Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3567/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İlkin iddia üzrə iddiaçının vəkili-nümayəndəsi Vəkil1, İlkin iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, kompensasiya verilməklə mənzildən çıxarılma, mənzil üzərində sahiblik hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair ilkin iddia, habelə Cavabdeh İddiaçı qarşı mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia ərizələrini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı müqavilələrin etibarsız hesab edilməsi, kompensasiya verilməklə mənzillərdən çıxarılma, mənzillər üzərində sahiblik hüququnun müəyyən edilməsi və mənzillərə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A”, blok 1 ünvanında yerləşən 9 və 13 nömrəli mənzillər üzrə X7 və Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, həmin mənzillərdən qanunsuz şəkildə istifadə edən cavabdehlərə mənzillərə çəkdikləri təmir xərcinə görə hər birinə 7000 manat məbləğində kompensasiya verilməklə onların öz əşyaları ilə birlikdə həmin mənzillərdən çıxarılması, onun Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A”, blok 1 ünvanında yerləşən 9 və 13 nömrəli mənzillər üzərində sahiblik hüququnun müəyyən edilməsi və onun bu mənzillərə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış 13 nömrəli, xx.xx.2018-ci il tarixli və 14 nömrəli, xx.xx.2018- ci il tarixli “mənzil tikintisi haqqqında müqavilələr” ilə Abşeron rayon İcra Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok 3cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv.metr olan, izolə olunmuş 1 otaqdan ibarət 9 nömrəli mənzil və həmin yaşayış evinin 1-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv.metr olan, izolə olunmuş 1 otaqdan ibarət 13 nömrəli mənzil ona pay kimi ayrılmışdır. Hazırda "xxxx" Mənzil Tikinti Kooperativi barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. Həmin araşdırma zamanı məlum olmuşdur ki, 13 nömrəli, xx.xx.2018-ci il tarixli və 14 nömrəli, xx.xx.2018-ci il tarixli “mənzil tikintisi haqqqında müqavilələr”lə ona satılmış müvafiq mənzillər sonradan X4 və Cavabdeh satılmışdır. Hazırda ona məxsus olan həmin mənzillər cavabdehlər tərəfindən qanunsuz şəkildə zəbt edilmişdir. Bunun nəticəsində isə o, həmin mənzillər üzərində qanunvericiliyə uyğun şəkildə əldə etdiyi hüquqlardan məhrum edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən, 14 mərtəbəli binanın 1-ci blok, 4-cü mərtəbəsində yerləşən 13 saylı mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi bununla əsaslandırılmışdır ki, o, 14 mart 2020-ci il tarixli, 619 saylı mənzil tikintisi haqqında müqavilə ilə tikintisi "xxxx" MTK tərəfindən aparılan ünvan 2 ünvanında yerləşən, 14 mərtəbəli binanın 1-ci blok, 4-cü mərtəbəsində yerləşən 13 saylı mənzili payçı kimi 22300 manata almışdır. Eyni zamanda, “Proqress-2016’1 MTK-ya mənzilin təmirinə icazə üçün 600 manat, işıq, qaz və su sayğaclarının quraşdırılmasına görə isə 1000 manat ödəmişdir. Bundan sonra aldığı mənzili 25000 manatdan çox pul xərcləyərək təmir etdirmişdir və xx.xx.2022-ci il tarixindən indiyədək ailəsi ilə birgə həmin mənzildə yaşayır. Həmin vaxtdan uşaqları mənzilin yerləşdiyi ərazidəki Xırdalan şəhəri 1 saylı tam orta məktəbində təhsil alırlar və Xırdalan şəhər Uşaq Polikilinikasında qeydiyyatdadırlar. xx.xx.2022-ci ildə "xxxx" MTK-nın sədri Emil Səməndərov həbs edilib və ondan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində izahat alınıb. Dindirmə zamanı ondan aldığı mənzillə bağlı müqavilə və maliyyə sənədlərini protokol tərtib etməklə almışlar. Burada ona aldığı mənzilin İddiaçı satıldığı bildirilmişdir. Belə olan halda, o, bu barədə "xxxx" MTK-ya müraciət etmiş, "xxxx" MTK-dan bildirilmişdir ki, Abşeron rayonu Xırdalan qəsəbəsi, M. Ə. Rəsulzadə küçəsi 1 “A”, blok 1 iinvandakı 13 saylı mənzil üzrə İddiaçı pulu geri qaytarılıb və bu barədə sənədlər və İddiaçı mənzildən imtina ərizəsi istintaqa təqdim edilib. Eyni zamanda, İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MTK-nın sədri Emil Səməndərov ona adıçəkilən mənzilin dəyərini ödəyəcəyini bildirib, lakin indiyədək ona 5000 manat pul verib. Bundan başqa, "xxxx" MTK-nın sədri Emil Səməndərov və satış meneceri Günel Qulamova istintaqa ifadələrində İddiaçı pulunun tam olaraq ona qaytarıldığını bildiriblər. Bütün bunlar isə onu göstərir ki, nəzəri cəhətdən adıçəkilən mənzil üzrə "xxxx" MTK ilə İddiaçı mənzil tikintisi müqaviləsi olsa belə, İddiaçı həmin mənzilin dəyəri ilə bağlı MTK sədri ilə razılaşma əsasında özünün etiraf etdiyi 5000 manat pulu almaqla bağladığını iddia etdiyi mənzil tikinti müqaviləsini pozub. Bunlarla yanaşı, cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə prosesində cinayət işinin materialları ilə tanış olarkən məlum olmuşdur ki, İddiaçı adıçəkilən mənzil üzrə nə mənzil tikintisi müqaviləsi, nə həmin mənzil üçün ödənişlərin edilməsi barədə maliyyə sənədləri, nə mənzilin təmirə icazə sənədi, nə də ki sayğacların quraşdırılması ilə bağlı heç bir sənəd yoxdur. O, mübahisəli mənzili aldığı 14 mart 2020-ci il tarixdən hal-hazıradək nə X1, nə də heç kəs adıçəkilən mənzilə gəlməmiş və bu mənzilin kiməsə satıldığı barədə hər hansı iddia bildirməmişdir. Beləliklə, bütün bunlar ünvan 3 ünvandakı 13 saylı mənzilin dəyərinin İddiaçı ödənildiyi və onunla "xxxx" MTK arasında mübahisənin mənzilin dəyərinin tam ödənilib-ödənilməməsi ilə bağlı olduğunu göstərir. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3567/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh X4 qarşı müqavilənin etibarsız hesab edilməsi, kompensasiya verilməklə mənzildən çıxarılma, mənzil üzərində sahiblik hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə barədə tələbinə ayrıca icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O, qarşılıqlı iddiaya etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. İlkin iddia üzrə Cavabdeh məhkəmə iclasında ilkin iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. O, qarşılıqlı iddianın əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. O bildirdi ki, mübahisəli mənzili o özü təhvil almış və hazırda orada yaşayır. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin vəkili-nümayəndəsi Vəkil2 da ilkin iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. O, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, hər iki iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddialar təmin edilməməlidir. İş materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 13 saylı müqavilənin surətindən görünür ki, o, ünvan 4 ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 1-ci blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 49,3 kv.metr olan 1 otaqlı 9 saylı mənzili 18142 manata almışdır. Mənzilə görə borcun olmaması ilə bağlı MTK tərəfindən ona xx.xx.2018-ci il tarixli maliyyə arayışı verilmişdir. İşdə olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 14 saylı müqavilənin surətindən görünür ki, o, ünvan 4 ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 1-ci blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 49,3 kv.metr olan 1 otaqlı 13 saylı mənzili 18142 manata almışdır. Mənzilə görə borcun olmaması ilə bağlı MTK tərəfindən ona xx.xx.2018-ci il tarixli maliyyə arayışı verilmişdir. İşdə olan Abşeron rayon Pİ TŞ-nin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı yuxarıda qeyd edilən iki mənzilin kənar şəxslər tərəfindən zəbt edilməsi barədə şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 619 saylı müqavilənin surətindən görünür ki, o, ünvan 4 ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 1-ci blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 56 kv.metr olan 1 otaqlı 13 saylı mənzili 22300 manata almışdır. Mənzilə görə borcun olmaması ilə bağlı MTK tərəfindən ona xx.xx.2020-ci il tarixli maliyyə arayışı verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh qeyd edilən mənzilə görə "xxxx" MTK-ya 22300 manat vəsait ödəmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh qeyd edilən mənzilin təmirinə görə "xxxx" MTK-ya 600 manat vəsait ödəmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh qeyd edilən mənzilə sayğac quraşdırılmasına görə "xxxx" MTK-ya 1000 manat vəsait ödəmişdir. İşdə olan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin dindirilməsi haqqında protokolun surətindən görünür ki, İddiaçı göstərmişdir ki, "xxxx" MTK-dan aldığı 2 mənzilə görə Emil Səməndərov ona ümumilikdə 40000 manat təklif etmiş, o, bununla razılaşmış və ondan sadəcə 5000 manat pul almışdır. Sonra isə ona pul ödənilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş ittiham aktından görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələrilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsiriəndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə İddiaçı və Cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. İşdən göründüyü kimi, mübahisə predmetini "xxxx" MTK ilə ünvan 4 ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 1-ci blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 56 kv.metr olan 1 otaqlı 13 saylı mənzilə dair Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə təşkil edir. Bu müqavilə üzrə Cavabdeh ödədiyi vəsait barədə hesablaşma əməliyyatlarında ciddi maliyyə hesabat blankı kimi qəbul edilən kassa mədaxil orderi mövcuddur. İddiaçı iddia edir ki, həmin mənzili o, MTK ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əldə etmişdir. Halbuki ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin dindirilməsi haqqında protokolun surətindən görünür ki, İddiaçı göstərmişdir ki, "xxxx" MTK-dan aldığı 2 mənzilə görə Emil Səməndərov ona ümumilikdə 40000 manat təklif etmiş, o, bununla razılaşmış və ondan sadəcə 5000 manat pul almışdır. Sonra isə ona pul ödənilməmişdir. İddiaçı həmin cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında da təsdiq etmişdir ki, mübahisəli mənzillərə görə Emil Səməndərov ona ümumilikdə 40000 manat təklif etmiş, o, bununla razılaşmış və ondan bir dəfəyə 5000 manat pul almış, qarşı tərəfin ona 35000 manat borcu qalmışdır. Bu hallara qiymət verən məhkəmə hesab edir ki, müqavilə üzrə tərəflər onun ləğv edilməsi barədə qarşılıqlı surətdə razılaşmış və mənzillərə görə pulun geri qaytarılması barədə MTK İddiaçı qarşısında öhdəlik götürmüşdür. Başqa sözlə, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 14 saylı müqavilə əqdin 5-ci maddəsinə istinad edilməklə onların razılığı ilə ləğv edildiyindən hazırda İddiaçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A”, blok 1 ünvanında yerləşən 13 nömrəli mənzil üzrə Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin mənzildən qanunsuz şəkildə istifadə edən cavabdehə mənzillərə çəkdiyi təmir xərcinə görə 7000 manat məbləğində kompensasiya verilməklə onun öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması, özünün isə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A”, blok 1 ünvanında yerləşən 13 nömrəli mənzil üzərində sahiblik hüququnun müəyyən edilməsi və bu mənzilə köçürülməsi barədə iddia qaldırması əsassızdır. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. İş materiallarından görünür ki, mübahisəli mənzil xx.xx.2020-ci il tarixli müqavilə və maliyyə arayışına, habelə kassa mədaxil orderinə əsaslanmaqla Cavabdeh istifadəsinə verilmişdir. Həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri göslənilməklə bağlanmışdır. Qüvvədə olan qanunvericiliyə görə kassa mədaxil orderi ciddi maliyyə hesabat blankı hesab olunur. Habelə işdən görünür ki, mübahisəli mənzil artıq xeyli müddətdir ki, Cavabdeh istifadəsindədir. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, mübahisəli mənzilə görə MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız hesab edilə bilməz. Digər tələblər isə əqdin etibarsızlığından irəli gələn tələblər olduğundan məhkəmə ilkin iddianın təmin edilməməsi nəticəsinə gəlir. Bundan başqa, işdən görünür ki, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən, 14 mərtəbəli binanın 1-ci blok, 4-cü mərtəbəsində yerləşən 13 saylı mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli mənzil qanuni əsaslarla Cavabdeh tərəfindən əldə edilmişdir. Bununla belə, hazırki mərhələdə mübahisəli daşınmaz əmlaka dair hüquqlar dövlət qeydiyyatına alınmadığından həmin əmlakla bağlı hər hansı hüquqların tanınmasından söhbət gedə bilməz. Bu baxımdan məhkəmə qarşılıqlı iddianın da əsassızlığı nəticəsinə gəlir və hesab edir ki, qarşılıqlı iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, hər iki iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddiaların verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, kompensasiya verilməklə mənzildən çıxarılma, mənzil üzərində sahiblik hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair ilkin iddiası, habelə Cavabdeh İddiaçı qarşı mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası təmin edilməsin. İlkin və qarşılıqlı iddiaların verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3567/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3567/2024
28.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver