışdır. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin HK-1/1554 saylı material üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarın 2-ci səhifəsinin 2-ci abzasında göstərilən vət. X1 və vət. X3 verdiyi izahatlardan məlum olur ki, ünvan 1i, Abşeron küçəsində yerləşən torpaq sahəsində olan fərdi yaşayış evini o, tikdirmiş və usta kimi onların hər ikisinə də, pulu o vermişdir. Şahidlərin tərtib etdiyi xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 1i, Abşeron küçəsi, ev 82 ünvanında yerləşən 0.0223 ha. torpaq sahəsi üzərində onun tərəfindən tikilmiş 65,5 kv. m-dən ibarət olan fərdi yaşayış evi ona məxsus olmuş və o, 2011-ci il tarixdən hazıradək tikdiyi evdə ailəsi ilə birlikdə yaşamaqla, həmin tarixdən indiyə qədər sözügedən evlə bağlı bütün təsərrüfatı özü aparmışdır. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 1409 saylı məktubundan görünür ki, torpaq sahəsi üzərindəki tikilidən imtina etmə barədə onun verdiyi xx.xx.2018-ci il tarixli 7E-1842 reyestr nömrəli ərizə, onun notarial qaydada verdiyi xx.xx.2020-ci il tarixli 8İ-8100 reyestr nömrəli digər ərizə ilə ləğv edilmişdir. B. Mürsəlovım şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarın 6-cı səhifəsinin 5-ci və 6-cı abzaslarında iddia müddətləri ilə bağlı vacib məqamlar göstərilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu giinlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Əlavə olaraq bildirilir ki, iddia müddətləri ilə bağlı göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə qəbul etdiyi xx.xx.2008-ci il tarixli qərarda da öz əksini tapmışdır. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə istinad edilərək qeyd edilir ki, iddiaçı R. M. Məmmədov Cavabdeh2 ilə “Kredit müqaviləsi” bağladığı zaman bu Müqavilənin məzmununu və gələcəkdə yarada biləcək hüquqi nəticələrini bilməmiş və bu barədə yalnız Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ona çatdıqdan sonra məsələ ona məlum olmuşdur. Odur ki, iddiaçı R. M. Məmmədov “Kredit miiqviləsi "'nin mahiyyəti və məzmununu yalnız qətnamə haqda bildiyi xx.xx.2020-ci il tarixdən sonra dərk etmiş və dərhal Abşeron rayon Polis İdarəsinə müraciət edərək, onu aldadan Cavabdeh2 barəsində şikayət etmişdir. İş üzrə Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən HK-l/1554 saylı material üzrə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Deməli, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsasən, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə məsələnin forma və məzmunundan xəbər tutan iddiaçı R. M. Məmmədov un “Kredit müqaviləsi”nin etibarsızlığı üzrə 1 illik iddia müddəti xx.xx.2021-ci il, Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən HK-l/1554 saylı material üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan hesabladıqda isə iddia müddəti xx.xx.2021-ci ildə bitir. Beləliklə də, sübuta yetirilir ki, xx.xx.2017-ci il tarixli 8İ-3660 reyestr nömrəli “Kredit müqaviləsi” nin etibarsızlığının məhkəmədə qoyulması üzrə qanunla nəzərdə tutlan 1 illik iddia müddəti keçməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci və AR İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı qəbul edilmişdir. Həmin qərarın 1-ci bəndinə görə, əmlak hüquqları ilə bağlı mübahisələrdə AR ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X13 məhkəmədə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh2 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. 2011-ci il tarixdə 4 sot yarım torpağı qardaşı ona bağışlama müqaviləsi ilə hədiyyə etmişdir və torpaq sahəsinə çıxarış əldə etmişdir. Anası rəhmətə getdiyi üçün torpaq sahəsinə müəyyən müddət baş çəkə bilməmişdir. 2017-ci il tarixdə torpağına baxış keçirmək üçün gedəndə torpaq sahəsinin yerini tapa bilmədiyinə görə, əmlak komitəsindən nümayəndələr çağırmışdır. Məlum oldu ki, İddiaçı torpaq sahəsini zəbt etmiş və torpağı iki hissəyə bölərək satmışdır. Belə ki, mübahisəli torpaq bir hissəsini əvvəlcədən 8000 manat beh alınmaqla 36000 manata bir şəxsə digər hissəsi 7500 manata Ceyhun adlı şəxsə satılmışdır. O, torpağın yeni alıcıları ilə Əmlak Komitəsinə getdikdə torpağın onun adına olduğu anlaşılmışdır. O və digər alıcılar aidiyyəti qurumlara müraciət etmişlər. Nəticədə Rəşada qarşı cinayət işi açılmışdır. İş məhkəmədə olanda Rəşadın ona məxsus torpaq sahənin yerləşdiyi yerdə torpaq və ev alğı-satqısı ilə məşğul olduğu və torpağı boş gördüyü üçün torpağı zəbt edərək onu satdığı məlum olmuşdur. Lakin Rəşad ondan şikayətini geri götürməyini və müqabilində isə torpağın satılan ikinci hissəsinin pulunu Ceyhunla birlikdə ona ödəyəcəkləri bildirmişdir. Eyni zamanda, pulları olmadıqları üçün notarial qaydada kredit müqaviləsi bağlamağı təklif etdilər. O, bu təkliflə razılaşmış və aralarında kredit müqaviləsi bağlamışdır. Əlavə olaraq zəbt olunan torpağın birinci hissəsində isə Rəşad ev tikmişdir. O, zəbt olunan torpaq sahəsinin ona qaytarılması və qanunsuz tikilinin sökülməsi tələbi ilə iddia qaldırmışdır. Məhkəmə proses zamanı Rəşadla razılığa gəlmiş və barışıq sazişi tərtib etmişlər. Barışıq sazişinə əsasən, torpağın üzərində tikilən evin xərcin iddiaçı imtina edəcək və o da evin müqabilində iddiaçıya pul verməli idi. Məhkəmə qərarına əsasən ev ona verildiyi halda iddiaçı evin qıfılını qıraraq evə girmişdir. O, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. O, iddiaçını notariusa getməyə məcbur etməmiş, özü borc müqaviləsi bağlanmasını təklif etmişdir. O, kredit müqaviləsinin ləğv edilib pulun ona qaytarılması ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və bununla bağlı məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmçinin o, məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı x xxxxxx 2018-ci ildə 14 saylı notariat kontorunda öz əli ilə imzaladığı və tərtib etdiyi ərizədə onun xüsusi mülkiyyətində olan Masazır kəndində yerləşən torpaq sahəsi üzərində qanunsuz inşa etdiyi 3 otaqlı fərdi yaşayış ev üzərində bütün sahiblik hüququndan imtina etdiyini, gələcəkdə evlə bağlı heç bir iddia və tələb olmayacağı barədə ərizə tərtib edərək imzalamışdır, bununlada ərizədə qeyd etmişdir ki, imzasını şüurlu şəkildə atır, imza edərkən ona qarşı heç bir hədə qorxu, zor və işgəncə tədbiq yoxdur. Həmin ərizədə olan imzanı 14 saylı notariat kontorunun xüsusi notariusu X2 notariusun iştirakı ilə imzanın həqiqiliyini təsdiq etmişdir. Ərizədə olan imzanın həqiqətən İddiaçı tərəfindən atıldığının həqiqiliyini 14 saylı notarius təsdiq edilmişdir. İddiaçı notarius ərizəsinin ləğv edilməsi üçün müraciət etsə də ərizənin özü ləğv olunmur, onun notarius tərəfindən qeyd olunan 7e-1842 nömrəli reyestr qeydi ləğv oluna bilir. Ərizə özlüyündə mövcüdluğunu və hüquqi qüvvəsini itirmiş olmur. Çünki ərizənin özlüyündə hər hansı notariat təsdiqinə ehtiyyacı yoxdur, iddiaçı İddia ərizəsində adı çəkilən ərizəni 14 saylı notariusda ərizəylə müraciət etdiyini və onun notarius tərəfindən ləğv edildiyini bildirsə də, notarius yalnız ərizənin reyestr nömrəsini, yəni 7 e-1842 qeydi ləğv etmək səlahiyyətinə malikdir. Lakin notarius ərizənin özünü ləğv edə bilməz. Bununla yanaşı kredit müqaviləsi notarial qaydada təsdiq olunmaqla bərabər İddiaçı tərəfindən 10000 manat pulun ondan borc aldığı barədə əllə kredit müqaviləsinin üzərində yazmışdır. Mübahisəli kredit müqaviləsi xx xxxxxx 2020-ci il tarixində Abşeron Rayon Məhkəməsində 2 (012)-171 /2020 saylı mülki işdə baxılmışdır. Mülki iş hərtərəfli araşdırılaraq ona obyektiv qiymət verilmişdir. Mülki işə baxan hakim Cəmilə Səfiyeva kredit müqaviləsi üzrə olan borcun İddiaçı tutulub ona verilməsi barədə qətnamə qət etmişdir. xx xxxxxx 2020-ci il tarixli qətnamə qüvvəyə minmişdir. xx xxxxxx 2020-ci il tarixli qətnamədən İddiaçı narazı qalmamışdır və onun ləğv edilməsi üçün qətnamə edən apellyasiya şikayətini verməmişdir. Bu hərəkət İddiaçı kredit müqaviləsi üzrə 10000 manat borclu olduğunu və qətnamə əsasında pulun tutulması və mənə verilməsinə etiraz etmədiyini göstərir. Odur ki, xx xxxxxx 2020-ci il tarixindən kifayət qədər vaxt ötürüldüyündən hazırda İddiaçı uydurulmuş əsaslarla arzu olunan qətnamənin əldə edilməsi üçün iddianı irəli sürmüşdür. xx xxxxxx 2020-ci il tarixli qətnamədə hazırki kredit müqaviləsi araşdırılmışdır və onun həqiqiliyi sübut kimi qəbul olunduğu qətnaməylə müəyyən olunmuşdur. Adı çəkilən daşınmaz əmlaklar İddiaçı tərəfindən heç cür irəli sürülə bilməz, çünki həmin iddia tələbini irəli sürmək üçün onda bunun üçün subyektiv hüququ olmalıdır. Bu hüquq isə onda yoxdur. Çünki İddiaçı nə torpaq nədəki ev üzərində hüququ yoxdur. O ki qaldı uydurulmuş əsaslarla çıxarışın ləğv edilməsinin məhkəmə qaydasında tələb edilməsi, bunun üçün hüququ olmayan şəxsin iddia tələbi təmin oluna bilməz. Göstərilən tələblər əsas olmadan tələb olunur, lakin qeyd olunduğu kimi kredit müqaviləsinin müvafiq bəndində İddiaçı 10000 manat pulu borca verdiyi göstərilib, bunun həqiqiliyini təsdiq etmək üçün İddiaçı kredit müqaviləsində təkrarən öz əli ilə yazır ki, on min manat borc almışdır. Bu və məhkəmə qətnaməsi, eləcədə xx xxxxxx 2020-ci il tarixli qətnamədə Apellyasiya şikayətini verməyi bir daha bir mənalı İddiaçı pul borca götürdüyünü təsdiq edir. Bununla yanaşı kredit müqaviləsi səkkiz iyul 2017-ci il tarixində bağlandığına görə etibarsız hesab edilməsi üçün iddia müddəti ötürülübdür. O ki qaldı onun torpağına və evinə görə İddiaçı mübahisəli evi ona verdiyi və bununla bağlı gələcəkdə heç bir iddia və tələbi olmayacağı x xxxxxx 2018-ci il tarixli ərizəyə əlavə olaraq onun torpaq sahəni zəbt etdiyi və ona evi verdiyi barədə 1(102)87/2018 saylı cinayət işi üzrə hökmün altıncı abzasında qeyd olunur. Bu səbəbdən iddiaçı ondan evə görə heç bir məbləğ tələb edə bilməz. İddia ərizəsində mənəvi zərərin tələb edilməsinə gəldikdə isə İddiaçı yox o, iddiaçıdan torpaq sahəsini və evini tələb etdiyinə görə ona dəymiş mənəvi zərəri tələb etməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisi və maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin və maraqlı şəxsin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X8 məhkəmə iclasında ifadəsində bildirdi ki, 2011ci il tarixdə İddiaçı ev tikdiyini və evdəki işıq işləri ilə bağlı ona müraciət etdi. O, Rəşadı öncədən tanımamışdır və iddiaçı evdəki təmir işləri ilə bağlı ona müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X10 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, iddiaçı ilə 2012-ci ildən bəri tanışdır. Belə ki, İddiaçı təxminən bundan 8-9 il öncə yəni, 2011-2012ci illərdə mübahisə predmeti olan evi 4-5 ay ərzində tikmişdir. O, öz şəxsi maşınıyla evin tikintisi üçün tikinti materialları daşımış və hətta iddiaçıya bu məqsədlə 3000 manat borc pul vermişdir. İş materiallarında olan Abşeron rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 8İ-3660 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh2 borc alan İddiaçı 10000 (on min) manat məbləğində pulu borc vermiş, İddiaçı isə borcunu xx.xx.2017-ci il tarixədək faizsiz olaraq Cavabdeh2 qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, 7E-1842 reyestr nömrəsilə qeydə alınaraq, x xxxxxx 2018-ci il tarixdə İddiaçı, ƏMDK yanında DƏDRX-nin xx.xx.2011-ci il tarixli, ******* №-li çıxarışa əsasən, Cavabdeh2 məxsus olan ünvan 1ində yerləşən torpaq sahəsinin 200 kv.m hissəsində, 2014-cü ildə inşa etdiyi 3 otaqlı evdən imtina etməsi, eyni zamanda qeyd olunan evə dair heç bir iddia və tələbinin olmaması ilə bağlı razılıq ərizəsindəki imzasının həqiqiliyi tərəflərindən təsdiq edilmişdir. İş materiallarında olan Abşeron rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş xx xxx 2011-ci il tarixli, AN-İ № ******* torpaq alğı-satqısı müqaviləsindən görünür ki, satıcı X4 rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0,0423 ha olan torpaq sahəsini 51000 manata alıcı Cavabdeh2 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA Seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən, sahəsi 0,0423 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci ildə Cavabdeh2 mülkiyyətinə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı Masazır bələdiyyəsinə şəxsi hesab vərəqəsinə əsasən xx xxxx 2020-ci il tarixdə 20 manat torpaq və 80 manat əmlak vergisi ödənişlərini həyata keçirmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-171/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilərək, İddiaçı 10000 (on min) manat məbləğində pulun alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prokrorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupisyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri iləə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq aparılmış və xx xxxxxx 2019-cu il tarixdə ittiham aktı təsdiq olunaraq aidiyyatı üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin xx xxxxx 2016-cı il tarixdə X9 Baş prokuroru yanında Korrupisyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar Xətti” əlaqə mərkəzinə zəng edərək 71 saylı Ağdam rayon köçkün məktəbinin direktoru Cavabdeh2 ondan 500 manat pul tələb etməsini bildirmiş və araşdırma zamanı müraciətdə göstərilənlər öz əksini tapmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb,təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, iddiaçı Məmmədov Rəşad Mirzə oğlu ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli 8İ-3660 reyestr nömrəli kredit müqaviləsi bağlanmasından məhkəməyə həmin müqavilənin etibarsız sayılması barədə iddia tələbi ilə müraciət edən günədək 3 ildən çox bir müddət keçmişdir. Halbuki əqdin etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən müddətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Lakin, işin müəyyən edilmiş faktiki hallarından görünür ki,iddiaçı İddiaçı mübahisə predmeti olan xx.xx.2017-ci il tarixli 8İ-3660 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə həmçinin iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, həmin tələblərin də təmin olunmasına əsas verən hallarla bağlı iddiaçı İddiaçı özünün və nümayəndəsinin izahatından başqa hər hansı bir mötəbər sübuta istinad etməmiş, şahid ifadələri isə işin mahiyyətinə təsir edəcək dərəcədə olmadığından məhkəmə həmin izahatlara və ifadələrə tənqidi yanaşaraq hesab edir ki, iddia tələbi bu hissələrdə də rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Abşeron rayonu 1 saylı Notariat Ofisi və maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı cavabdeh N. İ. Rüstəmova onun etibarından sui-istifadə edərək qabaqcadan vəd etdiyi pulu ona vermədiyi, lakin həmin müqavilənin bağlanmasına nail olduğu, o cümlədən onu aldadaraq, faktiki olaraq pul vermədiyi halda, vəziyyəti pul vermiş olduğu kimi rəsmiləşdirdiyi və bununla da, aldatma yolu ilə əqd bağladığı üçün - 10 000 (on min) manat məbləğində borc pulun verilməsinə dair Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 8İ-3660 reyestr nömrə “Kredit müqaviləsi” etibarsız sayılması, maraqlı şəxs olan Notariat Ofsinin xx.xx.2020-ci il tarixli 1409 saylı məktubunda göstərilən kimi, onun daha əvvəl verdiyi ərizəni sonradan özünün notarial qaydada təsdiq etdirdiyi xx.xx.2020-ci il tarixli 8İ-8100 reyestr nömrəli digər ərizəsi ilə ləğv etdiyi üçün - torpaq sahəsindəki tikilidən imtinaya dair Bakı şəhəri 14 saylı Notariat Ofisində verilmiş xx.xx.2018-ci il tarixli 7E-1842 reyestr nömrəli “ərizənin” etibarsız sayılması, Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 01/01-05/70 saylı arayışı, Abşeron r-n Polis İdarəsinin TŞ-nin xx.xx.2020-ci il tarixli HK-1/1554 saylı qərarı, şahidlərin tərtib etdiyi xx.xx.2020-ci il tarixli akt, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 1409 saylı məktubu və Notarial təsdiq olunmuş xx.xx.2020-ci il tarixli 8İ-8100 reyestr nömrəli ərizə rəhbər tutularaq, evi onun şəxsən tikdirdiyi, 2011-ci il tarixdən indiyə qədər orda ailəsi ilə birlikdə yaşadığı, o cümlədən evlə bağlı təsərrüfat işlərini özü apardığı üçün - Cavabdeh2 adına qeydə alınmış xx.xx.2018-ci il tarixli **********6-10301 reyestr nömrəli “Çıxarış”ın ləğv edilməsi, onun etibarından sui-istifadə edərək vəd etdiyi pulu ona vermədiyi, lakin həmin müqavilənin bağlanmasına nail olduğu, onu aldadaraq faktiki pul vermədiyi halda, vəziyyəti pul vermiş kimi rəsmiləşdirdiyi və aldatma yolu ilə əqd bağladığı üçün-Cavabdeh2 ona vurduğu 10 000 (on min) manat, o cümlədən Cavabdeh2 tikmədiyi evi onun düşüncəsində yanlış rəy yaratmaqla öz adına keçirməsi ilə bağlı vəd verdiyi, lakin sonradan ödəmədiyi 25 000 (iyirmi beş min) manat pulun toplanmaqla, cəmdə 35 000 (otuz beş min) manat dəymiş maddi ziyan, eyni zamanda bu müddət ərzində cavabdehin əməllərinə görə onun yaşadığı stress və həyəcan nəticəsində 50 000 (əlli min) manat məbləğində dəymiş mənəvi zərər Cavabdeh2 alınaraq onun xeyrinə ödənilməsi və etibardan sui-istifadə edərək vəd etdiyi pulu vermədiyi, bu halda vəziyyəti pul vermiş kimi rəsmiləşdirdiyi və aldatma yolu ilə əqd bağladığı, o cümlədən özünün tikmədiyi və ona məxsus olmayan evi onun düşüncəsində yanlış rəy yaratmaqla öz adına keçirtdiyi üçün - Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-355/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-355/2021
12.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver