Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3604/2024 29.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən qaz sərfiyyatına görə hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən qaz sərfiyyatına görə hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Digah qəsəbəsi, Neftçi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00040 olan sayğaca qanunsuz olaraq hesablanmış 7.275,11 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00040 olan qaz sayğacından istifadə edir. Yaşadığı fərdi yaşayış evinin qaz sayğacının abonent kodu iddiaçının mərhum qaynatası X1 adına qeydə alınmışdır. Mərhum qaynatası xx.xx.2012-ci ildə vəfat etmiş, həyat yoldaşı X2 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hal-hazırda həmin fərdi yaşayış evində tək yaşayır. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********00040 olan sayğaca xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt və ona təqdim edilməyən digər aktlar tərtib edilmiş və ümumilikdə 7.275,11 manat məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Həmin aktlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə istifadə olunduğunun aşkar olunması qeyd olunmuşdur. 2017-ci ildən bu vaxtadək Cavabdeh əməkdaşları bilərəkdən abonent kodu **********00040 olan sayğaca qərəzli olaraq cərimə aktları yazmışlar. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. O, Cavabdehnə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi və yazılan aktların ayrı-ayrılıqda ona təqdim edilməsi ilə bağlı müraciət etsə də, yazılan cərimə aktlarından ona 15 akt təqdim edilmiş, qalanları isə təqdim edilməmiş, abonentin saldosundan cərimənin ümumi məbləği 7.275,11 manat qeyd edildiyi ona bildirilmişdir. Əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Nəticə etibarı ilə o, məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən Digah qəsəbəsi, Neftçi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00040 olan sayğaca qanunsuz olaraq hesablanmış 7.275,11 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, yaşadığı ünvanda yerləşən qaz sayğacına yazılmış cərimə borcunun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İstifadə etdiyi təbii qazın, elektrik enerjisinin və sudan istifadəyə görə yaranan kommunal borcları vaxtında ödəyir. Evdəki ailə üzvlərinin hamısı vəfat etmişdir. Bu dövrdə tək olaraq yaşamaqla tərəfindən 7.500 manata yaxın məbləğdə təbii qazdan istifadə etmək mümkün deyildir. Verilmiş suallara cavabında qeyd edir ki, qaz sayğacı evdən çöldə yerləşir. Yazılan aktlardan xəbəri olmamışdır. Cavabdeh əməkdaşları akt yazaraq çıxıb getmişlər. Daha sonra isə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edildiyini bildirmişlər. Qeyd edilən borcun silinməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, təşkilatdan ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə istifadə olunduğu aşkar olunmuş və bununla bağlı aktlar tərtib edilmişdir. Hazırda qeyd olunan ünvanın təbii qazdan istifadəyə görə 7.266,71 manat borcu vardır. Həmin borcun 5.601 manat hissəsi aktlara görə hesablanmış dəymiş maddi zərərdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 60-cı maddəsinin İİ-ci bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Cavabdeh Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı sonuncu aktdan müəyyən edilir ki, həmin tarixdə Cavabdeh əməkdaşları tərəfindən ünvan 2i ünvanında (abonent kodu: **********00040) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, mexaniki sayğac quraşdırılana qədər qeyri-qanuni qoşulmaqla qazdan istifadə edildiyi aşkar olunmuşdur, bununla əlaqədar olaraq xx.xx.2020-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İşin materiallarından göründüyü kimi eyni pozuntuya görə 32 akt tərtib olunmuşdur. 29 avqust 2024-cü il tarixli abonentin saldosundan müəyyən edilir ki, Cavabdehnə aprel 2020-ci il tarixli sonuncu akt əsasında 193,20 manat ziyan dəymişdir. Ümumilikdə isə Cavabdehnə tərtib edilmiş aktlar əsasında 5.601,60 manat ziyan dəymişdir. Bundan əlavə olaraq iddiaçının faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2024-cü il üçün 1.665,31 manat debitor borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, tərtib olunan aktlar birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktlarda istehlakçının imzası yoxdur. Tərtib olunan aktların həqiqiliyini hazırda iddiaçı mübahisələndirir, cavabdeh isə aktların mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iş materiallarından görünür ki, aktlar əsasında 7.275,11 manat deyil, 5.601,60 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, ******* saylı sonuncu akta sasən hesablanmış 193,20 manat cərimə borcu istisna olmaqla, digər aktlara əsasən hesablanmış cərimə borcu silinməlidir. Beləliklə, nəticə etibarı ilə iddia qismən təmin edilməli, İddiaçı yaşadığı ünvan 2i ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********00040) dair hesablanmış 5.408,40 (beş min dörd yüz səkkiz manat, qırx qəpik) manat cərimə borcu silinmə, iddia tələbi digər hissədə təmin edilməmlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 2i ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********00040) dair hesablanmış 5.408,40 (beş min dörd yüz səkkiz manat, qırx qəpik) manat cərimə borcu silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3604/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3604/2024
29.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver