Məhkəmə qərarları › İş №2(012)-360/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-360/2025

13.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-360/2025 13.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli aktın ləğv edilməsi, həmin akta görə adına hesablanmış 923,08 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən sayğacda abonent sayğacdan kənar uzun boru vasitəsi ilə daşıyıcı xəttə qoşularaq təbii qazdan qeyri-qanuni istifadə edildiyinin aşkarlandığı göstərilmiş və buna görə ona 923,08 manat məbləğində cərimə yazılmışdır. O, qəti şəkildə bu qeyd edilənlər ilə razılaşmır. Bildirir ki, daha əvvəl də onun adına cərimə yazılmış və bu hadisə ilə bağlı aktın ləğvindən ötrü aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1659/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən ona itirilmiş qazın bərpası üçün hesablanmış 2073,60 manat məbləğində cərimə borcunun Cavabdeh tərəfindən **********05479 saylı abunə hesabından silinməsi qət edilmişdir. Mülki iş məhkəmənin icraatında olduğu halda ona yenidən cərimə yazılmış və eyni qaydada akt tərtib edilmişdir. Həmin aktı əldə etdikdən sonra Abşeron Rayon Məhkəməsinin qətnaməsini və digər sənədlərini toplayaraq Bakı Regional Qazın Satışı Departamentinə yollanmışdır. xx.xx.2023-cü il tarixdə İnventar Aktı tərtib edilmiş və həmin aktda bildirilmişdir ki, mənzilə baxış olundu, həmin mənzildə qeyri-qanuni qazdan istifadə olunmadığı göstərildi. Qeyd edir ki, o, hazırda mübahisələndirdiyi aktın tərtib edildiyi tarixdə, yəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamamışdır, belə ki, 2023-cü ilin dekabr ayında o, sözügedən evi satmışdır və həmin dövrdə, daha dəqiq deyilsə, 2024-cü ilin aprel ayına kimi həmin evdə yaşayış olmamışdır. O, hər il eyni problem ilə üzləşir və artıq bezmişdir. Hesab edir ki, bu özbaşınalığa son qoyulmalıdır. Vətəndaşa heç bir məlumat verilmədən dəfələrlə təkrar olaraq özbaşına şəkildə akt yazılır. Guya bu işdən xəbərdar olduğu halda aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Bu yalan məlumat səbəbindən o, işindən ayrılaraq bu yaşında əziyyət çəkir. Məhz bu səbəbdən bir daha əsassız və qanunsuz şəkildə yazılmış cərimə pulunun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, İddiaçı məxsus evinə quraşdırılmış qaz sayğacına dair Cavabdeh əməkdaşları tərəfindən 2 akt tərtib edilmişdir. İddia ərizəsinə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş invertar aktı əlavə edilsə də qeyd edir ki, həmin akt bundan əvvəlki mülki işə aid sənəddir. Əlavə olaraq bildirir ki, iddiaçı tərəfindən mübahisələndirilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 fevral 2024-cü il tarixli, ******* saylı akt Cavabdehndən götürülsə də həmin akta dair şəkillər iş materiallarına əlavə edilməmişdir. Daha sonra növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh təşkilatın nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, həmçinin məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsi ilə razı deyildirlər. Belə ki, iş materiallarında mövcud olan sənədlərdən məlum olmuşdur ki, iddiaçı sayğacdan kənar əlavə qaz xəttindən istifadə etmiş və "Azəriqaz" İB-yə ziyan vurmuşdur. Bundan əlavə istehlakçının abonent saldosu araşdırıldıqda məlum olmuşdur ki, iddiaçı qeyri-möntəzəm ödənişlər etmiş və bu da dolayı yollarla qazdan özünə sərf edən şəkildə istifadəni sübut edir. Bu səbəbdən iddia rədd edilməlidir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 fevral 2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05479) sayğaca baxış keçirilən zaman abonentin sayğacdan kənar rezin boru vasitəsilə daşıyıcı xəttə qoşularaq təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə (abonent kodu: **********05479) 933,12 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı, 4.7-ci və 4.8-ci bəndləri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı onun adına olan **********05479 saylı abonent koduna əsassız hesablanmış 923,08 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evdə abonent kodu **********05479 olan sayğac üzrə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 fevral 2024-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2024-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 108 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 933,12 manat məbləğində cərimə edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi 18 fevral 2024-cü il tarixli, ******* saylı akt əsasında 933,12 manat məbləğində cərimənin hesabat müddətinin 108 gün qəbul edilməklə hesablanmasını əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, 18 fevral 2024-cü il tarixli, ******* saylı akt əsasında 933,12 manat məbləğində cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir (933,12 manat : 108 gün = 8,64 manat; 8,64 manat x 30 gün = 259,2 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə 18 fevral 2024-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 933,12 manat cərimə məbləğindən silinməsini tələb etdiyi 923,08 manat borcdan 259,2 manat saxlanılmaqla, qalan 663,88 manat borc silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan əlavə işin faktiki hallarından görünür ki, iddiaçının sayğacdan kənar rezin boru vasitəsilə daşıyıcı xəttə qoşularaq təbii qazdan qeyri-qanuni istifadə etməsi barədə 18 fevral 2024cü il tarixli, ******* saylı aktın tərtib edilməsinə əsas laboratoriya rəyi olmuş və qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən, məhkəmə iddia tələbinin 18 fevral 2024-cü il tarixli, ******* saylı aktın ləğv olunması hissəsində təmin olunmasını mümkün hesab etmir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********05479) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə 18 fevral 2024-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 933,12 manatdan 663.88 manat cərimə silinsin və 259.2 manat saxlanılsın. İddia tələbi 18 fevral 2024-cü il tarixli, ******* saylı aktın ləğv olunması hissəsində rədd edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar