Məhkəmə qərarları › İş №2(102)-2157/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2157/2025

15.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2157/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, sahiblik, mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzildən çıxarılma, mənzilə köçürmə; Müqavilə münasibətlərindən irəli gələn mubahisələr, podrat müqaviləsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqav ilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürmə” tələbinə dair iddiası barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 mart 2025-ci il tarixli, 2(105)-346/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “X5”nin rəhbəri X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0129 nömrəli mənzil tikintisi müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 8 mərtəbəli yaşayış binasının 1 blok, 2-ci mərtəbə, 08 №-li mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi verməyi öz üzərinə götürmüşdür. Mənzilin ümumi sahəsi 58,7 kv metrdir. Mənzilin 1 kv metrinin qiyməti 650 manat olmaqla, mənzilin ümumi dəyəri 38155 manatdır. 2. xx.xx.2021-ci il tarixli arayışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən çoxmərtəbəli yaşayış binası X9 məxsusdur. Həmin binanın 1-ci girişi, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 58,7 kv metr olan, 1 otaqlı, 08 saylı mənzilə görə payçı İddiaçı tərəfindən 38155 (otuz səkkiz min bir yüz əlli beş) manat məbləğində ödəniş edilmiş, heç bir qalıq borc qalmamışdır. 3. “X5”nin rəhbəri X11 ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 0143 nömrəli mənzil tikintisi üzrə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 8 mərtəbəli yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, 08 nömrəli, izolə olunmuş 1 otaqlı mənzil Cavabdeh1 bir pay kimi təqdim edilməlidir. Mənzilin ümumi sahə si 58,7 kv metrdir, 1 kv metrinin qiyməti 700 manat olmaqla, mənzilin ümumi dəyəri 41090 manat təşkil edir. Cavabdeh1 ilkin olaraq 13000 manat məbləğində avans ödəmişdir. 4. xx.xx.2021-ci il tarixli arayışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən çoxmərtəbəli yaşayış binası X9 məxsusdur. Həmin binanın 1-ci girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 58,7 kv metr olan 1 otaqlı, 08 saylı mənzilin pay dəyərindən 2600 (iki min altı yüz) manat məbləğində ödəniş payçı Cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Qalıq borc mövcud deyildir.

5. İş materiallarında olan “X5”nin rəhbəri X11 (“İcraçı”) ilə X4 (“Payçı”) arasında bağlanmış xx.xx.2021ci il tarixli 0128 nömrəli “Mənzil tikintisi haqqında müqavilə”nin surətindən görünür ki, “İcraçı” Abşeron rayonu, Masazır kəndində yerləşən 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbə, 08 nömrəli mənzilini izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 58,7 kv metrdir. Mənzilin 1 kv metr sahəsinin qiyməti 650 manat olmaqla, mənzilin ümumi dəyəri 38155 manatdır... Müqavilənin 3.4-cü bəndində həmçinin qeyd olunmuşdur ki, “Payçı” 38155 manat məbləğdə pulu hər 1 tonu 8.50 manat olmaqla 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək 2 ay müddətində ödəyir (yəni ödəməyi öhdəsinə götürür).

6. İşdə olan xx.xx.2021-ci il tarixli 616 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən çoxmərtəbəli yaşayış binası X9 məxsusdur. Bu binanın 1-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 58,7 m2 olan, 1 otaqlı, 08 saylı mənzilinin pay dəyərindən 3815 5 (otuz səkkiz min bir yüz əlli beş) manat payçı X4 tərəfindən ödənilmişdir. Qalıq borcu yoxdur. Xüsusi qeyd: “Payçı” 38155 manat məbləğdə pulu hər 1 tonu 8.50 manat olmaqla 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək 2 ay müddətində ödəyir (yəni ödəməyi öhdəsinə götürür).

7. İşdə olan “X5”nin rəhbərinə X4 tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ərizəçi xx.xx.2021-ci il tarixli 0128 nömrəli müqaviləyə əsasən aldığı 58,7 kv metr-lik, 08 nömrəli 1 otaqlı mənzilin İddiaçı adına keçirilməsini və yenidən müqavilə bağlanmasını xahiş edir.

8. İşdə olan xx.xx.2021-ci il tarixli 011 nömrəli bildirişdən görünür ki, həmin bildiriş “X5”nin rəhbəri Akim Rəcəbov tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanmışdır. Bildirişdə göstərilir ki, ona (İddiaçı) X2 mənzil verilməsi haqqında bağlanmış müqavilə, X4 tərəfindən öhdəlikləri yerinə yetirilmədiyi üçün sonuncunun ərizəsi əsasında, ləğv edilmişdir. Odur ki, ona (İddiaçı) X5 tərəfindən verilən mənzil qısa zamanda satışa çıxarılacaq. Əgər o (İddiaçı), həmin mənzili əldə etmək istəyirsə, qısa zamanda pulunu ödəyib geri ala bilər. Məlumu olsun ki, həmin mənzilə görə bir manat olsun pul ödənilməyib.

9. İşdə olan poçt qəbzindən görünür ki, “X5”nin rəhbəri Akim Rəcəbov tərəfindən İddiaçı ünvanlanmış Bildiriş xx.xx.2021-ci il tarixdə sifarişli məktubla göndərilmişdir.

10. Abşeron rayon Polis İdarəsinin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi, ev 98, mənzil 93-də yaşayan Cavabdeh1 m üraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmış, Cavabdeh1 və İddiaçı isə ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və “X8”inə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə köçürmə və mənzildən çıxarılma” tələbləri ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən 8 mərtəbəli yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsindəki, ümumi sahəsi 58,7 kv metr olan, 1 otaqlı, 08 saylı mənzilə dair “X8” ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixində bağlanmış 0143 saylı mənzil tikintisi müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzili n tam boşaldılaraq ona (iddiaçıya) təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “X7”in rəhbəri X11 ilə xx.xx.2021ci il tarixdə mənzil tikintisi haqqında 0129 saylı müqavilə bağlayaraq, Abşeron rayonu, Masazır kəndində yerləşən 8 mərtəbəli yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsindəki, 1 otaqdan ibarət, ümumi sahəsi 58,7 kv metr olan 08 saylı mənzilin pay dəyəri kimi 38155 manat məbləğində vəsait ödəmiş və mənzili almışdır. Həmin tarixdə (xx.xx.2021) ona bu ödənişi təsdiq edən maliyyə arayışı təqdim edilmişdir. Bina hələ təhvil verilmədiyindən orada faktiki yaşayış olmamışdır. Təxminən bir ay əvvəl, aldığı mənzilə baxış keçirdikdə, mənzildə yaşayışın olduğunu görmüşdür. Lakin həmin vax t mənzilin qapısı bağlı olduğundan, orada kimin yaşadığını müəyyən edə bilməmişdir. Bu səbəbdən kompleksin rəhbərliyinə müraciət etmişdir. X12 atası – Tofiq adlı şəxs, ona mənzilə görə ödənilən məbləğin bir ay ərzində geri qaytarılacağını bildirmişdir. İddiaçı da bu təkliflə razılaşaraq oradan ayrılmışdır. Lakin bir ay keçsə də, kompleks tərəfindən ödənilmiş vəsait geri qaytarılmamışdır. xx.xx.2022-ci il tarixdə o, həyat yoldaşı, qaynatası və qaynanası ilə birlikdə həmin mənzilə gəlmiş və orada bir nəfərin kirayədə yaşadığını müəyyən etmişdir. Kirayəçinin bildirdiyinə görə, evi ona “Şəmsi” adlı şəxs kirayəyə vermişdir. İddiaçı həmin Şəmsi adlı şəxslə telefon əlaqəsi saxlamış və onu hadisə yerinə dəvət etmişdir. Şəmsi mənzili kompleksdən aldığını və bu barədə sənədlərinin olduğunu bildirmiş dir. Lakin hadisə yerində heç bir sənəd təqdim etməmiş və əksinə, onların mənzili tərk etmələrini tələb etmiş, daha sonra isə polisə şikayət etmişdir. Sonradan məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, “X7” həmin mənzili daha sonra, yəni xx.xx.2021-ci il tarixdə Cavabdeh1 da satmışdır. Bu səbəbdən, xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, Cavabdeh1 mənzildən çıxarılmalı və iddiaçı həmin mənzilə köçürülməlidir. Çünki həmin mənzilə dair ilk müqavilə məhz iddiaçı ilə bağlanmışdır.

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil iddiaçıya təhvil verilməsə də, ilk müqavilə iddiaçı ilə bağlanmışdır. Lakin o mənzilə görə heç bir ödəniş etməmiş, bunun müqabilində beton vermişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, mənzil alındıqdan sonra onu təmir etmiş və hazırki vaxtadək həmin mənzildə yaşamışdır. Bütün kommunal ödənişlər onun adınadır və onun tərəfindən həyata keçirilir. Odur ki, iddianın rədd edilməsini xahiş edir.

6. Cavabdeh2 vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iş materiallarında olan sənədlərdən də görünür ki, Cavabdeh2 anası hazırki iş üzrə iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi vermişdir. Amma Ali Məhkəmənin qərarı ilə subyektiv hüququ olmadığına görə iddia tələbi rədd edilmişdir. Cavabdeh2 bu işə gec cəlb olunub və onun hazırki iddiaçıya qarşı ərizəsi var və iki iş Abşeron Rayon Məhkəməsinin icraatındadır. Bununla bağlı məhkəmə sədrindən ərizə ilə xahiş etmişdir ki, icraat birləşdirilsin. İddia tələbi əsassızdır, buna görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-59/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).

8. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar olaraq qeyd etmişdir ki, hər iki tərəflə X11 arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşin hallarından göründüyü kimi, mübahisəli 08 saylı mənzillə bağlı iddiaçı ilə X11 arasında xx.xx.2021-ci il tarixli, cavabdehlər X11 ilə Cavabdeh1 arasında isə xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, lakin əmlakın dəyərini kompleksin hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderi mövcud deyildir. Həmçinin həmin daşınmaz əmlakla bağlı nə İddiaçı, nə də Cavabdeh1 mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bununla belə, mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi və hazırda faktiki istifadəsində və sahibliyində olması işin mübahisəsiz halıdır. Bu faktı iddiaçı və digər cavabdeh də öz izahatlarında vurğulamışdır. Həmçinin məhkəmənin tərəflərin iştirakı ilə keçirilmiş xx.xx.2024-cü il tarixli yerli baxış zamanı da, mənzilin tam təmirli, yaşayışa yararlı olması, həmin mənzildə Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşaması müəyyən olunmuşdur. Mübahisəli mənzil Cavabdeh1 tərəfindən maneəsiz istifadə olunduğundan və ona təhvil verildiyindən (2 ildən artıq müddət ərzində orada yaşadığından), habelə Kompleks tərəfindən buna heç bir etiraz olunmadığından onunla bağlı Cavabdeh1 İddiaçı nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab oluna bilməz.

9. Məhkəmə tədqiq olunmuş sübutlara dair qeyd etmişdir ki, iddiaçı əqdin etibarsızlığı barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən onun 08 saylı mənzilinə dair “X7” ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, mənzil tikintisi haqqında 0143 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, iddiaçının həmin mənzilə köçürülməsi, mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia tələbi təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu, “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337, 389.1, 390, 404.1, 404.2, 425, 452.1, 646.1, 752.1, 752.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77, 119.1, 216, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi ni və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə tikiləcək çoxmənzilli evin 8 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlayaraq həmin mənzilin dəyərini tam ödəmişdir. Ondan bir neçə ay sonra cavabdeh digər Cavabdeh1 ilə də həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlamışdır. O bundan xəbər tutandan sonra cavabdehlər arasında bağlanmış əqdin etibarsız hesab edilməsi və mənzildən çıxarılma iddiası ilə məhkəməyə müraciət etmişdir. Onun müqaviləsinin əvvəl Cavabdeh1 müqaviləsinin sonra bağlanması və mənzilin dəyərini onun əvvəl ödəməsi məhkəmə zamanı təsdiq edilsə də, məhkəmə onun iddiasının rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamə qanunsuzdur, məhkəmə tərəflərin qar şılıqlı münasibətləri barədə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq etdiyi maddi hüquq normalarının tələb və məzmunlarına zidd nəticəyə gələrək onları düzgün təfsir və izah etməmiş, nəticədə onun mülkiyyət hüququnu pozan qətnamə qəbul etmişdir ki, bu halda həmin qətnamə ləğv edilməlidir. Onunla mənzil tikən Cavabdeh2 arasında mənzilin alqısatqısına dair müqavilə imzalanmış, mənzilin dəyəri tam ödənmişdir. Belə olan halda cavabdeh mənzili ona təhvil və mülkiyyətinə vermək öhdəliyi daşıyır, həmin andan bu mənzilin mülkiyyət hüquqları ona keçmişdir. Buna baxmayaraq, cavabdeh qanunsuz olaraq artıq ona məxsus mənzilə dair digər cavabdehlə alqı-satqı müqaviləsi bağlamış və mənzili sonuncuya vermişdir. Bu halda həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Çünki Cavabdeh2 hüquqi cəhətdən artıq onun (iddiaçının) mülkiyyəti olan mənzilə dair sərəncam vermiş və o mənzilə dair digər şəxslə müqavilə imzalamışdır. Lakin, bu faktlar məhkəmə zamanı təsdiq edilməsinə baxmayaraq, məhkəmə guya onun tərəfindən əqdin etibarsızlığı barədə hər hansı bir sübut və dəlil təqdim edilmədiyini əsas gətirərək iddiasını rədd etmişdir ki, bu halda məhkəmənin gəldiyi nəticə və qəbul etdiyi qətnamə qanunsuz hesab edilməlidir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. KM-nin bu qərarındakı hüquqi mövqeyə uyğun olaraq o çoxmənzilli binada öz payı olan 8 saylı mənzilin dəyərini cavabdehə tam ödədiyi andan həmin mənzilə mülkiyyət hüququ qazanmışdır. Belə olan təqdirdə artıq həmin paya dair hər hansı bir hüququ olmayan Cavabdeh2 digər cavabdehlə həmin mənzilə dair hər hansı bir müqavilə bağlamaq, yəni o mənzilə dair sərəncam vermək hüququ olmamışdır. Məhkəmə isə bu halı nəzərə almadan qətnamə qəbul etmişdir ki, belə qətnaməni qanuni və əsaslı hesab etmək olmaz. Məhkəmə öz qətnaməsində iddianı rədd edərkən həm də o faktı əsas gətirmişdir ki, hər iki tərəf mənzilə dair hüquqlarını qeydə almamışlar. Bu dəlil də əsassızdır. Belə ki, yuxarıda istinad edilən KM-nin Qərarının məzmununa görə, mənzilin tam dəyəri ödəndiyi andan bu mənzil onun (iddiaçının) mülkiyyəti sayılır, bu hüququn qeydə alınmaması mənzilə dair sahiblik və istifadə kimi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və iddiasının təmin olunmasını tələb etmək hüququnu istisna etmir, hüquqların qeydə alınmaması yalnız həmin əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Məhkəmənin bu hüquq normasını düzgün başa düşməməsi sonda səhv qətnamə çıxarılması ilə nəticələnmişdir. Bundan başqa, məhkəmə qətnamədə göstərmişdir ki, mübahisəli mənzil cavabdeh Ş. Abdulla tərəfindən istifadə edildiyindən və ona təhvil verildiyindən (2 ildən artıq müddət ərzində orada yaşadığından), kompleks tərəfindən buna heç bir etiraz olunmadığın dan həmin mənzil barəsində Cavabdeh1 İddiaçı nisbətən üstünlük hüququ əldə etmişdir. Məhkəmənin gəldiyi bu nəticə həm maddi hüquq normalarının, həm də prosessual normaların kobud pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə düzgün başa düşməmişdir ki, əmlaka hüquq kimin həmin əmlaka daha tez faktiki yiyələnməsi və istifadə etməsi ilə deyil, hüquqverici sənədlərə əsasən kimin hüququnun daha əvvəl yaranması ilə müəyyən edilir. Əmlaka qanunsuz yiyələnmiş şəxsin həmin əmlakdan bir neçə il istifadə etməsi mülkiyyətçinin hüquqlarını pozaraq həmin əmlakı o şəxsdə saxlamağa əsas vermir. Bu hüquqi prinsipləri düzgün başa düşməyən məhkəmə əmlakı qanunsuz müqavilə ilə ələ keçirmiş şəxsin həmin əmlakdan 2 il istifadə etməsini əsas gətirərək mülkiyyətçinin öz mülkiyyətini tələb etmək hüququ nu pozan bir qətnamə qəbul etmişdir. Bundan başqa, AR Konstitusiya Məhkəməsinin “M.Hüseynovun şikayəti üzrə” xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla cavabdeh "xxxx" MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmış olsa da, fərdi müəyyən əşya olan mənzil sonradan cavabd eh "xxxx" MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında sonuncuya təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin cavabdeh "xxxx" MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində q eydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir. İstinad edilən Qərarın məzmunundan görünür ki, həmin hal məhz bu işdə ol an halla eynilik təşkil edir və KM-nin hüquqi mövqeyinə görə mənzili bir şəxsə satdıqdan sonra MTK-nın həmin mənzilə dair hüquqlarına xitam verilir, həmin mənzilə dair bütün hüquqlar alıcıya keçir və bundan sonra MTK-nın müvafiq mənzillə bağlı hər hansı bir kənar şəxslə müqavilə bağlaması həmin müqaviləni etibarsız edir. KM-nin belə bir hüquqi mövqeyinin mövcud olmasına baxmayaraq, məhkəmənin onun iddiasını rədd etməsi tam qanun pozuntusudur. O, mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün ilkin müqavilənin onun adına imzalanmasını, onun digər Cavabdeh1 öncə müqavilə bağlamasını və mənzilin tam dəyərini ödədiyini irəli sürərək cavabdehlər arasında bağlanmış müqavilənin hüquqi və faktiki olaraq artıq onun mülkiyyəti olan mənzil barəsində bağlanmasını, Cavabdeh2 bu əqdi bağlamağa h üququ olmadığını bildirməklə əqdin etibarsızlığını tam sübuta yetirmişdir. Lakin məhkəmə belə bir səhv nəticəyə gəlmişdir ki, guya o, əqdin etibarsızlığı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bununla məhkəmə işin müəyyən olunmuş hallarına zidd nəticəyə gəlmiş, tətbiq edilməli normanı düzgün tətbiq etməmişdir. Onunla Cavabdeh2 arasında podrat (alqı-satqı) müqaviləsindən irəli gələn münasibətlərin yaranması, onun tərəfindən cavabdehə mənzilin dəyərinin tam ödənilməsi, sonuncunun isə həmin mənzilə dair digər şəxslə müqavilə bağlaması təsdiq edildiyi halda, yəni əqdi etibarsız hesab etmək üçün bütün şərtlərin mövcud olmasına baxmayaraq, məhkəmə tətbiq edilməli olan maddi normaları tətbiq etməmiş, qanunsuz və əsassız olaraq iddiasını rədd etmişdir.

13. Məhkəmə icl asında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli mənzil ona təhvil verilməsə də, lakin ilkin müqavilə onunla bağlanmışdır. O, mənzilə görə pul ödənişi etməmiş, mənzilin dəyərində beton vermişdir. Betonu tikintiyə tanışı Nurəli Hüseynov vasitəsilə göndərmişdir. Çünki, mənzilin dəyərinin betonla ödənilməsi barədə razılaşma Nurəli Hüseynov ilə Cavabdeh2 arasında olmuşdur. Göndərdiyi betonun Nurəli tərəfindən Akimə təhvil verilib-verilməməsini bilməmişdir. Lakin betona görə Akimlə Nurəli arasında narazılıq yaranmışdır. Nəticədə hər ikisi onu aldatmışlar, ona nə mənzil, nə də betonun pulu verilməmişdir. Müqavilə üzrə ona satılmış mənzili tələb etmiş, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiasının təmin e dilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişdir. İzahatında qeyd etmişdir ki, o, müəllim işləyir və çətinliklə ailəsini 1 otaqlı mənzillə təmin edə bilmişdir. Mənzilə görə 13.000 manat ilkin ödəniş edəndən sonra qalan pulunu hissə-hissə ödəmiş və 2024-cü ilin ortalarında ödənişi başa çatdırmışdır. Mənzil tikintisi müqaviləsini xx.xx.2021-ci il tarixdə bağlamış, həmin vaxt mənzil, giriş qapısının açarları təqdim edilməklə, ona təhvil verilmiş, mənzildə imkanına uyğun təmir aparmış və 3 ilə yaxın müddətdir ki, ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Mənzilin su, qaz və işıq sayğacları onun a dınadır, istifadə haqlarını və kommunal xərcləri özü ödəyir. İndi mənzilə görə mübahisənin ortaya çıxması onu narahat edir. Mənzilin mübahisəli olduğunu bilsəydi, heç vaxt almağa razılaşmazdı. Hesab edir ki, ona qarşı irəli sürülmüş iddia əsassızdır və onun iddiaçı qarşısında heç bir təqsiri, yaxud məsuliyyəti yoxdur.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-346/2025 nömrəli, 4 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-59/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və İ.Dəmirov).

16. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti Abşeron rayonu, Masazır kəndind ə “X5” adlanan ərazidə inşa edilmiş 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən 1 otaqlı, 58,7 kv metr ümumi sahəsi olan 08 nömrəli mənzildir. Həmin mənzilin əvvəlcə X1 ilə bağlı “Payçı” qismində onunla “İcraçı” - “X5”nin rəhbəri Akim Rəcəbov (Tofiqzadə) arasında “Mənzil tikintisi haqqında müqavilə” bağlanmış, müqavilədə payçı N.Hüseynov mənzilin dəyərini təşkil edən 38155 manat məbləğdə pulu hər 1 tonu 8,5 manat olmaqla 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək 2 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 1 ay sonra X4 “X5”nin rəhbərinə ərizə ilə müraciət edərək sözügedən mənzilin İddiaçı adına keçirilməsini və yenidən müqavilə bağlanmasını xahiş etmiş, həmin ərizəyə əsasən mübahisəli mənzillə bağlı “X5”nin rəhbəri X11 (“İcraçı”) ilə İddiaçı (“Payçı”) arasında xx.xx.2021-ci il tarixli 0129 nömrəli “Mənzil tikintisi haqqında müqavilə” bağlanmışdır. Müqaviləyə görə, “İcraçı” Abşeron rayonu, Masazır kəndində inşa edilən 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən 1 otaqlı, 58,7 kv metr ümumi sahəsi olan 08 nömrəli mənzili bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürmüşdür. Eyni (xx.xx.2021-ci il) tarixli arayışa əsasən mənzilin pay dəyəri 38155 manat payçı İddiaçı tərəfindən ödənilmişdir, qalıq borcu yoxdur.

17. Lakin İddiaçı məhkəmə proseslərində özünün də etiraf etdiyi kimi, o, mənzilə görə pul ödəməmiş, mənzilin dəyərini tikintiyə beton verməklə ödəmiş, tikintiyə betonu birbaşa özü deyil, bu barədə razılaşma Akim Rəcəbovla ümumi tanışları Nurəli Hüseynov arasında olduğundan betonu Nurəli Hüseynova vermiş və güman etmişdir ki, Nurəli Hüseynov həmin betonu onun vasitəsilə aldığı mübahisəli mənzilin pulu (dəyəri) hesabına Akim Rəcəbova təhvil verir.

18. Akim Rəcəbov (Tofiqzadə) isə ona nə Nurəli Hüseynov, nə də İddiaçı tərəfindən beton verilmədiyini bildirmişdir. Digər tərəfdən, Cavabdeh2 iddia edir ki, İddiaçılə müqavilə bağlanandan sonra 2 ay ərzində ona vəd edilmiş beton verilmədiyinə görə xx.xx.2021-ci il tarixdə İddiaçı ünvanına bildiriş göndərmiş və aralarında bağlanmış müqavilənin ləğv edildiyi, ona satılması nəzərdə tutulan mənzilin ümumi qaydada satışa çıxarılacağı, həmin mənzili əldə etmək istədiyi təqdirdə qısa zamanda pulunu ödəyib geri ala biləcəyi barədə xəbərdarlıq etmiş, lakin İddiaçı, yaxud N.Hüseynov həmin bildirişə heç bir reaksiya verməmişlər. İddiaçı hər hansı bildiriş alm adığını, mənzilin başqasına satılmasından xəbəri olmadığını bildirmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh bildirişin iddiaçı tərəfindən alınmasını təsdiq edən sübut təqdim edə bilməsə də, təqdim olunan poçt qəbzindən həmin bildirişin xx.xx.2021-ci il tarixdə poçt xidməti tərəfindən sifarişli göndəriş üçün qəbul edildiyi müəyyən olunur. Bu sənədin (üzərində ştampla tarix vurulmuş poçt qəbzinin) geriyə tarixlə tərtib edilməsinin mümkünlüyü, yəni sənədin saxta olması ağlabatan görünmür. Lakin bildirişin ünvana çatdırılmamasının mümkünlüyü də istisna olunmur.

20. İddiaçılə bağlanmış müqavilədən 3 ay sonra mübahisəli mənzilə dair cavabdeh X11 ilə digər Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 0143 nömrəli “Mənzil tikintisi haqqında müqavilə” bağlanmışdır. Müqavilədə qeyd olunur ki, mə nzilin ümumi sahəsi 58,7 kv metr, 1 kv metr sahəsinin qiyməti 700 manatdır. Mənzilin ümumi dəyəri 41090 manat təşkil edir. Payçı ilkin olaraq 13000 manat məbləğində avans ödəyir... xx.xx.2024-cü il tarixli 2732 nömrəli arayışdan isə görünür ki, həmin tarixdə payçı Cavabdeh1 tərəfindən mənzilin pay dəyərindən 2600 manat da ödənilmiş və qalıq borcu qalmamışdır.

21. Mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi və hazırda faktiki istifadəsində və sahibliyində olması işin mübahisəsiz halıdır. Bu faktı iddiaçı və digər cavabdeh də öz izahatlarında təsdiqləmişlər. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərəflərin iştirakı ilə mübahisəli mənzilə baxış keçiriləndə də mənzilin tam təmirli, yaşayışa yararlı olması, həmin mənzildə Cavabdeh1 öz ailəsi ilə birlikdə y aşaması müəyyən olunmuşdur.

22. İşin şərh olunan hallarına əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 178.8, 404, 452.1, 452.2, 646, 1752.1 və 752.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Həmin normaların mənası baxımından cavabdeh Akim Rəcəbov (Tofiqzadə) ilə həm İddiaçı, həm də digər Cavabdeh1 arasında bağlanmış müqavilə - tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi ilə əlaqədar yaranan podrat münasibətlərini ehtiva edən müqavilələr (podrat müqavilələri) olmuş, həmin müqavilələrdə cavabdeh Akim Rəcəbov “Podratçı” qismində, İddiaçı və digər Cavabdeh1 isə “Sifarişçi” qismində çıxış etmişlər. Bu növ müqavilənin əsas şərtlərindən biri də “Podratçı”nın ona sifariş edilmiş işi icra edərək (konkret halda mənzili inşa edərək) “Sifarişçi”yə təhvil verməsidir. Cavabdeh Akim Rəcəbov (Tofiqzadə) hər iki müqavilədə nəzərdə tutulmuş eyni (mübahisəli) mənzili digər Cavabdeh1 təhvil vermişdir. Cavabdeh1 da həmin mənzilin dəyərini hissə-hissə tam ödəmişdir. İşin faktiki hallarına əsasən mübahisəli mənzil Cavabdeh1 2021-ci ilin iyul ayında giriş qapısının açarları təqdim edilməklə təhvil verilmiş, Cavabdeh1 mənzildə təmir işləri aparmış və 3 ilə yaxın müddətdir ki, ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb orada yaşayırlar. Mənzilin su, qaz, işıq sayğacları onun adınadır və mənzil ona verilən vaxtdan kommunal xərcləri özü ödəyir. Mübahisəli mənzil Cavabdeh1 verildiyi (özgəninkiləşdirildiyi) və onun tərəfindən qəbul edildiyi andan İddiaçı həmin mənzili mübahisələndirmək və tələb etməklə bağlı subyektiv hüququ aradan qalxmışdır. İddiaçı əgər mübahisəli mənzilin dəyərini pulla və ya başqa formada ödədiyini sübut edərsə, həmin mənzilin sonradan başqasına verilməsi ilə bağlı ona dəymiş zərərin əvəzini tələb edə bilər.

23. İddiaçının Konstitusiya Məhkəməsinin “M.Hüseynovun şikayəti üzrə” xx.xx.2015-ci il tarixli Qərarına və bu Qərarda istinad olunmuş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına əsaslanmaqla irəli sürdüyü dəlillərlə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilələrdə istifadə olunmuş “payçı”, “pay haqqı” ifadələri heç də təşkilati-hüquqi form ası "xxxx" (mənzil-tikinti kooperativi - MTK) olan bir qurumla onun üzvləri arasındakı münasibətləri ehtiva etmir. Belə ki, “X5” hüquqi şəxs (MTK) olmayıb Abşeron rayonu, Masazır kəndində hündür yaşayış binaları inşa edilmiş ərazinin şərti adıdır, tikintinin sahibi Akim Rəcəbov (Tofiqzadə) isə fərdi sahibkardır və müqavilələri də fərdi sahibkar kimi (üzərində öz adı və VÖEN-i təsvir olunmuş möhürlə) təsdiqləmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilələr MTK ilə onun üzvləri arasında pay alğı-satqısı ilə bağlı olan müqavilə deyil, podratçı ilə sifarişçilər arasında tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi ilə əlaqədar olan podrat müqavilələridir. Ona görə də həmin müqavilələrdən irəli gələn müb ahisələrin həlli ilə əlaqədar Konstitusiya Məhkəməsinin “M.Hüseynovun şikayəti üzrə” xx.xx.2015-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarlarına müraciət (istinad) olunması qəbuledilən deyildir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8, 404, 452.1, 452.2, 646.1, 752.1 və 752.2ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkili Vəkil4) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə y eni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsasız olmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə iddianın təmin olunmamasına dair qətnamənin ləğv edilməməsi qanunsuzluğa səbəb olmuşdur. İddiaçı ilə Cavabdeh2 arasında mənzilin alqı-satqısına dair müqavilə bağlandığı və həmin mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənildiyi halda, cavabdeh tərəfindən sonradan həmin mənzillə bağlı digər bir şəxs – Cavabdeh1 ilə də müqavilə bağlandığı qeyd edilmişdir. İddiaçı bu barədə məlumat əldə etdikdən sonra həmin müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının cavabde hlə müqaviləni daha əvvəl bağlaması və mənzilin dəyərini də ilk olaraq ödəməsi təsdiq olunsa da, məhkəmə onun iddiasını rədd etmişdir. Bu isə mənzilin əvvəlki alıcının - yəni iddiaçının mülkiyyətinə keçməsi faktını və cavabdehin artıq həmin mənzil üzərində sərəncam vermə hüququnun olmamasını nəzərə almadan qərar qəbul edilməsi deməkdir. Həmçinin, məhkəmənin həmin müqavilənin etibarsızlığı barədə sübut təqdim edilmədiyini əsas göstərməsi qanunsuz qiymətləndirilmişdir.

27. Kassasiya şikayəti həmçinin onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən, pay haqqını tam ödəyən şəxs əmlaka sahiblik və istifadə etmək hüququ əldə edir. İddiaçı mənzilin dəyərini tam ödədiyi andan həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir və bu səbəbdən Cavabdeh2 daha sonra mənzili başqasına satmaq və bu barədə müqavilə bağlamaq hüququ olmamışdır. Məhkəmə bu hüquqi mövqeləri və təqdim olunan sübutları nəzərə almadan qətnamə qəbul etmişdir ki, bu da şikayətçinin fikrincə, qanunsuz və əsassızdır.

28. İddiaçı həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 mart 2015-ci il tarixli “M. Hüseynovun şikayəti üzrə” Qərarında ifadə olunmuş hüquqi mövqelər düzgün tətbiq edilməmişdir. Həmin qərarda qeyd edilmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, iradə və iradə ifadəsinin uyğunluğu, əqdin forma və məzmun baxımından qanunvericiliyə uyğunluğu vacibdir. İddiaçı həmin hüquqi mövqeyə əsaslanaraq qeyd etmişdir ki, müqavilə bağlandıqdan və ödəniş tam edildik dən sonra artıq cavabdeh həmin əmlak üzərində sərəncam vermək səlahiyyətinə malik olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibl iyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tiki ntisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

35. Maddə

337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

37. Maddə

390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutu lmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

38. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

39. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək m ümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

40. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

41. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

42. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

43. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğ ı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilmişdir, bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, haqlı olaraq iddiaçı ilə olan əmək müqaviləsi ləğv olunan zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş məc buri qaydaların pozulması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

55. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-346/2025 nömrəli iş üzrə 4 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar