Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3568/2022 10.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 3287.66 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 54-cü maddəsinin tələblərinə əsasən, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə "xxxx" ASC-ni cavabdeh qismində cəlb etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri T.Əliyarbəyov küçəsi 8 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Sözügedən ünvan üzrə abunəçi kimi atasının adına olan işıq sərfiyyatına görə cavabdeh tərəfindən bildirişlər gəlmiş və o, vaxtlı-vaxtında işıqdan istifadəyə görə bildirişdə qeyd olunmuş məbləği ödəmişdir. xx.xx.2004-cü il tarixdə atasının vəfatından sonra abunəçi kimi atasının adı qeyd olunsa da, kommunal xərcləri hazırki müddətə qədər o, ödəyir. 2021-ci ilin noyabr ayında cavabdeh təşkilatın nümayəndələri ona məlumat vermədən evinə gələn elektrik xəttini kəsərək onu işıqsız qoymuşlar. Bundan sonra o, elektrik xəttinin kəsilməsinə görə cavabdeh təşkilatın rəhbərliyinə şikayət ilə müraciət etmiş və sonradan onun elektrik xətti bərpa edilmişdir. Lakin buna baxmayaraq, ona elektrik enerjisindən istifadə etməyə görə 3287.66 manat borcunun olması bildirilmişdir. O, qeyd olunan borcun hansı əsasla, hansı illəri əhatə etməsinə dair rəsmi sənəd verilməsini tələb etsə də, müraciətin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, elektrik enerjisindən istifadə etməyə görə xərcləri tam şəkildə ödədiyindən onun cavabdeh təşkilata hər hansı bir borcu olmamalıdır. O, hər zaman borcunu az da olsa ödəsə də, məhkəməyə ərizə ilə müraciət etdikdən sonra isə ödənişlərini dayandırmışdır. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, **********01836 abonent kodu üzrə cari günə 3772.60 manat debitor borc vardır. Yaranmış borcun səbəbi istifadə edilmiş elektrik enerjisinin dəyərinin tələb olunandan az ödənilməsidir. Borcun olmasını təsdiq edən abunə haqqında məlumat (Saldo), eləcə də maliyyə cədvəli mövcuddur ki, həmin sənədlərdən aydın görünür ki, yaranmış borc sırf debitor borcdur. Bundan başqa, iddiaçı ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi imzalanmamış və iddiaçı "xxxx" ASC-nin elektron məlumat bazasında abonent kimi qeydə alınmamışdır. Sadalananlardan göründüyü kimi, iddiaçının iddia ərizəsinin verilməsi üçün heç bir subyektiv hüququ yoxdur. Odur ki, iddia ərizəsində göstərilən və silinməsi tələb edilən borc məbləğinin sırf debitor borc olmasını, eləcə də iddiaçının iddia üzrə subyektiv hüququnun olmamasını nəzərə alaraq göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ № 098038 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2004-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 79 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -İddia ərizəsinə əlavə olunmuş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı elektrik enerjisindən istifadə edilməsinə görə 2007-ci ildən 2012-ci ilədək olan müddət ərzində ödənişlər etmişdir. -"xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli 01-543/22 saylı maliyyə arayışından görünür ki, abonent kodu **********01836 olan İddiaçı elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci ildən hazırki günədək 3813.42 manat borcu yaranmışdır. Belə ki, iddiaçının 2017-ci ilə qədər olan borcu 1516.03 manat təşkil etməklə, həmin tarixdən 2022-ci ilədək olan müddətə 2297.39 manat təşkil edir. -»Azərişıq» ASC-nin abunə haqqında sənədindən görünür ki, abunə kodu **********01836 olan Həmid Zeynalova məxsus ünvan 1 ünvanına yerləşdirilmiş elektrik sayğacına cəmi 3772.60 manat borc hesablanmışdır. -»Azərişıq» ASC-nin bildirişindən görünür ki, abonent kodu **********01836 olan Həmid Zeynalova qalıq borc olaraq xx.xx.2021-ci il tarixinə 3287.66 manat hesablanmış və xx.xx.2008-ci il tarixdə ********** nömrəli sayğac quraşdırılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri T.Əliyarbəyov küçəsi 8 saylı evdə qeydiyyatdadır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenegetika haqqında, “Energetika haqqında Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı elektrik enerjisindən istifadə edilməsinə görə xx.xx.2021-ci il tarixli bildirişə əsasən, 3287.66 manat borc hesablanmış, bu səbəbdən də iddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qaydaların 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İddia tələbindən göründüyü kimi, iddiaçı iddia ərizəsində borcun silinməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə əvvəlki məhkəmə iclasında iddiaçı barəsində hesablanmış pul vəsaitinin debitor borcu olduğunu bildirmişdir. Qaydaların 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçıya elektrik enerjisindən istifadəyə görə 3287.66 manat borc hesablanmış və həmin borc məbləği mülki iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli bildirişlə də öz təsdiqini tapmışdır. Lakin mülki iş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş maliyyə arayışından göründüyü kimi, abonent barəsində 2297.39 manat debitor borcu hesablanmışdır. Beləliklə də, bildiriş əsasında abonentə 3287.66 manat, cavabdeh təşkilat tərəfindən isə 2297.39 manat borc hesablandığından, məhkəmə artıq qalan qalıq borcu sadə riyazi hesablama yolu ilə hesablamaqla 990.27 (32xx.xx-2297.39=990.27) manat borcun iddiaçıya məxsus abunə hesabından silinməsi qənaətinə gəlir. Beləliklə Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, abunə kodu **********01836 olan İddiaçı barəsində hesablanmış 990.27 manat pul vəsaiti abonentin hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Abunə kodu **********01836 olan İddiaçı barəsində hesablanmış 990.27 (doqquz yüz doxsan manat iyirmi yeddi qəpik) manat pul vəsaiti abonentin hesabından silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3568/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3568/2022
10.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver