Məhkəmə qərarları › İş №2(012)-3628/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3628/2020

22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3628/2020 22.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının təsdiq olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, JN-967 A saylı (KOD 30800118) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona (Ərizəçi) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi ilə əlaqədar ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8 müraciət etmişdir. DƏDRX-in 4 saylı Ərazi İdarəsindən verilən cavabda hüquq müəyyənedici sənədlərdə fərqin olması səbəbindən torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin fərq ondan ibarətdir ki, JN-967 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüququ sahibi “X9” göstərilməsinə baxmayaraq AR şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.12 ha torpaq sahəsi onun mülkiyyətindədir. Lakin o, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamıaşdır. Abşeron rayon X2 xx xxxxxx 1999-cu il tarixli 28 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə onun adı nöqsanlara yol verilməklə qeyd edilmişdir. Göründüyü kimi tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və o həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X10, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcədə şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin məcəllənin 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş, X4 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. Ərizədə qeyd olunan torpaq sahısi bağçılıq təsərrüfatı olmuşdur. Novxanı kəndində yaşayan sakinlərə həmin torpaq sahələrindən ayrılmışdır. 1999-cu ildə ona və qardaşına da həmin torpaqlardan 0.12 ha torpaq sahəsi ayrılmışdır. Ona məxsus torpaq sahəsi ilə qardaşının torpaq sahələri qonşuluqda yerləşir. Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə qardaşının adı və ata adı yanlış qeyd olunmuşdur. Belə ki, adı “Abasağa” əvəzinə “Abbas” və ata adı “Şaban” əvəzinə “Çaban” yazılmışdır. Bu səbəbdən də çıxarış ala bilmir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Səyyar ASAN 6 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuşdur, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatdadır. -JN-967A saylı kod 30800118 nömrəli Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu Novxanı kənd sakini X7 Abşeron rayonu X2 xx xxxxxx 1999-cu il tarixli 28 saylı qərarına əsasən 0,12 ha torpaq sahəsi verilmiş və dövlət aktı qeydiyyat kitabında 917 № ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X6 xx.xx.2020-ci il tarixdə Ərizəçi ünvanlanmış bildirişdən görünür ki, JN-967A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə kəskin fərqin olduğu aşkar edildiyindən ərizənin icrasından imtina edilmişdir. Belə ki, şəhadətnamədə hüquqi sahibi, “X9” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” olduğu müəyyən edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə ƏMDK, DƏDRX 4 saylı Abşeron rayon şöbəsinə təqdim etmək üçün verilmiş 840 №-li arayışdan görünür ki, JN-967A, kod 30800118 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X9 yazılmışdır. Şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi, Düzəliş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən yazılmışdır. Məhkəmənin elektron sistemindən çıxarılmış şahid X3 məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X4 xx.xx.1961-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatdadır. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadəsini, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdikləri və təqdim olunmuş sənədlər biri-birini tamamlayır və təsdiq olunur ki, Ərizəçi Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.12 ha torpaq sahəsi Abşeron rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 28 saylı qərarı ilə JN-967A, kod 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Ərizəçi həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8 ərizə ilə müraciət etmişdir. JN-967A seriyalı 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hüquqi sahibi “X9” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” olduğu müəyyən edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Ərizəçi hazırda sənədin ona məxsus olması faktının təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi Abşeron rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 28 saylı qərarı ilə JN-967A seriyalı 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı və atasının adı X1 göstərilmişdir. Səyyar ASAN 6 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı, adı və ata adı Ərizəçidur. Bu isə X5 Ərizəçi ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda şahid ifadəsi ilə və məhkəmə iclasında tədqiq edilən sənədlərlə də tamamilə sübuta yetirilir. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi Abşeron rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 28 saylı qərarı ilə JN-967A seriyalı 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən «X9»nun Səyyar ASAN 6 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə uyğun olaraq “Ərizəçi” ilə eyni şəxs olması əsaslıdır və Abşeron rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 28 saylı qərarı ilə JN-967A seriyalı 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, Səyyar ASAN 6 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən «Ərizəçi»-na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 28 saylı qərarı ilə JN-967A seriyalı 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, Səyyar ASAN 6 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən «Ərizəçi»na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar