Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3607/2022 01.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 (maraqlı şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 (maraqlı şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN - 269A nömrəli şəhadətnamənin (KOD ********) Ərizəçi1, X4, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ailə üzvlərinin adına Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN - 269A nömrəli şəhadətnamə (KOD ********) verilmişdir. Lakin həmin şəhadətnamədə yanlış olaraq Ərizəçi1 adı X8, X2 adı X1, X11 adı X9, Ərizəçi2 adı X7 yazılmışdır. Onlar həmin torpaq sahəsinin üzərindəki hüquqlarının dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, müraciətə cavab olaraq bildirilmişdir ki, müraciətə əlavə edilmiş JN-269A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ata adları və adları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad və ad arasında fərq olduğu aşkar edilmiş, şəhadətnamədə hüquq sahiblərinin adı “X27”, “X10”, “X28”, “X23” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənədlərdə “Ərizəçi1”, “X4”, “X20” və “Ərizəçi2” kimi qeyd edilmiş, ona görə də müraciətin təmin edilməsindən imtina edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda da şəhadətnamədə göstərilən ata adının və adın səhv qeyd edildiyi öz təsdiqini tapmışdır. O, həmin torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədə olan yanlışlıqların düzəldilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, müraciətə cavab olaraq bildirilmişdir ki, şəhadətnamədə göstərilən texniki səhvin aradan qaldırılması İdarənin səlahiyyətləri xaricindədir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Ərizəçi2 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə iştirak etməmiş, nümayəndənin iştirakını təmin etməmişlər. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X31 ifadəsində bildirdi ki, ərizəçi Əlihəddin onun oğludur. Təsdiq edir ki, torpaq sahəsinə dair şəhadətnamədə adları qeyd edilən şəxslər qaynanası Töfə, qohumu Fatimeyi Zəhra, baldızı Nazilə və oğlu Əlihəddindir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirdi ki, ərizəçilərdən Fatimeyi Zəhra onun qızı, Töfə anası, Əlihəddin qohumu, Nazilə isə bacısıdır. X30 öləndən sonra torpaq sahəsi anasının adına keçirilməli idi. Təsdiq edir ki, şəhadətnamədə qeyd edilən şəxslər anası Töfə, qızı Fatimeyi Zəhra, bacısı Nazilə və qohumu Əlihəddindir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1954-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində, Ərizəçi4 xx.xx.1978-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində, Ərizəçi3 xx.xx.2003-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində, Ərizəçi2 xx.xx.2004-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuşlar. İş materiallarında olan nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Ərizəçi1 xx.xx.1976-cı ildə nikaha girmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 645 saylı arayışdan görünür ki, Ərizəçi1 Abşeron rayonu, Novxanı kəndində yaşayır və ailə tərkibi bunlardır: qızı Ərizəçi4, nəvəsi Ərizəçi3, qızı Bağırova Aynurə, nəvəsi Ərizəçi2, nəvəsi Bağırova Zeynəbxanım. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-269A saylı 30800118 kodlu şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon AİK-nin xx.xx.1999-cu il tarixli, 28 saylı qərarına əsasən X5, X21, X6, X3, X22 və X16 Abşeron rayonu, Novxanı kəndində 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” JN-269A saylı 30800118 kodlu şəhadətnamədə göstərilən hüquq sahiblərinin adı və ata adı ilə vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilən ad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, şəhadətnamədə hüquq sahibi “X27”, “X10”, “X28” və “X23” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənədlərdə “Ərizəçi1”, “Ərizəçi4”, “Ərizəçi3” və “Ərizəçi2” kimi qeyd edilmişdir. Bunun üçün Ərizəçi1 ərizəsinin icrasından imtina edilmişdir. İşdə olan AZ-İİ 198931 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Novxanı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, JN-269A saylı 30800118 kodlu şəhadətnamədə qeyd edilən “X27”, “X10”, “X28” və “X23” adlı şəxslər əslində şəxsiyyəti təsdiq edən sənədlərlə “Ərizəçi1”, “X4”, “Ərizəçi3” və “Ərizəçi2”dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, aqrar islahatlar gedən zaman ilkin hüquq müəyyənedici sənəddə texniki yanlışlığa yol verilmiş, hüquq sahiblərinin adları və ata adları səhv yazılmışdır. Ərizəçilər daşınmaz əmlaka dair reyestrdən çıxarış almaq istədikdə bu texniki səhvlər hüququn qeydiyyata alınmasında problemlər yaratmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, JN-269A saylı 30800118 kodlu şəhadətnamədə qeyd edilən “X27”, “X10”, “X28” və “X23” adlı şəxslər əslində “Ərizəçi1”, “X4”, “Ərizəçi3” və “Ərizəçi2”dır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayon AİK-nin xx.xx.1999-cu il tarixli, 28 saylı qərarı ilə X27, X10, X28 və X14 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-269A saylı 30800118 kodlu şəhadətnamənin AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1, AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi4, AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi3 və AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon AİK-nin xx.xx.1999-cu il tarixli, 28 saylı qərarı ilə X27, X10, X28 və X14 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-269A saylı 30800118 kodlu şəhadətnamənin AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1, AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi4, AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi3 və AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3607/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3607/2022
01.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver