Məhkəmə qərarları › İş №2(102)-2041/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2041/2020

21.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2041/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdehlər X5 Davud qızı və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilədən istifadə hüququnun yaranması, şəxsi servitut, bu hüququn aradan qalxması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh X5 Davud qızının, onun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X5 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə predmeti - “Avand” mənzil tikinti kooperativinə məxsus olmuş xili dəyəri X3 tərəfindən tam ödənilməklə əldə edilmişdir. Xmənzilin payçısı kimi təsdiq edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin xx xxxx 2005-ci il tarixli 144 nömrəli sərəncamı əsasında X həmin mənzilə dair order verilmişdir. Mənzil daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq xx.xx.2012-ci il tarixdə X1 adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi əsasında X5 qızının mülkiyyətinə keçmiş və hazırda onun mülkiyyətindədir. İddiaçılar müəyyən müddət həmin evdə yaşamışlar. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır.

2. İddiaçı1 bildirir ki, həmin mənzili anasının adına əslində o almışdır və özü də oarada yaşamışdır. Buna baxmayaraq bacısı olan cavabdeh x özünün və anasının onunla olan münasibətlərini kəsmiş, 2012-ci ildən psixi qüsurdan əziyyət çəkən anası yaşayış sahəsini 2013-cü ildə xaya bağışlamışdır. İddiaçı qeyd olunanlara istinad edərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehlərə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xilinə dair x İLƏ x arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, xnın və onun əri Cavabdeh2 mənzildən çıxarılmaları, yetkinlik yaşına çatmayan övladları ilə birlikdə həmin mənzilə köçürülmələri haqqında qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Cavabdehlər isə iddiaya etiraz edərək iddiaçıların mənzilə hüquqlarının olmadığını bildirmiş lər.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Misirzadə) xx xxx 2019-cu il tarixli, nömrəli qətnaməsi ilə iddianı qismən təmin edərək, iddiaçıların xilinə köçürülməsini, iddianın qalan hissədə təmin olunmamasını qət etmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, bağışlama müqaviləsinin etibarsız sayılması üçün qanuni əsaslar mövud deyil, bununla belə iddiaçıların 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələrinə əsasən mənzildən istifadə hüquqları yaranmış, yaşayış sahəsinin mülkiyyətinin xaya keçməsi bu hüquqları aradan qaldırmamışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sərlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx xxxxxx 2019-cu il tari xli, x nömrəli qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi iddianın İddiaçı2 münasibətdə təmin edilən hissəsi ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, qətnamə cavabdehlərin mübahisələndirdikləri qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçıların isə apelyasiya şikayətləri rədd edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından İddiaçı2 mənzilə köçürülməsi düzgün olmamışdır. İddiaçı1 isə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən həmin mənzildən istifadə hüququ vardır, onun bu hüququna müvəqqəti olaraq (mərhələlərlə) Rusiya Federasiyasına getməsinə və orada yaşamasına görə xitam verilə bilməz. Bu h al İddiaçı1 mübahisəli mənzildə yaşama ehtiyacının aradan qalxması üçün əsas deyil. Bundan əlavə, İddiaçı1 Azərbaycanda digər yaşayış sahələri olmasına dair cavabdehlər sübut təqdim etməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh x kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək iddianın tam rədd edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından İddiaçı1 mənzildən istifadə hüququ yoxdur. Hətta mübahisəli hüquq münasibətinin 2005-ci ildə yaranması halı götürülsə belə, İddiaçı1 həmin vaxt mülkiyyətçi olmuş A.Cabbarova ilə birgə yaşamamış, təsərrüfa t aparmamışdır. Hər iki iddiaçı daimi olaraq Rusiya Federasiyasında yaşamışlar. İddiaçı1 və ailəsinin mübahisəli mənzildə heç vaxt yaşamaması, işdə olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli arayışı ilə də təsdiqlənir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdilər.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:

13. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

14. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malik dir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

15. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikd irlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

16. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

17. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 228.1. Yaşayış bina sının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

19. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

20. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

21. Maddə 228.5. Yaşayış binasını n tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddianın təmin edilmiş (İddiaçı1 aid) hissəsi ilə bağlı bildirir ki, işin yuxarıda qeyd olunan hallarına görə mübahisəli mənzil 2005-ci ildə orderlə iddiaçının anası xnın adına rəsmiləşdirilmişdir. Bundan sonra İddiaçı1 bir müddət özünün, hətta sonradan arvadı İddiaçı2 ilə birlikdə həmin evdə yaşaması, cavabdeh xa tərəfindən birinci instansiya məhkəməsində etiraf edildiyi üçün işin mübahisəsiz halları kimi qəbul olunur.

27. Bu baxımdan İddiaçı1 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin norma ları ilə həmin mənzildən istifadə hüququ yaranmışdır (§13-15). Hətta xx.xx.2012-ci ildə mənzilin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə xnın adına ilkin qeydə alınması, habelə xx.xx.2013-cü ildə bağışlama müqaviləsi əsasında mülkiyyətin xya keçməsi faktları, İddiaçı1 istifadə hüququnu aradan qaldıran hallar kimi qəbul edilə bilməz. Çünki, mülkiyyətçinin dəyişməsi istifadə hüququnun xitamına səbəb olmaz (§20). Üstəlik hazırkı işin faktiki hallarından açıqca görünür ki, həm x (iddiaçının anası), həm də x (iddiaçının bacısı) ailə üzvü olan İddiaçı1 həmin mənzilə istifadə hüququnu bilmişlər.

28. Bununla belə Kollegiya nəzərə alır ki, bir şəxsin mənzildən istifadə (şəxsi servitut) hüququ mütləq deyil, müvafiq əsaslar olduqda onun aradan qalxması da mümkündür.

29. İcarəd ar və onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsinin altı ay saxlanması, habelə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilməsi qeyd edilən Mənzil Məcəlləsində göstərilmişdir (§16-17).

30. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur.... Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir.... Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələ nir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.

31. Göründüyü kimi, şəxsin yaşama ehtiyacını təmin edən mənzildən istifadə hüququ, ailə münasibətlərinə görə yaranmış olsa belə, bu ehtiyacın aradan qalxması, başqa sözlə şəxsin özünün mənzil tələbatını könüllü və daimi olaraq başqa yerdə təmin etməsi həmin hüququn itirilməsinə səbəb olur.

32. Bu baxımdan hazırkı iddianın İddiaçı1 aid hissəsinin düzgün həlli üçün onun istifadə hüququ qazandıqdan sonra mübahisəli mənzildən daimi olaraq başqa yerə getməsi və bu səbəbdən həmin hü ququn aradan qalxmasına qanunverciliyə uyğun qaydada qiymət verilməlidir.

33. İşdə olan Xətai rayonu “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin verdiyi xx.xx.2019-cu il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı1 və ailəsi heç vaxt mübahisəli mənzildə yaşamamışlar (baxmayaraq ki, tərəflər müvafiq müddət ərzində yaşama faktını təsdiqləyirlər).

34. Bundan əlavə, İddiaçı1 arvadı İddiaçı2 izahatında bildirmişdir ki, mübahisəli evdən münasibətlərin pozulması səbəbindən 2010-cu ilin iyun ayından etibarən çıxmışlar.

35. İddiaçı1 həmin ildən sonra sözügedən mənzildə daimi olaraq yaşaması və özünün mənzil ehtiyacını məhz oradan qarşılamasına dair mötəbər sübutlar məhkəmələrə təqdim edilməmişdir.

36. Diqqətdən qaçırılmamalıdır ki, doqquz il ərzində davamlı olaraq başqa yerdə yaşama, mü bahisəli mənzilə münasibətdə müvəqqəti imkansızlıq halı kimi qəbul edilə bilməz. Eyni zamanda İddiaçı1 2010-cu ildən keçən doqquz ilə yaxın müddət ərzində sözügedən mənzildən iradəsi əlehinə çıxarılmasına, onun mənzildə yaşamaq hüququnun cavabdehlər tərəfindən mümkünsüz edilməsinə, mənzilə köçməyə cəhd göstərməsinə (aidiyyəti dövlət orqanlarına müraciətlər etmək, iddia qaldırmaq və s.) dair məlumatlar işdə aşkar edilmir. Əksi sübut edilmədikcə, bu hallar İddiaçı1 iradəsi əlehinə deyil, könüllü və daimi olaraq başqa yerdə yaşamasına dəlalət edir.

37. Kollegiya vurğulayır ki, qanuni əsas və məqsəd olmadan, formal mülahizələrlə, özü də qeyri-mütənasib şəkildə mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli Qərarı).

38. Beləliklə, İddiaçı1 ən azı 2010-cu ildən etibarən bu qaydada başqa yerdə yaşaması, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyi (§30). baxımından, istifadə hüququnun aradan qalxmış sayılması üçün əsasıdır.

39. Buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi iddianın İddiaçı1 aid hissəsini bu hall arı nəzərə almadan həll etmişdir. Bununla da, maddi hüquq normaları səhv tətbiq olunmuşdur. Odur ki, həmin xüsusatlar bir daha yoxlanılmaqla, nəticəsindən asılı olaraq məsələyə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı (§30) hüquqi mövqeyə uyğun qiymət verilməlidir.

40. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməklə, apelyasiya məhkəməsinin qətnaməsi İddiaçı1 aid hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X5 Davud qızının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı1 aid hissəsində ləğv edilsin və iş həmi n hissədə yeni apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar