Məhkəmə qərarları › İş №2(012)-3615/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3615/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3615/2021 14.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin nümayəndəsi X4, Cavabdeh2 nümayəndəsi X1, Cavabdeh1 və onun vəkili X3 iştirakı ilə, İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış 24826,19 ABŞ dolları əsas məbləğdən gecikmə, 15636 ABŞ dolları lizinq mükafatı, 66 ABŞ dolları sığorta, 1730 ABŞ dolları dəbbə, cəmi 42258,19 ABŞ dolları borcu və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında izahatında ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında bağlanmış 13.08.2014-cü il tarixli 2320D/14/B saylı X10 Müqaviləsinə əsasən "Unileasing” Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh2 istifadəsinə vermişdir. Bununla da Cavabdeh2 öz növbəsində 26775,47 ABŞ dolları məbləğində borcu illik 24% olmaqla, 36 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda X10 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz öhdəsinə götürmüşdür. 13.08.2014-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh2 təhvil verilmişdir. Cavabdehlər Lizinq Müqaviləsinə 1 saylı Əlavədə (lizinq ödənişləri qrafiki) göstərildiyi kimi mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan sonra 14.05.2018-ci il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi X5 məhkəmədə izahatında bildirdi ki, Cavabdeh2 kafe işlətmək üçün iddiaçı şirkətdən pul götürmüşdür. 2 dəfə devalvasiya olduqdan sonra ödəniş edə bilməmişdir. Evin ümumi dəyəri heç 40000 ABŞ dolları deyildir. Cavabdeh2 11 may 2018-ci il tarixində evi təhvil vermişdir və 2018-ci ilin may ayından kirayələrdə yaşayır. Həmçinin iddia təşkilat iddia müddətini ötürmüşdür. Bu səbəbdən o, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmədə izahatında bildirdi ki, o, iddiaçı bankdan 21000 manat məbləğində pul almışdır. Həmin dövr ərzində də 2 dəfə devalvasiya olmuşdur. 2015-ci il tarixində sözügedən evin təhvil verilməsi ilə bağlı məhkəmə qətnaməsi çıxmışdır. İddiaçı şirkət məhkəməyə müraciət edərkən onun ödəmə qabiliyyətinin olmadığı barədə xəbərdar idi. Lakin iddiaçı şirkətin gözləməkdə məqsədi süni şəkildə borcun məbləğinin artması olmuşdur. İddia müddəti 2020-ci ilin avqust ayında bitmişdir. Odur ki, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh1 vəkili X6 məhkəməyə ünvanlamış və ərizəsində bildirmişdir ki, iddiaçı təşkilat ilə Cavabdeh2 arasında müqavilə 13 avqust 2014-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. Hesab edir ki, iddia tələbi iddia müddəti buraxılmaqla verilmişdir. Belə ki, müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 ildir. İddiaçı pul tələbi ilə bağlı iddia ərizəsini 2021-ci ilin may ayında irəli sürmüşdür. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia müddətini tətbiq etməklə iddia ərizəsini rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmçinin məhkəməyə ərizə ünvanlamış və ərizədə bildirmişlər ki, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC onlara qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Tələb olunan pul iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 13 avqust 2014-cü il tarixli 36 aylıq müddətlik müqaviləyə əsasən olmuşdur. Həmin müqavilənin müddəti 13 avqust 2017-ci il tarixdə bitmişdir, iddiaçı müqavilə üzrə öhdəliyi 13 avqust 2020-ci il tarixə qədər tələb edə bilərdi. Lakin iddia ərizəsi 2021-ci ilin iyun ayında qaldırılmışdır. Beləliklə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Mülki qanunvericiliyin tələblərinə əsasən müqavilələr üzrə iddia müddəti 3 ildir. Hazırki iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən iddia ərizəsi rədd edilmlidir. İş materiallarında olan 13.08.2014-cü il tarixli 2320D/14/B saylı X10 Müqaviləsindən görünür ki, "Unileasing” Lizinq Şirkəti QSC bu müqavilədə göstərilən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini öz mülkiyyətinə əldə edərək, Cavabdeh2 istifadəsinə verməyi, Cavabdeh2 öz növbəsində 26775,47 ABŞ dolları məbləğində borcu illik 24% olmaqla, 36 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.08.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, "Unileasing” Lizinq Şirkəti QSC, bundan sonra zamin adlandırılacaq Cavabdeh1 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh2 arasında bağlanmış 13.08.2014-cü il tarixli 2320D/14/B saylı X10 Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan 06.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 13.08.2014-cü il tarixli 2320D/14/B saylı X10 Müqaviləsi üzrə 14.05.2018-ci il tarixinə Cavabdeh2 24826,19 ABŞ dolları əsas məbləğdən gecikmə, 15636 ABŞ dolları lizinq mükafatı, 66 ABŞ dolları sığorta, 1730 ABŞ dolları dəbbə, cəmi 42258,19 ABŞ dolları borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, "Unileasing” Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında 13.08.2014-cü il tarixli 2320D/14/B saylı X10 Müqaviləsi 36 ay müddətinə bağlanmış, həmin müqavilənin müddəti 13 avqust 2017-ci il tarixdə bitməsinə, 14.05.2018-ci il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilməsinə baxmayaraq, iddiaçı müqavilə üzrə tələbi qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddəti ərzində irəli sürməməklə iddia müddəti ötürülmüşdür. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə məhkəməyə ərizə təqim edərək "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddia ərizəsi əsasında olan mülki iş üzrə iddia müddətini tətbiq edərək müddətin ötürülməsi səbəbindən iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələblərinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinin tələblərinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bundan başqa iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinə qiymət veriliyindən məhkəmə hesab edir ki,iş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli, 9/7197 saylı mühasibatlıq ekspertizasında müəyyən edilmiş məbləğlərin qiymətləndirilməsinə də zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 03 sentyabr 2021-ci il tarixli, 9/7197 saylı mühasibatlıq ekspertizasına görə 150 manat ekspertiza xərci iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu da iddiaçı təşkilatın özünə aid edilməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış 24826,19 ABŞ dolları əsas məbləğdən gecikmə, 15636 ABŞ dolları lizinq mükafatı, 66 ABŞ dolları sığorta, 1730 ABŞ dolları dəbbə, cəmi 42258,19 ABŞ dolları borcu və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı şirkətin xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 03 sentyabr 2021-ci il tarixli, 9/7197 saylı mühasibatlıq ekspertizasına görə 150 manat ekspertiza xərci iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar