Məhkəmə qərarları › İş №2(012)-3594/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3594/2023

24.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3594/2023 24.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın qanunsuz hesab edilməsi və borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı (abonent kodu **********06980) sayğacla bağlı xx.xx.2021-ci il tarixli, ******* nömrəli;xx.xx.2021-ci il tarixli ******* nömrəli;xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktlar üzrə hesablanmış 2124 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, ******* nömrəli;xx.xx.2021-ci il tarixli ******* nömrəli;xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla ünvan 1 ünvanındakı (abonent kodu **********06980) sayğacla bağlı 2124 manat əsassız borc hesablanmışdır. Qeyd etmək istəyir ki, Cavabdeh işçiləri tərəfindən qanusuzluqlara yol verilmişdir. Belə ki, Laçın rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Y.Məmmədəliyev küçəsində yerləşən sənədsiz evdə yaşayırlar. Adına 4 dəfə ayrı-ayrı tarixlərdə aktlar tərtib edilmiş və cərimə olunmuşdur. Guya evə baxış keçirilmiş və o, imza etməkdən imtina etmişdir. Həminm aktların qəbul edilməsindən xəbəri olmamışdır. Heç bir zaman evinə sayğacın yoxlanılması ilə bağlı Azəriqaz İB-nin əməkdaşları gəlməmişlər. Sayğaclara baxışın keçirilib- keçirilməməsi belə ona məlum deyildir. Akatlara əlavə edilmiş evə və sayğaca dair fotoşəkillər evinə və sayğaca aid deyildir. Cavabdeh İB-nə yaxınlaşaraq, aktların surətlərini götürmüşdür. Bu günə kimi tərtib edilmiş aktlar tərtib edilən tarixlərdə təqdim edilməmişdir, hadisədən smart tipli qaz kartına pul yükləyən zaman pulun yarı hissəsinin tutulmasından sonra bilmişdir. Aktlar təqdim edilmiş və ümumilikdə müxtəlif tarixlərdə 2 124 manat məbləğində cərimə edilməsi bildirilmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvana müxtəlif aylarda baxış keçirilmişdir. Baxış keçirilən zaman sayğacdan kənar xətdən istifadə edildiyi aşkar edilmiş və bununla bağlı xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktla 885,60 manat;xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla 875,52 manat və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla 362,88 manat cərimə hesablanmışdır. Odur ki, o, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli; xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktlardan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış abonent kodu **********06980 olan sayğaca baxış keçirilən təbbi qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması akşarlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********06980 saylı abunə kodu üzrə sərf olunan təbii qaza görə abonentin 2021-ci il üzrə 2124 manat borcu yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış abonent kodu **********06980 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 885,60 manat cərimə , xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 875,52 manat cərimə, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 362,88 manat cərimə edilmişdir. Lakin, cavabdeh təşkilatın nümayəndəsi xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt və xx.xx.2021ci il tarixli ******* nömrəli akt üzrə hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (885,60 : 3 = 295,2 manat, 875,52 : 3= 291,84). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********06980 olan, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 885,60 manat borcdan 295,2 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış 875,52 manat borcdan 291,84 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış 362,88 manat saxlanılmaqla, qalan 1174,08 manat borc silinməlidir. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən xx.xx.2021-ci il tarixli ******* nömrəli akt məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********06980 olan, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 2124 manat cərimə borcundan 1174,08 manat cərimə silinməklə 949,92 manat saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar