Məhkəmə qərarları › İş №2(012)-358/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-358/2025

27.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-358/2025 27.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair ilkin iddiası, "xxxx" ASC-nin İddiaçı qarşı «borcun tutulması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid (kod - **********01637) sayğaca qanunsuz yazılmış işıq borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadə etdiyi və istifadə edilmiş elektrik enerjisi üzrə 2020-ci ildən sonra yaranmış 5645,46 manat borc və ödənilmiş 76,46 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5721,92 manat pul məbləğinin cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan **********01637 saylı sayğaca qanunsuz yazılmış 7967 manat işıq borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında fərdi yaşayış evi İddiaçı şəxsi mülkiyyətindədir və sözügedən fərdi yaşayış evinə qanunsuz olaraq 7967 manat borc hesablanmışdır. Belə ki, İddiaçı müraciəti əsasında xx.xx.2024-cü il tarixində fərdi yaşayış evinə quraşdırılmış sayğac yeni Smart kart tipli sayğac ilə əvəz edilmişdir. Hal-hazırda gündəlik elektrik enerjisinə görə Smart kart vasitəsilə ödədikləri pulun miqdarı 0,50 qəpik məbləğindədir. Buradan belə aydın olur ki, iddiaçının aylıq elektrik enerjisinə görə ödənişi 30 manatdan yüksək olmur. Hesab edir ki, İddiaçı yazılmış borc tamamilə qanunsuz və əsassızdır. İddiaçı "xxxx" ASC-yə dəfələrlə barəsində qanunsuz yazılmış borcun silinməsi ilə bağlı müraciət etsə də ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən iddiaçı barəsində qanunsuz olaraq yazılmış borcun silinməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı elektrik enerjisindən istifadə üzrə qeydə alınmış sərfiyyata görə hər ay 20 manat ödəniş etmişdir. Onların 3-4 il əvvəl cavabdeh təşkilat tərəfindən yazılmış borc məbləği barədə məlumatları olmuşdur. "xxxx" ASC tərəfindən borcun hesablanmasında aylar üzrə tənasübsüzlük və uyğunsuzluq vardır. Belə ki, cavabdeh təşkilat tərəfindən elektrik enerjisindən istifadəyə görə bir ay üzrə 20 manat borc hesablansa da sonrakı ay üzrə 300 manat borc hesablanmışdır. Əlavə olaraq qeyd edir ki, sözügedən evdə ondan əvvəl onun valideynləri yaşamış, onlar da elektrik enerjisi üzrə sərfiyyata görə cüzi miqdarda ödənişlər etmişlər və iddiaçıya məxsus evin sayğacından kənar xətt çəkilməmişdir. Bildirir ki, yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 3 otaqdan ibarət birmərtəbəli evdir. Sərfiyyata görə nəzərdə tutulduğundan artıq məbləğdə pul hesabladığı üçün onlar sayğacı dəyişdirmək istəmiş, sözügedən evə 2024-cü ilin aprel ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən Smart tipli sayğac quraşdırılmış və bu zaman o, borca görə təxminən 390 manat məbləğində pul ödəmişdir. "xxxx" ASC tərəfindən 2023-cü il üzrə 2137 manat məbləğində borc hesablanması "xxxx" ASC-nin onlara qarşı qərəzli mövqedə olduğunu göstərir. Qeyd edir ki, 2021- 2022-ci illər üzrə elektrik enerjisindən istifadəyə görə ödəniş edilməmişdir. Hazırda onların saldoya əsasən 7833 manat məbləğində borcu vardır və borca görə onun tərəfindən ödənişlər edilmişdir. Onlar "xxxx" ASC-yə olan borcun ödənilməsindən yayınmamışdırlar. O, qarşılıqlı iddia üzrə tələb edilən borc məbləğinin 2000 manat məbləğində hissəsini qəbul edə bilər. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istehlakçıların hüquqlarının müdafiəsinə dair Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********01637 saylı koda qanunsuz yazılmış işıq borcunun silinməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq qarşılıqlı iddia ərizəsini təqdim etməklə hesab edirlər ki, verilən ilkin iddia tələbi tamamilə əsassız, qarşılıqlı iddia tələbinin isə qanuni, obyektiv və hərtərəfli hesab olunaraq aşağıda qeyd olunanlara əsasən ilkin iddia üzrə iddiaçının tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, İddiaçı adına olan abonent kodunun hal-hazırda "xxxx" ASC qarşısında 5645,46 manat borcu vardır. Həmin borc məbləği debitor borcdur. Buradan aydın olur ki, İddiaçı məhkəməyə müraciət edərək, həm məhkəmənin vaxtını, həm də işə cavabdeh kimi cəlb edilən səhmlərinin 100 faiz dövlətə məxsus olan "xxxx" ASC-nin vaxtını alaraq elektrik enerjisindən istifadə nəticəsində yaranmış 8006,63 manat debitor borcun silinməsi niyyətindədir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş abunə haqqında bildirişlərdən göründüyü kimi İddiaçı elektrik enerjisindən istifadə etməsi müqabilində az ödəniş etməsi nəticəsində "xxxx" ASC-yə cəmi 7919 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan borcu bu günə qədər ödəməkdən qəsdən yayınmışdır. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. "xxxx" ASC-yə hazırda 7919 manat məbləğində borcu olmasına baxmayaraq onlar iddiaçıdan son 5 il ərzində yaranmış borc məbləğini, yəni təqribən 5645 manat məbləğində pul ödənilməsini tələb edirlər. Qeyd edir ki, 2020-ci ildə iddiaçıya məxsus fərdi yaşayış evində sayğac mövcud olmuşdur. İş materiallarında olan maliyyə arayışından da göründüyü kimi 2023-cü ilə qədər İddiaçı tərəfindən heç bir ödəniş edilməmişdir. Bundan əlavə bildirir ki, İddiaçı elektrik enerjisindən istifadəyə görə yaranmış borca görə 2017-ci il, 2023-cü il və 2024-cü illərdə ödənişlər etmişdir. İddiaçı işıq borcuna görə 2023-cü il üzrə 90 manat, 2024-cü il üzrə isə 626 manat ödəmiş, təkcə 2024-cü ilin may ayında 390 manat ödəniş etmişdir. Əlavə olaraq qeyd edir ki, İddiaçı məxsus evdə sayğac 2009-cu il, 2016-cı il və 2024-cü illərdə dəyişdirilmişdir. Sözügedən fərdi yaşayış evinə elektron sayğac 2024-cü ilin aprel ayında deyil, may ayında quraşdırılmış və bundan sonra may ayı üzrə 68 manat, 8 manat və 0 manat məbləğində sərfiyyat qeydə alınmışdır. Onlar İddiaçı 2020-ci ildən sonrakı dövrün sərfiyyatına görə yaranmış borcun ödənilməsini tələb edirlər. Odur ki, qeyd edilənlərə əsasən o, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, **********01637 saylı abunə kodu üzrə sərf olunan elektrik enerjisinə görə abonentin 7967 manat borcu yaranmışdır. İş materiallarında olan 16 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, abonent kodu **********01637 olan İddiaçı elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci il tarixdən hazırki günədək 7919 manat məbləğində "xxxx" ASC qarşısında borcu yaranmışdır. Enerji sərfiyyatı üzrə yaranmış borc illər üzrə aşağıdakı kimi müəyyən edilmişdir: 2020-ci il üzrə 767,38 manat borcdan ödəniş edilməmiş, qalıq borc: 767,38 manat; 2021-ci il üzrə 1282,04 manat borcdan ödəniş edilməmiş, qalıq borc: 1282,04 manat; 2022-ci il üzrə 1685,54 manat borcdan ödəniş edilməmiş, qalıq borc: 1685,54 manat; 2023-cü il üzrə 2137,66 manat borcdan 90 manat ödənilmiş, qalıq borc: 2047,66 manat; 2024-cü il üzrə 488,84 manat borca görə 626 manat ödəniş edilmişdir. Beləliklə, İddiaçı "xxxx" ASC-yə 2020-2024-cü illər üzrə yaranmış borcu cəmi 5645,46 manat təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASC-yə 2020-ci ilə qədər olan borcu 2273,54 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, abonent kodu **********01637 olan İddiaçı 2020-2024-cü illər üzrə 6361,46 manat dəyərində enerji sərfiyyatı olmuş, həmin dövrlər üçün ümumilikdə 716 manat ödəniş etmiş və elektrik enerjisindən istifadə etməsi nəticəsində abonent kodu **********01637 olan İddiaçı 5645,46 manat debitor borcu qalmışdır. Qeyd olunan bu hal iş materiallarına əlavə edilmiş 16 oktyabr 2024-cü il tarixli maliyyə arayışında abonentin borc və ödəniş qrafasında göstərilən rəqəmlər hesablanarkən tam təsdiq olunur. Bundan başqa ilkin iddia tələbində silinməsi tələb edilən qeyd edilən 7967 manat məbləğində borcun 2321,54 manat hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, sözügedən məbləğdə borcun hesablanma qaydası və miqdarı haqqında "xxxx" ASC tərəfindən hər hansı bir mötəbər sübuta istinad olunmadan, yalnız formal mülahizələrə əsaslandığından məhkəmə qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, abonent kodu **********01637 olan İddiaçı elektrik enerjisindən istifadəyə görə hesablanmış 2321,54 manat silinməli və abonentin 5645,46 manat debitor borcunun qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü bir ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü maddəsinə müvafiq olaraq Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Bundan əlavə "xxxx" ASC qarşılıqlı iddia ərizəsində 16 oktyabr 2024-cü il tarixli maliyyə arayışına istinad edərək, 2020-ci ildən sonra 5645,46 manat məbləğində borc yarandığını göstərmiş, bu hala məhkəmə tərəfindən yuxarıda ilkin iddia tələbində qiymət verildiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı istifadə etdiyi və istifadə edilmiş elektrik enerjisi üzrə 2020-ci ildən sonra yaranmış 5645,46 manat borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, "xxxx" ASC tərəfindən ödənilmiş 76,46 manat dövlət rüsumu İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********01637) quraşdırılmış sayğaca hesablanmış 7967 manat borcdan 5645,46 manat saxlanılmaqla, qalan borc silinsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı istifadə etdiyi və istifadə edilmiş elektrik enerjisi üzrə 2020-ci ildən sonra yaranmış 5645,46 manat borc və ödənilmiş 76,46 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5721,92 manat pul məbləği İddiaçı tutularaq, "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar