Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3627/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə 01 iyul 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 5605 reyestr, 281 inventar nömrəli qeydiyyat vəsiqəsinin V-ЖГ № 343195 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X2 məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 10/2 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,04 ha torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmişdir. DƏDRX-in 4 saylı ərazi idarəsindən verilən cavabda hüquq müəyyənedici sənədlərdə fərqin olması səbəbindən müəyyən olunmuşdur ki, texniki inverlaşdırma bürosu tərəfindən verilmiş 5605 reyestr, 281 invertar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin adı ilə ölüm haqqında şəhadətnamədə göstərilən ad ilə uyğunsuzluq aşkar edilmişdir. Belə ki, 5605 reyestr, 281 invertar nömrəli qeydiyyat vəsiqəsində hüquq sahibi “X4 ” göstərilməsinə baxmayaraq yuxarıda göstərilən sənəddə “X7” oğlu kimi qeyd edilmişdir. Göründüyü kimi tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və o həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında bildirdi ki, mərhum X5 onun atasıdır. Atası 12.03.2018-ci ildə vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən X4 olaraq yazılmışdır. İş materiallarında olan Mehdiabad icra nümayəndəliyi tərəfindən verilmiş V-ЖГ № 343195 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 03.08.1998-ci ildə dünyasını dəyişmişdir. İş materiallarında olan 24.06.2004-cu il tarixli Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 5605 reyestr, 281 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 4-yaşayış sahəsi, yaşayış sahəsi-75,7 m2, köməkçi sahəsi-62,8 m2 olan 10/2 №-li ev X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizəçinin atasının adı səhv olaraq “X5” əvəzinə “X4” olaraq göstərilmişdir. Lakin ölüm haqqında şəhadətnamədə X5 olaraq qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 5605 reyestr, 281 inventar nömrəli qeydiyyat vəsiqəsidə olaraq X4 əvəzinə X5 yazılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Texniki inventarlaşdırma bürosu tərəfindən X1 adına verilmiş 5605 reyestr, 281 inventar nömrəli qeydiyyat vəsiqəsinin V-ЖГ № 343195 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3627/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3627/2021
01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver